Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Sultan Müizzəddin Üveys Cəlayır (ərəb. سلطان شیخ اویس‎) (1356-1374) — Cəlayırlar sülaləsindən Azərbaycan sultanı.

Üveys Cəlayır

  • Ana Səhifə
  • Vikipediya
  • Üveys Cəlayır

Sultan Müizzəddin Üveys Cəlayır (ərəb. سلطان شیخ اویس‎) (1356-1374) — Cəlayırlar sülaləsindən Azərbaycan sultanı.

Üveys Cəlayır
fars. سلطان اویس جلایر‎
Şəxsi məlumatlar
Doğum tarixi 1338(1338)
Doğum yeri
  • Bağdad, Elxanilər dövləti, Böyük Monqol imperiyası
Vəfat tarixi 1374(1374) (35–36 yaşında)
Vəfat yeri
  • Təbriz, Təbriz şəhristanı, Şərqi Azərbaycan ostanı, İran
Vəfat səbəbi vərəm
Dəfn yeri
  • Şadbad-i Məşayiq (Təbriz)
Fəaliyyəti xəttat, şair, musiqiçi, qubernator
Atası Tacəddin Həsən noyon
Anası Dilşad xatun
Uşaqları
  • Sultan Cəlaləddin Hüseyn,
  • Əhməd Cəlayır
Ailəsi Cəlayır eli
Dini şiəlik
Elmi fəaliyyəti
Elm sahəsi siyasət, poeziya, ədəbiyyat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

1356-cı ildə Tacəddin Şeyx Həsən Cəlairinin ölümündən sonra Şeyx Uveys də atası kimi Azərbaycana olan iddialarından əl çəkmədi. Belə ki, o, 1359-cu ildə Qızıl Orda xanı Canı bəyin Azərbaycana geri qayıtmasından, Əxicunun başçılığı ilə çobani əmirlərinin və başqa feodalların hakimiyyət uğrunda apardıqları ara müharibələrdən yararlanaraq, 60-ci ildə (1358/59) Təbrizi tutur və şəhəri Cəlairilərə xidmət edən, hicri tarixi ilə 759-cu ildən adsız sikkələr zərb edən Təbriz zərbxanası, numizmatik faktdan göründüyü kimi, yenidən cəlairilərin adına sikkələr kəsməyə başlayır.

Tarixi mənbələrin qeyd etdiyinə görə, atası Böyük Həsənin 1356-cı ildə ölümündən sonra taxta çıxan Sultan Müizzəddin Üveys (1356-1375) Qızıl Orda hakimlərinə qarşı üsyan qaldıran (1357-ci il) Təbriz əhalisinə kömək məqsədilə oraya gəlir, Təbriz və ölkənin cənub vilayətlərini qızılordalılardan təmizləyir; Azərbaycan, Aran, Muğan, Şirvan cəlayirilərin nüfuzu altına keçir. Təbriz cəlayırlar dövlətinin paytaxtı oldu. Bu dövlətin tərkibinə Azərbaycan (Kürdən cənubdakı ərazi), Ərəb İraqı, Fars İraqı, Ermənistan və Şərqi Anadolu daxil idi. Qarabağ ərazisi isə köçəri Cəlayiri əyanlarının qışlaq yerinə çevrildi. Hakimiyyət dövründə dövlət sistemində Azərbaycanın əzəməti artdı.

Cəlayır Şeyx Üveysin hakimiyyəti illərində feodal müharibələrinə nisbətən ara verildi, kənd təsərrüfatında müəyyən dərəcədə dirçəliş, şəhərlərdə bərpa işləri başlandı. Akademik Ə.Əlizadə Üveysin dövründə cəlayirilər dövlətinin genişlənməsi və möhkəmləndiyini qeyd edərək yazırdı ki, "Şeyx Üveysin hakimiyyəti illərində Azərbaycanda bir canlanma yaranmış, əhalinin sayı çoxalmışdı. Təbrizlə yanaşı ticarət yolunun üzərində olan başqa şəhərlər də əhəmiyyətli dərəcədə inkişaf etmişdi".

Sultan Üveys dövründə bir tərəfdən Bağdad və Təbriz arasında, digər tərəfdən, Misir və başqa şəhərlər arasında siyasi, iqtisadi əlaqələr bərpa edilirdi. Hətta uzaq Misir sultanlığı ilə müqaviləyə əsasən oraya səfirlər göndərilir, ticarət və mədəni əlaqələr yaranırdı. Sultan Üveys Təbriz ilə Trabzon arasında qədim ticarət yolunun açılmasında, Azərbaycanla ticarət əlaqələrinin genişlənməsində səy göstərirdi.

Həmçinin bax

  • Cəlayır eli
  • Cəlairilər sultanlığı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Üveys Cəlayır haqqında məlumat. Üveys Cəlayır nədir? Üveys Cəlayır nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Xuanxe

  • Fevral 27, 2026

    Casiyə surəsi

  • Fevral 27, 2026

    Jelyu Jelev

  • Fevral 27, 2026

    İbn əl-Cəzəri

  • Fevral 27, 2026

    Ternopol

Trend Mahnılar
  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst