Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

D vitamini (kalsiferol) — yüksək dərəcədə və qısamüddətli olaraq qəbul edildikdə sümüklərdə kalsiumun artmasına səbəb olur. Mütəxəssislər D vitamininin diş və s

D vitamini

  • Ana Səhifə
  • Vikipediya
  • D vitamini

D vitamini (kalsiferol) — yüksək dərəcədə və qısamüddətli olaraq qəbul edildikdə sümüklərdə kalsiumun artmasına səbəb olur. Mütəxəssislər D vitamininin diş və sümüklərin inkişafında çox vacib olduğunu xüsusilə qeyd edirlər. Kərə yağı, süd, pendir, balıq və qaraciyər başlıca olaraq D vitamini qaynağıdır.

Cholecalciferol (D3)

D vitamini antiraxit vitamini də adlanır. D2 və D3 formalarda rast gəlinir. Erqosterinlərin ultrabənövşəyi şüalarla şüalandırdıqda D vitamininə çevrilir. Balıq yağında, yumurta sarısında, süddə və qara ciyərdə var. Çatışmadıqda kalsium və fosfor mübadiləsi pozulur və uşaqlarda raxit xəstəliyi əmələ gəlir. Gündəlik tələbat 400 beynəlxalq vahidə və ya 10 mkq-a bərabərdir. Beynəlxalq vahid (BV) olaraq erqokalsiferolun 0,025 mikroqramı qəbul edilmişdir. Uşaqların D vitamininə tələbatı yaşlılara nisbətən 2–2,5 dəfə çoxdur.

Vitamin D insan orqanizminə günəş şüaları və yaxud günəşdən meydana gələn qida məhsullarının köməyi ilə daxil olur. Uzun müddət günəş altında gəzməyən insanların vitaminlərdə D–nin çatışmazlığı da çox vaxt hiss olunur və bununla bağlı bu növdə olan məhsulların qəbul edilməsi məqsədəuyğundur. Çünki D vitamini çatışmadıqda kalsiumda əskikliklər meydana gəlir və nəticədə dişlərin xəstələnməsinə yol açır. Eyni zamanda sümüklərin boşalması və ürək problemlərini də meydana gətirir. Həkimlər günəş şüalarının çatışmaması üçün bu rasiona daxil olan qidaların qəbul edilməsini məsləhət görürlər. Balıq növləri xüsusən qızılbalıq, tunes (iri yırtıcı balıq), skumbriya və balıq yağı bu tipə aid edilir. Həmçinin tərkibində az miqdarda günəş şüaları olan qidalar da vardır. Bunlara isə malın qaraciyərini, yumurta sarısını və bir neçə növ pendirləri misal göstərmək mümkündür.

D vitamini çatışmazlığında yaranan xəstəliklər

Bu vitaminin orqanizmdə çatışmazlığı bəzi ciddi pozulmalara və xəstəliklərə səbəb ola bilər.

1. Osteoporoz

D vitamini orqanizmdə kalsiumun mənimsənilməsini yaxşılaşdırır. D vitamininin çatışmazlığı zamanı kalsium pis mənimsənilir və bu da sümüklərin zəifləməsinə səbəb olur.

2. Yüksək xolesterin

D vitamini orqanizmdə xolesterini normada saxlamağa kömək edir. Xolesterinin yüksək səviyyədə olması bir çox hallarda aterosklerozun inkişafına səbəb olur. Ateroskleroz zamanı artıq xolesterin damarlarda yığılır ki, nəticədə damarlar daralır, tıxanır. Ürək və ya beyində damarın tıxanması ürək tutması, infarkt və insulta səbəb ola bilər.

3. İmmunitetin zəifləməsi

D vitamini immun sisteminin normal fəaliyyəti üçün olduqca vacibdir. D vitamininin əskikliyi zamanı insan tez-tez respirator infeksiyalarına, qrip və soyuqdəymə xəstəliklərinə tutulur.

Həmçinin D vitamininin çatışmazlığı orqanizmdə iltihabın artmasına səbəb olur.

4. Əhvalın pis olması, ümidsizlik, depressiya

D vitamininin əskikliyi orqanizmdə serotonin hormonunun səviyyəsinin azalmasına səbəb olur. "Xoşbəxtlik hormonu" sayılan serotoninin ifrazının azalması əhvalın pis olmasına, ümidsizliyə, depressiyaya səbəb olur.

5. Əzələlərdə ağrılar

Əzələlərin tez-tez və səbəbsiz ağrıması D vitaminin çatışmazlığının simptomu ola bilər.

6. Dəri, saç və dırnaqların vəziyyətinin pisləşməsi

7. Xərçəng

Araşdırmalar göstərir ki, D vitamininin əskikliyi xərçəngin riskini artırır.

D vitamininin əsas mənbələri bunlardır:

  • balıq və balıq yağı
  • yumurta sarısı
  • qaraciyər
  • pendir
  • kərə yağı

Lakin bu vitaminin əsas mənbəyi gün şüalarıdır. Gün şüalarının dəriyə təsiri nəticəsində orqanizmdə D vitamini sintez olunur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, D vitamini haqqında məlumat. D vitamini nədir? D vitamini nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    1919-cu il

  • Fevral 27, 2026

    Rəcəb

  • Fevral 25, 2026

    Ssenari müəllifi

  • Fevral 27, 2026

    Kotrak xan

  • Fevral 27, 2026

    Dəvəli (Vedibasar)

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst