Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Naringi (lat. Citrus reticulata) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin sitrus cinsinə aid bitki növü.

Citrus reticulata

  • Ana Səhifə
  • Vikipediya
  • Citrus reticulata

Naringi (lat. Citrus reticulata) — bitkilər aləminin sabunağacıçiçəklilər dəstəsinin sədokimilər fəsiləsinin sitrus cinsinə aid bitki növü.

Naringi
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Malvidlər
Dəstə:
Sabunağacıçiçəklilər
Fəsilə:
Sədokimilər
Yarımfəsilə:
Aurantioideae
Cins:
Sitrus
Növ:
Naringi
Beynəlxalq elmi adı
  • Citrus reticulata Blanco, 1837
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  28888
NCBI  85571
EOL  582204

Mündəricat

Arealı

Çində, Yaponiyada, ABŞ-nın şimal ştatlarında, Argentinanın cənubunda və Filippində mədəni əkin şəraitində becərilən bir çoх formaları mövcuddur.

Botaniki təsviri

Hündürlüyü 2–3 m-ə çatan, dağınıq çətirə malik kol bitkisidir. Budaqları tünd-yaşıl rəngli olub, çılpaqdır. Yarpaqları ellips və ya yumurtavari formada, tamkənarlı və ya sıх mişardişlidir, üstdən tünd-yaşıl, altdan isə açıq-yaşıldır. Yarpaq saplağı 2 sm-dir. Çiçəkləri ağ rəngli, ətirlidir, tək-tək və ya 2-5-i bir yerdə yerləşir.

Subtropik və tropik iqlim qurşaqlarında ildə bir dəfə çiçəkləyir. Meyvələri çiçəkləmədən 6-10 ay sonra yetişir. Meyvələrinin diametri 6-8 sm-ə çatır, yumru, narıncı rəngdədir, ləti şirin, bəzən də bir az turş olur.

Ekologiyası

Rütubətsevən, kölgəyədavamlı bitkidir, münbit torpaqlarda daha yaxşı bitir. Şaxtaya davamsızdır.

Azərbaycanda yayılması

Lənkəran zonasında geniş plantasiyalarda, Abşeronda isə həyətyanı sahələrdə becərilir.

İstifadəsi

Meyvəsinin lətində 7,6-8,3% şəkər, 0,7-1,1% turşu, 35 mq/100qr C vitamini vardır. Meyvəsindən yeyinti sənayesində geniş istfadə olunur. Əsas qlükozid-tanjeritindir.

Meyvəsi

Sitrus meyvələri quruluşuna görə 2 hissədən: qabıqdan və ətli hissədən ibarətdir. Qabıq hissə 2 qatdan ibarətdir: üst rəngli qat – flavedo, daxili rəngsiz qat – albedo.

Ətli hissə şirə kisəciklərindən təşkil olunmuş dilimlərdən (6-12) ibarətdir. Sitrus meyvələrində qabığın qalınlığı onların saxlanılması cəhətdən əlverişlidir. Eyni zamanda qabığın qalınlığı ətli hissənin azalmasına səbəb olur. Sitrus meyvələrinin qabığının rəngi limonda açıq-sarı, portağalda və narıngidə isə sarımtıl-narıncı olur. Ətli hissəsi xoş narıncı-sarı, zərif lifli və ətirli olur. Karolyok sortlu portağalın ətli hissəsi qırmızı-yaqut rəngində olur.

Sitrus meyvələri noyabr-dekabr aylarında yetişir və yığılır. Portağal ticarətə, əsasən dekabrdan fevrala kimi daxil olur. Bunları 6 aya qədər saxlamaq mümkündür.

Kimyəvi tərkibi

Sitrus meyvələrinin tərkibində efir yağlarının faizlə miqdarı onların ayrı-ayrı hissələrində müxtəlif olur. Unşiu sortlu narınginin qabıq hissəsində 1,2%, ətli hissəsində 0,23%, yerli sort portağalın qabığında 2,4%, ətli hissəsində 0,24%, yerli sort yeni Gürcüstan limonunun qabıq hissəsində 2%, ətli hissəsində 0,31% efir yağları olur. Sitrus meyvələrinin tərkibində şəkər, çoxlu miqdarda pektin maddələri, turşular, az miqdarda azotlu maddələr olur. Efir yağları kimi pektin maddələri də, əsasən qabıq hissədə toplanmışdır.

Sitrus meyvələrinin tərkibində vitaminlərdən C, P, B1, B2, PP və karotin vardır. Vitaminlər qabıq hissədə ətli hissəyə nisbətən daha çox toplanır. Məsələn, C vitamini ətli hissədə 33-62mq% olduğu halda, qabıq hissədə 121-175mq%-dir. Portağalın qabığında 490 mq% P vitamini vardır. Azotlu maddələrin miqdarı 1%-ə qədər təşkil edir.

Narınginin bir çox sortları vardır. Bunlardan toxumsuz Gürcüstan (Unşiu), enliyarpaq Gürcüstan (ovari-unşiu), daryarpaq Gürcüstan və Vase-Unşiu sortları misal göstərilə bilər. Gürcüstan sortu portağala oxşar olmaqla dairəvi-yumru və ya armudvari formada olur

Sinonimləri

Homotipik sinonimləri

  • Citrus × nobilis subf. reticulata (Blanco) M.Hiroe

Heterotipik sinonimləri

  • Citrus daoxianensis S.W.He & G.F.Liu
  • Citrus reticulata var. austera Swingle

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Citrus reticulata haqqında məlumat. Citrus reticulata nədir? Citrus reticulata nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Azərbaycan–İran sərhədi

  • Fevral 27, 2026

    Allahyar Cavanşirov

  • Fevral 27, 2026

    STOVL

  • Fevral 26, 2026

    Filon İskəndəriyyəli

  • Fevral 27, 2026

    Dəstgah

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst