Qalina Yuriyevna Mehdiyeva (15 fevral 1944, Poti) — Fizika-riyaziyyat elmləri doktoru, professor.
| Qalina Mehdiyeva | |
|---|---|
| Doğum tarixi | 15 fevral 1944 (82 yaş) |
| Doğum yeri | |
| Həyat yoldaşı | |
| Uşaqları |
|
| Elmi dərəcəsi |
|
| Elmi adı | |
| İş yeri |
|
| Təhsili |
|
Həyatı
15 fevral 1944-cü ildə Gürcüstanın Poti şəhərində anadan olub. 1960–1965-ci illərdə Suxumi Dövlət Universitetində təhsil alıb. 1976-cı ildən BDU-da çalışır.
1965–1967-ci illərdə Suxumi 4 saylı axşam məktəbində müəllim işləmişdir.
Akustika İnstitutunun Suxumi filialında 1967–1968-ci illərdə mühəndis-proqramçı, 1968–1970-ci illərdə baş laborant, 1970–1972-ci illərdə isə riyaziyyatçı-mühəndis-proqramçı vəzifələrində çalışmışdır.
1972–1976-cı illərdə "Azerselxoztexnika"nın İnformasiya-hesablama mərkəzində böyük mühəndis vəzifəsində işləmişdir.
Ailəsi
Ramiz Mehdiyevin həyat yoldaşıdır. İki övladı var.
Elmi fəaliyyəti
Bakı Dövlət Universitetində "Hesablama üsulları", "Hesablama riyaziyyatı" və "Operator tənliklərin təqribi həll üsulları" dərslərini tələbələrə tədris edir.
"Volter və Fredqolm tipli inteqral tənliklərin iterasiya üsullari ilə həlli" mövzusunda tədqiqatlar aparır.
160 elmi məqalənin, 3 dərs və 3 metodik vəsaitin və 1 monoqrafiyanın müəllifidir.
Kitabları
- Hesablama praktikası üzrə metodik göstəriş. Bakı, BDU, 1982.
- Fortranda hesablama praktikası üzrə metodik göstəriş. Bakı, BDU, 1983.
- Proqramlaşdırma üzrə məsələlər. (Ali məktəblər üçün dərs vəsaiti). Bakı Universiteti nəşriyyatı, Bakı, 2004, 106 səh.
- Proqramlaşdırma üzrə praktikum. (Ali məktəblər üçün dərs vəsaiti). Bakı Universiteti nəşriyyatı, Bakı, 2004, 116 səh.
- II növ Volter inteqral tənliyinin həllinə çoxaddımlı üsulların tətbiqi, (Dərs vəsaiti), Bakı, BDU, 2015 səh.112
- Adi diferensial tənliklərin ədədi üsullarla həlli. (Dərs vəsaiti), Bakı, BDU, 2010 səh.170
- On the research of multi-step methods with constant coefficients. Monograph / LAP LAMBERT Academic Publishing, 2013
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Qalina Mehdiyeva haqqında məlumat. Qalina Mehdiyeva nədir? Qalina Mehdiyeva nə deməkdir?