Sulfat anhidridi, kükürd 6-oksid, SO3—otaq temperaturunda rəngsiz qazdır. Bərk sulfat anhidridi alfa-, beta-, qamma- və delta- modifikasiyalarında olur. Onların ərimə temperaturları müvafiq olaraq 16.8, 32.5, 62.3 və 95 °C-dir. Həmin modifikasiyalar bir-birindən SO3 kristallarının forması və polimerləşmə dərəcələri ilə fərqlənir. Rütubətli havada SO3 tüstülənir (buxarlanaraq havada H2SO4 damcıları əmələ gətirir).
| Sulfat anhidridi | |
|---|---|
| |
| |
| Ümumi | |
| Sistematik adı | Kükürd oksidi (VI) |
| Kimyəvi formulu | SO3 |
| Fiziki xassələri | |
| Nisbi mol. kütl. | 80.06 а. k. v. |
| Molyar kütlə | 80.06 q/mol |
| Aqreqat halı | rəngsiz qaz |
| Sıxlıq | 1.92 q/sm³ |
| Termik xüsusiyyətlər | |
| Ərimə nöqtəsi | 16,9 °C |
| Qaynama nöqtəsi | 45 °C |
| Əmələgəlmə entalpiyası | −397.77 kC/mol |
| Təsnifatı | |
| CAS-da qeyd. nöm. | [7446-11-9] |
| PubChem | 24682 |
| EINECS-də qeyd. nöm. | 231-197-3 |
| SMILES | |
| InChI | |
| RTECS | WT4830000 |
| ChEBI | 29384 |
| ChemSpider | 23080 |
| Məlumatlar normal şərait (25 °C, 100 kPa) üçün verilmişdir. | |
Sulfat anhidridi sənayedə kükürd qazını katalitik oksidləşdirmə yolu ilə alınır. Ondan sulfat turşusu, oleum, susuz HNO3 və s. hazırlanmasında istifadə olunur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Sulfat anhidridi haqqında məlumat. Sulfat anhidridi nədir? Sulfat anhidridi nə deməkdir?

