Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Snejka dağı (pol. Śnieżka; alm. Schneekoppe‎) — Polşa ilə Çexiya sərhədində yerləşən dağ. Snejka dağı Sileziya silsiləsinin bir hissəsi olan Krokonoşe dağlarını

Snejka dağı

  • Ana Səhifə
  • Vikipediya
  • Snejka dağı

Snejka dağı (pol. Śnieżka; alm. Schneekoppe‎) — Polşa ilə Çexiya sərhədində yerləşən dağ. Snejka dağı Sileziya silsiləsinin bir hissəsi olan Krokonoşe dağlarının ən gözəçarpan dağıdır. Hündürlüyü 1603 metr olub Çexiyanın, Krokonoşe dağlarının və bütün Sudeti silsiləsinin ən hündür zirvəsidir.

Snejka dağı
pol. Śnieżka
Qərbdən mənzərə.
Qərbdən mənzərə.
Ümumi məlumatlar
Dağ sistemi Krokonoşe
Dağ silsiləsi Sudet
Mütləq hündürlüyü 1.603,3 m
Nisbi hündürlüyü 1603
Yerləşməsi
50°44′10″ şm. e. 15°44′25″ ş. u.HGYO
Ölkələr
  •  Polşa
  •  Çexiya
Snejka dağı xəritədə
Snejka dağı
Snejka dağı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Tarix

Snejka 1900-cü ildə
Snejka zirvəsindən.

Dağa ilk dırmanış qiymətli daşlar axtarışında olan naməlum venesiyalı tacir tərəfindən 1456-cı ildə baş tutmuşdur. Tezliklə dağda ilk yaşayış məntəqələri salınmışdır. Bu yaşayış məntəqələri əsasən mədənçiliklə məşğul olaraq dəmir, qurğuşun və arsen çıxarmışdır. 1,5 kilometr uzunluğunda olan mədən sütunları hazırda da dayanmaqdadır.

1546-cı ildə Georq Aqrikola dağın adını alman dilində Riseberq kimi vermişdir (almanca "böyük dağ" deməkdir; Riesengebirge "Böyük dağlar" deməkdir). 15 il sonra Martin Helviq Sileziya xəritəsində Risenberq adından istifadə etmişdir. Dağın adı alman dilində daha sonra Resenkoppe ("Böyük zirvə"), axırda isə Şnekoppe ("Qar zirvəsi", "qarlı baş") olmuşdur.

Çex dilində dağ ilk olaraq Snejni adlanırdı. Daha sonra 1823-cü ildə "qarlı" və ya "qarla örtülmüş" mənasını verən Snejka adının Snejovka adı ilə istifadəsinə başlanıldı. Polyak dilində bu dağ üçün verilmiş ən qədim ad "Böyük dağ" mənasını verən Olbrjimiya adıdır.

Dağın başında tikilmiş ilk tikili Müqəddəs Lourens kapellası olmuşdur. Kapella 1665-1681-ci illərdə sileziyalı Şaffqotş ailəsi tərəfindən hakimiyətlərini nümayiş etdirmək üçün tikilmişdir. Bu məkandan qısa müddətliyinə mehmanxana kimi də istifadə olunmuşdur. Ərazidə Şaffqotş ailəsinə 1945-ci ilə qədər məxsus olan mədənlər yerləşir. 1850-ci ildə Sileziyaya düşən hissədə Prussiya daxması, 1868-ci ildə Bohemiyaya düşən hissədə Bohemiya daxması tikilmişdir. Hər iki daxma mehmanxana kimi istifadə etməkdən ötrü tikilmişdi. Prussiya daxması 1857 və 1862-ci illərdə baş vermiş yanğınlardan sonra iki dəfə yenidən tikilmiş, 1945-ci ildə Polşa daxması adını aldıqdan sonra 1967-ci ildə sökülmüşdür. Bohemiya daxması 1990-cı illərdə baxımsız vəziyyətə düşmüş və 2004-cü ildə sökülmüşdür.

1900-cu ildə dağın başında meteostansiya salınmışdır. Bu meteostansiya İkinci dünya müharibəsindən sonra Mərkəzi Avropada salamat qalmış yeganə meteostansiyasıdır. 1980-ci illərdə sökülmüşdür.

Müasir dövrdə

Dağın bir hissəsi Çexiya ərazisində, bir hissəsi Polşa ərazisində yerləşir. Yayda bu dağa Çexiya, Polşa və Almaniyadan bir çox turistlər gəlir. Turistlər dağın özünəməxsus Alp mühitində yürüşə çıxmağı sevirlər.

Polşada qalan hissədə meteostansiya, Müqəddəs Lourens kapellası, 1974-cü ildə rəsədxana və restoran tikilmişdir. Çexiyada qalan hissədə Bohemiya daxmasının xarabalıqları, poçt məntəqəsi və dağın dabanında yerləşən Pets pod Snejko şəhərciyi ilə əlaqələnən qaldırıcı var.

Snejka dağı Çexiyanın ən hündür təbii zirvəsi olsa da, Pradeddə yerləşən televiziya ötürücüsünün başı 1652 metr hündürlükdə yerləşir.

2004-cü ildə yeni poçt məntəqəsi və müşahidə platforması istifadəyə verilmişdir. Həmin il 1980-ci illərdə bağlanılan Bohemiya daxması sökülmüşdür.

2009-cu ilin martında Polşa rəsədxanasının yuxarı diski sərt iqlim şəraitinə və struktural uğursuzluğa görə böyük zərər görmüşdür. Yuxarı diskin döşəməsi sınmışdır. Cəld reaksiya verən Vroklav Texniki Universiteti diskin salamat qalmış hissələrini əlavə zərərdən qorumuşdur. Aparılan təmir işlərindən və töküntülərin təmizlənməsindən sonra restoran və meteoməntəqələr yenidən açılmışdır. Rəsədxana əvvəlki vəziyyətinə qaytarıldı.

Dağın başındakı köhnə qaldırıcı yeni kabel avtomobili sistemi ilə əvəzlənmişdir. 2014-cü ilin fevralından etibarən bu sistem ilə Çexiyanın Pets pod Snejko şəhərindən saatda 250 ziyarətçi daşımaq mümkündür.

Qalereya

  • Müqəddəs Lourens kapellası (avqust 2012)
    Müqəddəs Lourens kapellası (avqust 2012)
  • Sökülmüş disk döşəməsi (iyun 2009)
    Sökülmüş disk döşəməsi (iyun 2009)
  • Dağın başında yerləşən Çexiya poçt məntəqəsi
    Dağın başında yerləşən Çexiya poçt məntəqəsi
  • Dağın başında yerləşən qaldırıcı
    Dağın başında yerləşən qaldırıcı

Həmçinin bax

  • Polşa-Çexiya dostluq cığırı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Snejka dağı haqqında məlumat. Snejka dağı nədir? Snejka dağı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    28 sentyabr

  • Fevral 27, 2026

    Şəkilçi

  • Fevral 27, 2026

    Əsgəran qalası

  • Fevral 27, 2026

    Dəmiryol stansiyası

  • Fevral 27, 2026

    Qupta imperiyası

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst