Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

I Yustin (Latınca: Iustinus; Qədim Yunanca: Ἰουστῖνος, romanlaşdırılmış: Ioustînos; təqribən 450–1 avqust 527), həmçinin Trakiyalı Yustin adlandırılıb (Latınca:

I Yustin

  • Ana Səhifə
  • Vikipediya
  • I Yustin

I Yustin (Latınca: Iustinus; Qədim Yunanca: Ἰουστῖνος, romanlaşdırılmış: Ioustînos; təqribən 450–1 avqust 527), həmçinin Trakiyalı Yustin adlandırılıb (Latınca: Iustinus Thrax; Qədim Yunanca: Ἰουστῖνος ὁ Θρᾷξ, romanlaşdırılmış: Ioustînos ho Thrâix), 518–527-ci illərdə Şərqi Roma imperatoru idi. Kəndli ailəsində doğulmuş və ordu sıralarından keçərək imperator qvardiyasının komandiri olmuşdur. İmperator I Anastasius Dikor öləndə o, rəqiblərini üstələmiş və 68 yaşına yaxın olmasına baxmayaraq, onun varisi seçilib. Onun hakimiyyəti qardaşı oğlu I Yustinian və üç sonrakı imperatoru da ehtiva edən Yustinian sülaləsinin qurulması baxımından mühüm səciyyə daşıyır. Onun həyat yoldaşı Evfemiya idi.

I Yustin
Bizans imperatoru
518 – 1 avqust 527
ƏvvəlkiI Anastasi Dikor
SonrakıI Yustinian
Şəxsi məlumatlar
Doğum tarixi 450(0450)
Doğum yeri
  • Bederiana[d], Dardaniya[d]
Vəfat tarixi 1 avqust 527(0527-08-01) (76–77 yaşında)
Vəfat yeri
  • Konstantinopol, Bizans imperiyası
Fəaliyyəti siyasətçi
Həyat yoldaşı Evfemiya (İmperatriçə)
Uşağı
  • I Yustinian
Ailəsi Yustinianlar sülaləsi
Hərbi xidmət
Döyüşlər
  • Anastasiyan müharibəsi[d]
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İmperator seçilməsi

İmperator I Anastasius Dikor 518-ci ildə öləndə əksəriyyətin də gözlədiyi kimi qardaşı oğlu Hypatius`u vəliəhd elan etmədi, beləliklə imperatorluq tamamilə idarəsiz qaldı. Dövlət adamları, Saray Mühafizəçiləri və Senat yeni Sezar seçmək məcburiyyətində qaldı. Ən uyğun namizədlər Yunanlıların dəstəklədiyi Hypatius və vaxt itirmədən paytaxta tərəf yürüyüşə çıxan magister militum Vitalianus idi. Lakin heç biri seçilə bilmədi. Bu vəziyyət isə Xəzinədar Amantius tərəfindən həll edildi. Özü taxta otura bilməzdi çünki, hərəm ağası idi, amma tac geyinməsini istədiyi bir dostu var idi. Buna görə də Saray Mühafizəçilərinin komandiri Yustin`i çağırdı və ordunun dəstəyini almaq üçün ona önəmli miqdarda bir pul verdi. Yaşlı və hörmətli bir adam Yustin qızılları alıb öz adından əsgərlərə payladı və onlar tərəfindən Augustus elan edildi. Senato bu namizədi təsdiqlədi və Yustin tək bir münaqişə olmadan taxta oturdu.

Yustinin İlliryalı idi, 50 il imparatorluq ordusunda vəzifədə olub, İsaruya və Fars döyüşlərindəki uğurlarıyla göz qamaşdırmışdı. Hədsiz dərəcədə savadsız olduğu, hətta imzasını atmaqda belə çətinlik çəkdiyi deyilir. Hərbi taktika və manevrlərdən başqa heç bir şey bilmədiyi və səssiz, tərbiyəli və dürüt insan olaraq tanınırdı. Heç kim tərəfindən pislənməz və son dərəcə dindar bir şəxsiyyətə sahib idi.

Yustinin hakimiyyətə gələn kimi taxtını möhkəmləndirmək üçün xəzinədar Amantius`u öldürtdü lakin digər 2 rəqibi ilə razılığa gəldi. Hypatius senat olaraq qaldı, Vitalianus Moesia`dakı komandirliyini davam etdirdi və konsul seçildi. Paytaxtda bu vəzifəsinin başında olanda öldürüldü, qeyd edildiyinə görə cinayət üsyankar magister`in taxt üçün bir təhdid olduğuna inanan imparatorun qardaşı oğlu Yustinian tərəfindən həyata keçirilmişdi.

Yustin`in 9 il davam edən hökmranlığı haqqında çox az məlumat mövcuddur. Sadəcə Zeno`nun Henoticon`unun nəşr edilməsindən sonra Roma və Konstantinopol kilsələri arasında mövcud olan və 40 il davam edən münaqişəni sonlandırdığı bilinir. Sadiq bir ortodox olaraq bu Ən əsas işi qardaşı oğlu və xələfi Yustinian`ı özünə tərəfdaş olaraq seçməsi və yaxşı bacarmadığı dövlət idarəsiylə əlaqəli işləri ona tapşırmağı oldu. 528-də ölərkən taxtı Yustinian`a buraxdı.

Mirası

Kilikiyanın Qeysəriyyə şəhəri 525-ci ildə I Yustinin şərəfinə Yustinopolis adlandırıldı. Erməni Kilikiyasının kralı I Toros onu özünə paytaxt seçdiyi və adını dəyişdirərək Anazarb adlandırdığı 12-ci əsrə qədər bu ad qaldı. 

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, I Yustin haqqında məlumat. I Yustin nədir? I Yustin nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Nizami metrostansiyası

  • Fevral 27, 2026

    Bədəvilər

  • Fevral 27, 2026

    Nağıl

  • Fevral 27, 2026

    Anzak Günü

  • Fevral 27, 2026

    Kosa

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst