Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

İhsan Doğramacı (3 aprel 1915, Ərbil – 25 fevral 2010[…], Ankara) — Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, pediatr. AMEA-nın fəxri üzvü

İhsan Doğramacı

  • Ana Səhifə
  • Vikipediya
  • İhsan Doğramacı

İhsan Doğramacı (3 aprel 1915, Ərbil – 25 fevral 2010[…], Ankara) — Türkiyə Cümhuriyyəti Ali Məktəb Rektorları Şurasının ilk sədri, pediatr. AMEA-nın fəxri üzvü olmuşdur.

İhsan Doğramacı
türk. İhsan Doğramacı
Doğum tarixi 3 aprel 1915(1915-04-03)
Doğum yeri
  • Ərbil
Vəfat tarixi 25 fevral 2010(2010-02-25)[…] (94 yaşında)
Vəfat yeri
  • Ankara, Ankara ili, Türkiyə
Vəfat səbəbi bir neçə orqan çatışmazlığı sindromu
Dəfn yeri
  • Ankara
İş yerləri
  • Ankara Universiteti,
  • Hacettepe Universiteti,
  • Bilkent Universiteti
Təhsili
  • Harvard Universiteti,
  • Sent-Luis Vaşinqton Universiteti,
  • İstanbul Universiteti Tibb fakültəsi[d] (–1938),
  • Harvard Universiteti (1945–1946),
  • Ankara Universiteti
Üzvlüyü
  • Leopoldin Alman Milli Elmlər Akademiyası
Mükafatları "Xidmətlərə görə" ordeni "Fəxri legion" ordeninin zabit dərəcəsi Order of the Cross of Terra Mariana, 3rd Class "Heydər Əliyev" ordeni "İstiqlal" ordeni — 2000 Commander First Class of the Order of the Lion of Finland "Xidmətlərə görə" ordeninin ulduzlu komandor dərəcəsi Order of Merit of Duarte, Sanchez and Mella "Xristofor Kolumb" ordeni
"Qızıl çinar" beynəlxalq mükafatı
dogramaci.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

İhsan Doğramacı 1915-ci il aprelin 24-də o vaxt Osmanlı imperiyasının tərkibində olan İraqın Ərbil şəhərində anadan olub. Kökən olaraq İraq türkmanlarındandır. Orta məktəbi Beyrutda, ali məktəbi Bağdad və İstanbulda bitirib.

1942-ci ildə Sədrəzəm Mahmud Şövkət Paşanın qohumu və İraq Baş nazirliyi də etmiş Hikmət Süleymanın qızı Bağdad Amerikan Qız Kolleci tələbəsi Aysər xanım ilə tanış olmuş və evlənmişdir.

Təhsili

İlk təhsilini Ərbil İbtidaiyyəsində almış, orta təhsilini isə Beyrutda Beyrut Amerikan Universitetinə bağlı International College-də (1932) tamamlamışdır. Üç il Bağdat Tibb Fakültəsində təhsil aldıqdan sonra İstanbul Tibb Fakültəsini bitirərək 1938-ci ildə həkimlik diplomunu almışdır. İstanbul Tibb Fakültəsindən məzun olduqdan sonra (1938) ixtisas təhsilini Ankara Nümunə Xəstəxanasında, Harvard Universitetinə bağlı Boston Children's Hospital və Washington Universitetinə bağlı St. Louis Children's Hospital-da davam etdirmişdir. Ankara Universiteti Tibb Fakültəsində Doçent (1949) və Professor (1954) olmuşdur. Uşaq Sağlamlığı İnstitutunun, Hacettepe Tibb və Sağlamlıq Elmləri Fakültəsinin və Hacettepe Universitetinin qurulmasında böyük xidmətləri olmuşdur.

Karyerası

İhsan Doğramacı Ankara Universitetinin rektoru (1963–1965), Şərq orta Texniki Universitetinin heyət rəhbəri (1965–1967), Hacettepe Universitetinin rektoru (1967–1975) olmuşdur. Sonra isə Paris Universitetinə müəllim təyin edilmişdir.

Hacettepe Universiteti

İhsan Doğramacı 1955-ci ildə Ankara Universiteti Tibb Fakültəsi nəzdində Uşaq Sağlamlığı Bölməsini qurmuşdur. 1958-ci ildə onun rəhbərliyi ilə Uşaq Sağlamlığı İnstitutu və Xəstəxanası fəaliyyətə başlamışdır. 1961-ci ildə Türkiyədə ilk tibb elmləri məktəbi olan Tibb Elmləri Fakültəsi qurulmuşdur. Sonrakı illərdə diş həkimliyi, ev iqtisadiyyatı kimi bir neçə başqa bölmənin qurulması ilə institut, Ankara Universiteti Tibb Fakültəsi nəzdində ali təhsil mərkəzinə çevrilmiş və 1967-ci ildə Hacettepe Universiteti rəsmi olaraq qurulmuşdur. Hacettepe Universiteti digər fakültələrini qurduqdan sonra, daha böyük bir təhsil kompleksinə ehtiyac yarandı. İhsan Doğramacı, Hacettepe Təhsil Fonduna və Hacettepe Sağlamlıq Fonduna mühüm miqdarda bağışlar etmişdir. Bu bağışlar sayəsində Hacettepe Universiteti üçün yeni korpus inşa edilmişdir. Hazırda Hacettepe Universiteti, Türkiyənin tibbi sahəsində ən yaxşı dövlət universitetlərindən biri hesab olunur.

Bilkent Universiteti

Türkiyədə özəl universitetlərin qurulmasına icazə verən qanunvericilik, Doğramacının tələbi və səyi ilə həyata keçdikdən sonra, o, özəl univeristet yaratmaq üçün ərazi axtarışlarına başlayır. Nəticədə, 1984-cü ildə Orta Şərq Texniki Universiteti və Hacettepe Universiteti korpusları arasında Türkiyənin ilk özəl universiteti olan Bilkent Universiteti qurulmuşdur. Doğramacı həmçinin təhsil binalarını inşa etmək və universitetə maliyyə dəstəyi vermək üçün Tepe İnşaatı kimi sənaye şirkətləri qurmuşdur. Bu şirkətlərin hamısı Bilkent Holding altında birləşmiş və hazırda Türkiyənin ən böyük korporativ qruplarından biridir. Bütün şirkətlər Bilkent Universitetinə hədiyyə edilmişdir. Doğramacının bütün varisləri bu şirkətlərdən olan hüquqlarından imtina ediblər. Bununla o, demək olar ki, bütün sərvətini universitetə bağışlamışdır. Bilkent Universiteti, Türkiyənin ən yaxşı universitetlərindən biri olmaqla yanaşı, Times Higher Education Dünya Universitetləri Sıralamasına görə 112-ci sıradadır.

1981–1992-ci illər arasında Ali Təhsil Qurumunun sədri olan İhsan Doğramacı vəfatınadək Bilkənd Universitetinin heyət sədri vəzifəsini icra edirdi.

1964–1973-cü illər arasında Avropa Rektorlar Konfransının idarə heyətinin üzvü, 1981-ci ildən bu günə qədər Millətlərarası Ali Təhsil Konfransında idarə heyətinin üzvü, sədr və fəxri sədr vəzifələrində çalışan İhsan Doğramacı bu yolla bir çox ölkələrin ali təhsil idarəetmə sistemlərini yaxından öyrənmişdir. İhsan Doğramacı Hindistan Milli Tibb Akademiyası, Fransa Tibb Elmləri Akademiyası, Amerika Pediatr Akademiyası, AMEA-nın fəxri üzvüdür.

Dünyanın bir sıra ölkələrinin və beynəlxalq təşkilatların nüfuzlu mükafatlarını almış İhsan Doğramacı 2000-ci ildə Azərbaycanın "İstiqlal" ordeni ilə, 2005-ci ildə isə Azərbaycanın ən ali mükafatı olan "Heydər Əliyev" ordeni ilə təltif olunub. 2000 və 2005-ci illərdə İhsan Doğramacının 80 və 85 illik yubileyləri Bakıda qeyd olunub.

Mükafatları

Ordenlər

1976 – Dominikan Respublikası: Duarte, Sánchez və Mella Xidməti Ordeni

1977 – Fransa: Milli Légion d'Honneur Ordeni

1979 – Finlandiya: Finlandiyanın Aslan Ordeni

1989 – Polşa: Polşa Respublikası Xidməti Ordeni

1989 – Fransa: Paris Şəhər Medalını

1990 – Dominikan Respublikası: Kristofer Kolumbun Böyük Xaç Ordeni

1995 – Türkiyə: Dövlət Xüsusi Xidmət Medalını

1997 – Rumıniya: Xidmət Medalını

1997 – Dünya Səhiyyə Təşkilatı: "Hər Kəs üçün Sağlamlıq" Qızıl Medalını

2000 – Azərbaycan: İstiqlal Ordeninin Birinci Dərəcəsi

2000 – Estoniya: Terra Mariana Ordeninin Xaçı

2005 – Azərbaycan: Heydər Əliyev Ordeni

2005 – Türkiyə: Sevda-Cenap Musiqi Fondu Onur Mükafatı Qızıl Medal

2009 – İraq: İraq Ali Təhsil və Elmi Araşdırmalar Nazirliyi, Şərəf Medalını

2009 – Misir: Misir Xalq Məclisinin Medalını

Mükafatlar

1978 – Türkiyə: TÜBİTAK Xidmət Mükafatı

1981 – Dünya Səhiyyə Təşkilatı: Léon Bernard Fondunun Mükafatı

1986 – Birləşmiş Ştatlar: Christopherson Mükafatı (Amerika Pediatriya Akademiyası)

1995 – UNICEF: Maurice Pate Mükafatı

1995 – Yunanıstan: Soranus Elm və Dostluq Mükafatı

1998 – Avropa Şurası: "Sülh, Ədalət və Dözümlülük" Mükafatı

1999 – Türkiyə: Sağlamlıq və Təhsil Mükafatı

2000 – Türkiyə: Xüsusi Xidmət Mükafatı (Türkiyə Xarici İşlər Nazirliyi)

2004 – Yaponya: Dr. Ju Shichiro Naito Beynəlxalq Uşaq Sağlamlığı Mükafatı

2007 – Türkiyə: Türkiyə Böyük Millət Məclisi Onur Mükafatı

2009 – Türkiyə: İslam Tibb Elmləri Təşkilatının Mükafatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İhsan Doğramacı haqqında məlumat. İhsan Doğramacı nədir? İhsan Doğramacı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    BMP (format)

  • Fevral 27, 2026

    Hüceyrənin bölünməsi

  • Fevral 27, 2026

    Şahzadə

  • Fevral 27, 2026

    Seolit

  • Fevral 27, 2026

    Qaysarlı

Trend Mahnılar
  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst