Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Milliyyətcə yunan olan Panfiliya Nikolayevna Tanailidi 1891-ci ildə İrəvan xanlığı Zəngəzur mahalının Başkənd kəndində doğulub. Ailəsi buraya Türkiyənin Qars şə

Panfiliya Tanailidi

  • Ana Səhifə
  • Vikipediya
  • Panfiliya Tanailidi

Panfiliya Tanailidi (1891, Məzrə, Zəngəzur qəzası – 15 oktyabr 1938, Bakı) — aktrisa.

Panfiliya Tanailidi
Doğum adı Panfiliya Nikolayevna Tanailidi
Digər adları Pamfiliya Tanailidi, Sürəyya Zəngəzurlu
Doğum tarixi 1891(1891)
Doğum yeri
  • Məzrə, Zəngəzur qəzası, Yelizavetpol quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 15 oktyabr 1938(1938-10-15) (46–47 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Vəfat səbəbi güllə yarası[d]
Fəaliyyəti aktrisa
IMDb ID3548393
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Milliyyətcə yunan olan Panfiliya Nikolayevna Tanailidi 1891-ci ildə İrəvan xanlığı Zəngəzur mahalının Başkənd kəndində doğulub. Ailəsi buraya Türkiyənin Qars şəhərindən gəlib və bir müddət yaşayandan sonra Tiflisə köçüblər. Türkcə təmiz danışan Panfiliya xanım Tiflisdə rus və gürcü dillərini də öyrənib.

Xüsusi təhsil görməyib. Zərif bədəni mütənasib biçimli idi və o, ən müxtəlif ritmli rəqsləri uşaq yaşlarından məharətlə oynayıb. Buna görə də on dörd-on beş yaşlarından Tiflisin Kazyonnı teatr, Zubalov adına "Xalq evi" kimi böyük salonlarında azərbaycanlıların keçirdikləri müsamirələrdə, müxtəlif həvəskar teatr truppaların hazırladıqları tamaşalarda "Zəngəzurskaya" və "Sürəyya" təxəllüsləri ilə çıxışlar edib.

Mustafa Mərdanov və Mirseyfəddin Kirmanşahlının təşkil etdikləri truppa-dəstələrlə İranda, Türkiyədə qastrollarda Tanailidi dram, opera və operetta tamaşalarında oynayıb. Bu dövrdə ayrı-ayrı illərdə Bakıya gələrək müxtəlif teatr dəstələrinin tərkibində tamaşalarda oynayıb. Tiflis Dövlət Azərbaycan Teatrının yaradıcılarından biri də Panfiliya Tanailidi idi. 1925-ci ildə Tiflisdən gəlmiş baş rejissor Aleksandr Tuqanovun dəvətilə Panfiliya Tanailidi yenidən Milli Dram Teatrının truppasına daxil olub.

Panfiliya Tanailidi 1919-cu ildə Mehriban ("Dəmirçi Gavə", Şəmsəddin Sami), Şəmsa ("Trablis müharibəsi", Cəfər Cabbarlı), Azərbay ("Azərbay və Can", İsa bəy Aşurbəyli), 1925-ci ildən sonra isə Kəblə Fatma ("Ölülər", Cəlil Məmmədquluzadə), Emiliya, Karvansaraçı, Cülyettanın dayəsi ("Otello", "Şıltaq qızın yumşalması" və "Romeo və Cülyetta", Vilyam Şekspir), Marqarita, Ledi Ariyella ("80 gün dünya səyahətində" və "Kapitan Qrantın uşaqları", Jül Vern), Şamama cadu ("Pəri cadu", Əbdürrəhim bəy Haqverdiyev), Tükəz ("Hacı Qara", Mirzə Fətəli Axundzadə), Köylü qadın, Rübabə, Marqo ("Topal Teymur", "Səyavuş" və "Knyaz", Hüseyn Cavid), Qəmər xanım ("Tələbələrin kələyi", Brandon Tomas), Tamara, Böyükxanım, Tafta ("Oqtay Eloğlu", "Aydın" və "Sevil", Cəfər Cabbarlı), Marri ("Tom dayının koması", Biçer Stou), Karoleva Anna ("Gülən adam", Viktor Hüqo), Amaliya ("Qorxu", Aleksandr Afinogenov), Qalçixa "Günahsız müqəssirlər", Aleksandr Ostrovski), Nisə xala ("Polad Qartal", Aleksandr Korneyçuk), Nənə ("Göy quş", Moris Meterlink) rollarını və digər səhnə surətlərini ifa edib.

1937-ci ildə tüğyan edən şəxsiyyətəpərəstiş dövrünün repressiyası Panfiliya Tanailididən də yan keçməyib. Dekabr ayının 15-dən 16-na keçən gecə həbs olunub. Dəhşətli və işgəncəli istintaq uzun müddət davam edib və aktrisanın güllələnməsi barədə hökm çıxarılıb. Şən xasiyyətli, şux zarafatları və kollektivin rəğbətini qazanmış Panfiliya Tanailidi 1938-ci il oktyabr ayının 15-də, axşam saat onun yarısında Bakıda gullələnib. Məzarı yoxdur. Yalnız 1957-ci ildə ona bəraət verilmişdir.

Xatirəsi

2022-ci il dekabrın 17-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Stalin repressiyaları dövründə repressiyaya məruz qalmış siyasi məhbusların həyat yoldaşlarının, qızlarının eləcə də repressiyaya məruz qalan qadınların başına gələn hadisələr haqqında "Kod adı: "V. X. A."" və ya Kod adı "Vətən xainlərinin arvadları" tamaşasının premyerası olub. Tamaşada Panfiliya Tanailidinin həbsi və sorğu sual olunması da təsvir edilib.

Filmoqrafiya

  1. İsmət (film, 1934)-Ara həkimi (Tammetrajlı Bədii Film)
  2. Almaz (film, 1936) (tammetrajlı bədii film)-rol: Fatmanisə

Həmçinin bax

  • Pont yunanları

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Panfiliya Tanailidi haqqında məlumat. Panfiliya Tanailidi nədir? Panfiliya Tanailidi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 25, 2026

    Doktorantura

  • Fevral 27, 2026

    İmam Kazım

  • Fevral 27, 2026

    Xuluf

  • Fevral 27, 2026

    Basilevs

  • Fevral 27, 2026

    Layma

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst