Urud — Qərbi Azərbaycanın (indiki Ermənistan Respublikası) Qarakilsə (Sisyan) rayonu ərazisində kənd. Erməni mənbələrində kəndin başqa adının Orod olduğu göstərilir.
| Urud | |
|---|---|
| |
| 39°29′19″ şm. e. 46°08′29″ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Sahəsi |
|
| Mərkəzin hündürlüyü | 1.420 m |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Rəsmi dili | |
![]() Urud | |
Tarixi
Mədəniyyəti
Coğrafiyası və iqlimi
Rayon mərkəzindən 8 km cənub-şərqdə, Bazarçay çayının sol sahilində yerləşir. Qafqazın 5 verstlik xəritəsindən qeyd edilmişdir.
Əhalisi
Kənddə 1831-ci ildə 111 nəfər, 1873-cü ildə 222 nəfər, 1886-cı ildə 211 nəfər, 1897-ci ildə 359 nəfər, 1908-ci ildə 435 nəfər, 1914-cü ildə 408 nəfər azərbaycanlı yaşamışdır. 1918-ci ildə kəndin sakinləri qırğınlarla deportasiya olunmuşdur. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan urudlular öz evlərinə dönə bilmişdir. Burada 1922-ci ildə 173 nəfər, 1926-cı ildə 263 nəfər, 1931-ci ildə 340 nəfər, 1987-ci ildə 16–18 nəfər azərbaycanlı yaşamışdır. 1988-ci ilin noyabr ayında azərbaycanlılar Ermənistan dövləti tərəfindən tarixi torpaqlardan deportasiya olunmuşdur. İndi burada ermənilər yaşayır. Toponim türk dilində "dağ, təpə" mənasında işlənən ur sözünə türk dillərində yer məzmunu əmələ gətirən — ud şəkilçisinin birləşməsindən əmələ gəlib "dağlı, təpəli, yerdə salınan kənd" mənasını verir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 3. VII.1968-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Vorotan qoyulmuşdur.
1988-ci ildə ermənilər tərəfindən törədilən soyqırım siyasəti nəticəsində azərbaycanlılar qovulmuşlar.
İqtisadiyyatı
Əkinçilik və heyvandalıq
Əhalisi
Görkəmli şəxsiyyətləri
- Əbdülmənaf Hacıyev (d.1896 — ö.1984) — Naxçıvan MSSR–nin ilk Ədliyyə Naziri, Əməkdar müəllim.
- Sabir Hacıyev (professor) — Azərbaycan Milli Elmlər akademiyasinin müxbir üzvü.
- Aqil Quliyev (milli qəhrəman) (d.1963 – ö.1992) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
- Azay Quliyev — ATƏT–in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü.
- Məmməd Sadıq Aran (1895–1971) — Azərbaycan Demokratik Respublikası parlamentinin üzvü, yazıçı.
- Flora Xəlilzadə — tanınmış azərbaycan jurnalisti, Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
- Musa Urud — şair, tibb elmləri namizədi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1994-).
- Elşad Qurbanov — akademik, əməkdar elm xadimi, Bakı Dövlət Universitetinin biologiya fakültəsinin, botanika kafedrasının müdiri, biologiya elmləri doktoru.
- Vladimir Tahirov — Azərbaycan Milli Elmlər akademiyasinin müxbir üzvü.
- Yaqub Yolçiyev — Azərbaycan Milli Elmlər akademiyasinin müxbir üzvü.
- Bəkir Tahirov — Fizika–riyaziyyat elmləri doktoru, professor.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Urud (Zəngəzur) haqqında məlumat. Urud (Zəngəzur) nədir? Urud (Zəngəzur) nə deməkdir?

