Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Maksim Adamoviç Boqdanoviç (belar. Максім Адамавіч Багдановіч, 9 dekabr 1891, Minsk — 25 may 1917, Yalta) — Belarus şairi, publisisti, ədəbi tənqidçisi və tərcü

Maksim Boqdanoviç

  • Ana Səhifə
  • Vikipediya
  • Maksim Boqdanoviç

Maksim Adamoviç Boqdanoviç (belar. Максім Адамавіч Багдановіч, 9 dekabr 1891, Minsk — 25 may 1917, Yalta) — Belarus şairi, publisisti, ədəbi tənqidçisi və tərcüməçisi. Maksim Boqdanoviç Belarus ədəbiyyatının qurucularından biri sayılır.

Maksim Boqdanoviç
belar. Максім Адамавіч Багдановіч
Təxəllüsü Maksim Knijnik (belar. Максім Кніжнік)
Doğum tarixi 9 dekabr 1891
Doğum yeri Minsk, Minsk vilayəti, Rusiya imperiyası
Vəfat tarixi 25 may 1917 (25 yaşında)
Vəfat yeri Yalta, Tavrida vilayəti, Rusiya imperiyası
Vəfat səbəbi Vərəm
Vətəndaşlığı Rusiya Rusiya imperiyası
Milliyyəti Belarus
Atası Adam Boqdanoviç
Anası Mariya Boqdanoviç
Təhsili
  • Demidov Hüquq Liseyi[d]
İxtisası Şair, publisist, tərcüməçi, ədəbi tənqidçi
Fəaliyyəti dilçi, tərcüməçi, şair, ədəbi tənqidçi, tarixçi, yazıçı, publisist
Fəaliyyət illəri 1907–1917
Əsərlərinin dili Belarus dili, rus dili
İstiqamət İmpressionizm, simvolizm
Janrlar Şeir, poema
İlk əsəri Muzıka (rus. Mузыка, azərb. Musiqi‎)
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bioqrafiya

Maksim Adamoviç Boqdanoviç 9 dekabr 1891 tarixində Minsk şəhərində, əhəmiyyətli Belarus etnoqrafı olan Adam Boqdanoviçin ailəsində anadan olmuşdur. 1892-ci ildə ailəsi ilə birlikdə Qrodno şəhərinə köçdü. Çox vaxt keçmədən şairin anası Mariya vərəm xəstəliyindən vəfat etmişdir. 1896-cı ildə Adam Baqdanoviç uşaqları ilə birlikdə Nijni Novqorod şəhərinə köçdü. Bu vaxt ərzində Maksim, Belarus dilində olan ilk şeirlərini yazmışdır. 1902-ci ildə Boqdanoviç bir gimnaziya məktəbinə qəbul edilmişdir. 1905-ci il inqilabı zamanı onun komilitodları tərəfindən təşkil edilən tətillərin fəal iştirakçısı idi. 1907-ci ildə Boqdanoviçin ilk romanı olan Muzıka-nı (rus. Mузыка, azərb. Musiqi‎) ehtiva edən Naşa Niva nəşr olunmuşdur. 1908-ci ilin iyun ayında şairin ailəsi Yaroslavl şəhərinə köçdü. 1911-ci ildə məktəbi bitirdikdən sonra Boqdanoviç Belorusiyanın İntibah dövrünün əhəmiyyətli şəxsləri ilə görüşmək üçün Belarusa getdi. Bu şəxslər arasında Vaslau Lastouski, İvan Lukiyeviç və Anton Luçiyeviç var idi. Həmən il Boqdanoviç Yaroslavl şəhərində yerləşən bir liseydə hüquq öyrənməyə başladı. Araşdırmalar zamanı Boqdanoviç bir qəzetdə çalışmış, ədəbiyyatın çoxsaylı əsərlərini yazmışdır. Bu əsərlər həm Belorusiyada, həm də Rusiyada aktiv olaraq nəşr olunmuşdur. 1914-cü ilin əvvəllərində Vilnada yeganə şeirlər kitabı olan Vianok (azərb. Çələng‎) nəşr olunmuşdur. 1916-cı ilin yazında, Maksim Boqdanoviç Minsk şəhərinə köçmüş və orada yerli quberniya idarəsində işləmişdir. 1917-ci ilin fevral ayında Boqdanoviç vərəm xəstəliyinə bir müalicə üçün Krıma getdi. Müalicə uğursuz olmuşdu. Bunun nəticəsində, Maksim Adamoviç Boqdanoviç 25 may 1917 tarixində, 25 yaşında, Yalta şəhərində vəfat etmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Maksim Boqdanoviç haqqında məlumat. Maksim Boqdanoviç nədir? Maksim Boqdanoviç nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Husilər

  • Fevral 27, 2026

    Hənəfi məzhəbi

  • Fevral 27, 2026

    Dərələyəz nahiyəsi

  • Fevral 27, 2026

    Samit

  • Fevral 27, 2026

    Kapitan Amerika

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst