Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kompensasiya (lat. compensatio, compensare - tarazlaşdırmaq, ödəmək) — bərpa etmək, haqqını ödəmək, ödəniş və s. mənalarda işlədilir. Şəxsiyyətə, əmlaka və ya v

Kompensasiya

  • Ana Səhifə
  • Vikipediya
  • Kompensasiya

Kompensasiya (lat. compensatio, compensare - tarazlaşdırmaq, ödəmək) — bərpa etmək, haqqını ödəmək, ödəniş və s. mənalarda işlədilir. Şəxsiyyətə, əmlaka və ya vətəndaşın nüfuzuna dəymiş zərərin, eləcə də hüquqi şəxsin əmlakına və nüfuzuna dəymiş zərərin ödənilməsi.

Mündəricat

İcra kompensasiyası

Qanunla kompensasiya ödənişinin alınması bilavasitə zərər çəkməyən şəxsə də təyin edilə bilər (məsələn, azyaşlı uşaqlara dəymiş zərərin kompensasiyası onların valideynlərinə və qəyyumlarına verilə bilər; hüquqi şəxsə, yaxud vətəndaşa əmək vəzifələrinin icrası zamanı işçi tərəfindən dəymiş zərər idarə tərəfindən ödənilir). Birgə zərər vurmuş şəxslər zərərçəkən qarşısında birlikdə cavabdehdirlər. Digər şəxs tərəfindən dəymiş zərəri ödəməyi öhdəsinə götürən şəxs zərərvurana əks tələb qoymaq hüququna (reqress) malikdir. Birgə dəymiş zərəri ödəyən zərəri vurmuş şəxs, bu zərəri vurmuş şəxsin günahının müvafiq dərəcəsi ölçüsündə kompensasiyanın zərərçəkmişə ödənilən hissəsini zərəri vurmuş digər şəxsdən tələb etmək hüququna malikdir. Günahın dərəcəsinin müəyyən edilməsinin qeyri-mümkünlüyü zamanı paylar bərabər qəbul edilir. Kompensasiya təkcə şəxsə və əmlaka dəymiş zərərə yox, həm də mənəvi zərərə aiddir. Əmək hüququnda istifadə olunmayan məzuniyyətə görə, işçilərə məxsus alətlərin aşınmasına görə, verilməmiş xüsusi geyimə və s. görə işi yerinə yetirən fəhlə və qulluqçulara ödəniş.

İstehsal amilləri

İstehsal amillərinin kompensasiyası mənbələri
№İstehsal amilinin adıİstehsal amilinin kompensasiyası
1Əmək (işçi qüvvəsi)Əmək haqqı
2KapitalFaizlər, dividentlər
3TorpaqRenta (vergilər, icarə haqqı)
4İdarəetməMənfəət, rəhbərlik tərəfindən mükafat
5İntellektual mülkiyyətSahibkara ödənişlər (qonorarlar, mükafatlar,

royalti və ya pauşal ödəmələr və s.)

6İnformasiyaSahibkara ödənişlər

Demoqrafiya kompensasiyası

Demoqrafiyada-demoqrafik proseslərin intensivliyinin dəyişməsidir. Bu da ondan ibarətdir ki, bu və ya digər səbəblərdən baş tutmayan demoqrafik hadisələr bu proseslər dayandırıldıqdan sonrakı dövrdə güclənir. Nəticədə müvafiq hadisələrin tezliyi əvvəlcə azalır, ləngiməni doğuran səbəbin fəaliyyəti dayanan zaman kəskin surətdə artır. Kompensasiya həm də sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir.

Kompensasiyaya xarakterik misal olaraq müharibədən sonrakı dövrdə nikah və doğumun səviyyəsinin yüksəlməsini göstərmək olar. Bu zaman müharibə ilə əlaqədar təxirə salınmış nikahlar bağlanılır və cəbhədən qayıtmış valideynlərin ailəsində uşaqların sayı artır. Kompensasiya bir sıra hallarda tam olmur; uyğun hadisələrin tezliyi onun aşağı düşməyə başladığı əvvəlki səviyyəyə çatmır. Kompensasiya xarakterli hadisələrə adətən hadisələrin tezliyinin aşağı düşməsi aiddir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kompensasiya haqqında məlumat. Kompensasiya nədir? Kompensasiya nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Oleq

  • Fevral 25, 2026

    Tovuz

  • Fevral 27, 2026

    Tomsk vilayəti

  • Fevral 27, 2026

    Vidadi Babanlı

  • Fevral 24, 2026

    Adamantios Korais

Trend Mahnılar
  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst