Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əsədulla Cavad oğlu Axundov (1873, Bakı – 1927, Ənzəli, Gilan ostanı) — Ümumrusiya Müəssislər Məclisinin üzvü, Hümmət Partiyası qurucularından biri, azərbaycanl

Əsədulla Axundov

  • Ana Səhifə
  • Vikipediya
  • Əsədulla Axundov

Əsədulla Cavad oğlu Axundov (1873, Bakı – 1927, Ənzəli, Gilan ostanı) — Ümumrusiya Müəssislər Məclisinin üzvü, Hümmət Partiyası qurucularından biri, azərbaycanlı inqilabçı, redaktor.

Əsədulla Axundov
Ümumrusiya Müəssislər Məclisinin üzvü
5 yanvar 1918 – 6 yanvar 1918
Seçki dairəsiZaqafqaziya
SiyahıHümmət Partiyasının 11-ci siyahısı
Şəxsi məlumatlar
Doğum tarixi 1873(1873)
Doğum yeri
  • Bakı, Bakı quberniyası, Rusiya imperiyası
Vəfat tarixi 1927(1927) (53–54 yaşında)
Vəfat yeri
  • Ənzəli, Bəndər Ənzəli şəhristanı, Gilan ostanı, İran
Partiya
  • Rusiya Sosial Demokrat Fəhlə Partiyası (1901),
  • Hümmət Partiyası
Fəaliyyəti jurnalist
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

1873-cü ildə Bakıda anadan olub. 1901-ci ildən Rusiya Sosial Demokrat Fəhlə Partiyasının üzvü olmuşdur. XIX əsrin axırlarında inqilabi hərəkata qoşulmuş, 1905–1907 illər inqilabı dövründə Bakı fəhlələrinin mübarizəsində iştirak etmişdir. Hümmət Partiyası qurucularından biri, Neft Sənayəsi Fəhlələri Həmkarlar İttifaqı İdarə Heyətinin üzvü, "Yoldaş" qəzetinin redaktoru və nəşri olmuşdur. Nicat Cəmiyyətində fəaliyyət qöstəmiş, 1917-ci ilin iyununda Hümmət Partiyasının büro üzvü seçilmişdir. 1909 ildə İrandaki Məşrütə hərəkatında iştirak etmişdir. 1918 ildə İranda inqilabi iş aparmışdır.

Azərbaycan Sovet Sosialist Respublikası qurulduqdan sonra Azərittifaqın və Zaqafqaziya Sosialist Federativ Sovet Respublikası Xarici Ticarət İdarəsinin İranda müvəkkili olmuşdur. Qafqaz Sosial Demokrat Təşkilatının 3-cü qurultayına nümayəndə seçilmişdir. Əsədulla Axundov 1927-ci ildə İranın Ənzəli şəhərində vəfat edib.

1906-cı ilin may ayından etibarən Azərbaycan dilində ilk leqal bolşevik qəzeti "Dəvət" nəşr olunmağa başlayıb. Hümmət Partiyası 1906-cı il dekabrın 16-dan 1907-ci il martın 26-na qədər "Təkamül" qəzetini, o da hökumət tərəfindən bağladılandan sonra, 1907-ci il avqustun 22-dən həmin ilin sentyabrına qədər "Yoldaş" qəzetini nəşr etdirib. "Yoldaş"ın rəsmi redaktor-naşiri Əsədulla Axundov idi.

1917-ci ildə keçirilən Ümumrusiya Müəssislər Məclisi seçkilərinə Zaqafqaziya seçki dairəsindən Rusiya Sosial Demokrat Fəhlə Partiyası (Hümmət Partiyası) siyahısından 10-cu yerdən deputat seçilmişdir.

Sovet hökuməti zamanı SSRİ Xarici İqtisadi Əlaqələr Nazirliyinin İrandakı nümayəndəsi kimi çalışmışdır. Rusiya Sosial Demokrat Fəhlə Partiyası (bolşeviklər) Qafqaz Diyar Komitəsinin 3-cü qurultayında iştirak etmişdir.

1927-ci ildə Ənzəlidə ölmüşdür.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əsədulla Axundov haqqında məlumat. Əsədulla Axundov nədir? Əsədulla Axundov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    Urud (Zəngəzur)

  • Fevral 27, 2026

    Amerikanın kəşfi

  • Fevral 27, 2026

    Roman Qolovçenko

  • Fevral 27, 2026

    Dövlət büdcəsi

  • Fevral 25, 2026

    Aktyor

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst