Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Saparmurat Atayeviç Niyazov (türkm. Saparmyrat Ataýewiç Türkmenbaşy Nyýazow; 19 fevral 1940[…], Qıpçaq[d], Türkmənistan SSR, SSRİ[…] – 21 dekabr 2006[…], Aşqaba

Saparmurat Niyazov

  • Ana Səhifə
  • Vikipediya
  • Saparmurat Niyazov

Saparmurat Atayeviç Niyazov (türkm. Saparmyrat Ataýewiç Türkmenbaşy Nyýazow; 19 fevral 1940[…], Qıpçaq[d], Türkmənistan SSR, SSRİ[…] – 21 dekabr 2006[…], Aşqabad) — 1991–2006-cı illərdə Türkmənistan Respublikasının 1-ci Prezidenti.

Saparmurat Niyazov
türkm. Saparmyrat Ataýewiç Nyýazow
Türkmənistan Prezidenti
27 oktyabr 1990 – 21 dekabr 2006
Əvvəlkivəzifə təsis edilib
SonrakıQurbanqulu Berdıməhəmmədov
Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü
14 iyul 1990 – 6 noyabr 1991
Şəxsi məlumatlar
Doğum tarixi 19 fevral 1940(1940-02-19)[…]
Doğum yeri
  • Qıpçaq[d], Türkmənistan SSR, SSRİ[…]
Vəfat tarixi 21 dekabr 2006(2006-12-21)[…] (66 yaşında)
Vəfat yeri
  • Aşqabad, Türkmənistan
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Türkmənbaşı Ruhu məscidi
Partiya
  • Sovet İttifaqı Kommunist Partiyası (1962–1991),
  • Türkmənistan Demokrat Partiyası (1991–2006)
Təhsili
  • Sankt-Peterburq Politexnik Universiteti,
  • Sov.İKP MK yanında Ali Partiya Məktəbi[d]
Fəaliyyəti siyasətçi, avtobioqraf[d]
Uşağı 2 (Murad Niyazov daxil olmaqla)
Dini sünnilik, İslam
Hərbi xidmət
Qoşun növü Türkmənistan Silahlı Qüvvələri
Rütbəsi
  • ordu generalı
  • ali baş komandan[d]
Elmi fəaliyyəti
Elm sahəsi siyasət

Təltifləri Türkmənistan Qəhrəmanı — 1992 Türkmənistan Qəhrəmanı — 1995 Türkmənistan Qəhrəmanı — 1998 Türkmənistan Qəhrəmanı — 1999 Türkmənistan Qəhrəmanı — 2000 Türkmənistan Qəhrəmanı — 2001
"Xalqlar dostluğu" ordeni — 1981 "Əmək igidliyinə görə" medalı "Vladimir İliç Leninin anadan olmasının 100 illiyi münasibətilə" yubiley medalı — 1970 1-ci dərəcəli "Knyaz Yaroslav Mudrı" ordeni — 2000 "Müqəddəs Mesrop Maştots" ordeni — 2000 Türkmənistan Prezidentinin "Bitərəflik" ordeni — 1998 "Müstəqil Türkmənistana böyük sevgiyə görə" ordeni "Dirçəliş" ordeni — 1997 "İlham" ordeni — 2002
1-ci dərəcəli "Müqəddəs mömin Moskva knyazı Daniil" ordeni — 2000
İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Saparmurat Niyazov 1940-cı ildə fəhlə ailəsində anadan olub. Atası İkinci dünya müharibəsində vəfat edib. Ailəsinin digər üzvləri 1948-ci ildə Aşqabadda baş verən zəlzələ nəticəsində dünyalarını dəyişiblər. S. Niyazov əvvəlcə uşaq evində, sonra isə uzaq qohumlarının evində böyüyüb.

Leninqrad Texniki Universitetini bitirərək " Energetika mühəndisi" ixtisasını alıb. Bundan sonra Aşqabad yaxınlığındakı Yığıncağanın energetika təsisatlarında çalışıb. Daha sonra Kommunist Partiyasına üzv olub. 1985-ci ildə Türkmənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 13 yanvar 1990-cı ildə Türkmənistanın ali qanunverici orqanı olan Ali Sovetinin Sədri seçilib.

Prezidentlik dövrü

1990-cı il oktyabr ayının 27-də keçirilən seçkilərdə Türkmənistan Sovet Sosialist Respublikasının ilk prezidenti seçilib. 1991-ci il oktyabrın 27-də Türkmənistan Sovet İttifaqından çıxdığını bəyan edəndən sonra prezident vəzifəsinin icrasını davam etdirib. 1992-ci il iyun ayının 21-də yeni konstitusiyanın qəbul olunması və yeni prezident seçilməsi məqasədilə keçirilən səsvermədə ölkə əhalisinin 99,9%-nin səsini alıb. 1993-cü il oktyabr ayının 22-də özünü Türkmənbaşı elan edib. Ömrünün sonunacan soyad kimi istifadə etdiyi bu tituluna uyğun olaraq Türkmənistanın Krasnovodsk şəhərinin adını dəyişdirib Türkmənbaşı qoyub. Bununla bərabər yanvar ayının adını da "Türkmənbaşı" olaraq dəyişdirib.

Saparmurat Türkmənbaşı Türkmənistanın yeni milli şəxsiyyətə ehtiyacı olduğuna inanırdı. Bu şəxsiyyət qismində o məhz özünü görürdü və özünü türkmənlərin Atatürkü hesab edirdi. Elə "Türkmənbaşı" adını da "Atatürk"ün türkmən qarşılığı olaraq saymaq olar. Saparmurat Türkmənbaşının böyük portretləri onun sağlığında Türkmənistanın hər yerini bəzəyirdi. Bir çox şəhərdə onun özünə və anasına saysız-hesabsız heykəl qoyulmuşdu.

Türkmənistanın "ömürlük prezidenti" elan edilən Türkmənbaşı ilin aylarının və həftənin günlərinin adlarını da dəyişdirmişdi. Yanvar ayına o öz adını (Türkmənbaşı), aprel ayına isə anasının adını vermişdi. Beləliklə Türkmənistanda bu günün özündə aylar belə adlanar: Türkmənbaşı (yanvar), Bayraq (fevral), Novruz (mart), Qurbansultan (aprel), Məxdumqulu (may), Oğuz (iyun), Qorqudata (iyul), Alparslan (avqust), Ruhnamə (sentyabr), Qaraşsızlıq (oktyabr), Sultansəncər (noyabr), Bitaraflıq (dekabr).

Həftənin günlərinin adları isə bu cürdür: Başgün (bazar ertəsi), Yaşgün (çərşənbə axşamı), Xoşgün (çərşənbə), Soğapgün (cümə axşamı), Ana (cümə), Ruhgün (şənbə), Dinçgün (bazar).

Türkmənbaşı küçələrə, fermalara, at ilxılarına, dünyadakı ən uzun kanala, bir şəhərə, gəmilərə, hətta Aydakı bir kraterə də öz adını vermişdi. Onun şəkilləri araq və konyak şüşələrinin, müxtəlif qida məhsullarının etketlərini bəzəyirdi. Kəlamları ölkənin bütün künc-bucağına həkk edilmişdi. Ölkənin ən yüksək zirvəsinə Türkmənbaşının adı verilmişdi. Qiymətli daşları çox sevən Türkmənbaşı taxdığı iri qaşlı üzüklərlə, qalstukunun qiymətli daşlarla bəzədilmiş sancaqları ilə nəzərləri cəlb edirdi. Bununla bərabər o, ölkəsində vətəndaşların qızıl diş qoymalarını qadağan etmişdi. Müxtəlif mərasimlərdə incəsənət işçilərinə və tələbələrə marka paylayan Türkmənbaşı Aşqabadın mərkəzindəki Puşkin adına teatrı uçuraraq yerində türk aşıqı Qaracaoğlanın heykəlini ucaltmışdı. Niyazovun anadan olduğu Qıpçaq kəndində tikdirdiyi məscid Orta Asiyada ən böyük məsciddir. O, bu məscidə anası Qurbansultanın adını vermişdir.

Ruhnamə – "müqəddəs kitab"... Saparmurat Türkmənbaşının qələmə aldığı "Ruhnamə" kitabı 2001-ci ildə işıq üzü görüb. "Ruhnamə" həmin il Türkmənistanın müstəqillik günü münasibətilə xalqa paylanıldı.

Türkmənistan dünyanın ən böyük təbii qaz ehtiyatlarından birinə malikdir. Türkmənbaşı xalqa su, təbii qaz və elektrik enerjisinin pulsuz paylanılmasını təmin etmişdi. Ancaq buna baxmayaraq onun prezidentliyi dövründə türkmən xalqının həyat şəraiti ağır olaraq qalırdı.

Türkmənbaşı rəsmi açıqlamaya görə 21 dekabr 2006-cı ildə, yerli vaxtla saat 01:10-da infarktdan dünyasını dəyişib.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Saparmurat Niyazov haqqında məlumat. Saparmurat Niyazov nədir? Saparmurat Niyazov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Dalay-lama

  • Fevral 27, 2026

    Xuraman Hacıyeva

  • Fevral 24, 2026

    Türk lirəsi

  • Fevral 27, 2026

    Zaqafqaziya Seymi

  • Fevral 26, 2026

    İjevsk

Trend Mahnılar
  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst