Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pirəköcə — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Qocalı kənd inzibati ərazi dairəsində kənd.

Pirəköcə

  • Ana Səhifə
  • Vikipediya
  • Pirəköcə

Pirəköcə — Azərbaycan Respublikasının Kürdəmir rayonunun Qocalı kənd inzibati ərazi dairəsində kənd.

Pirəköcə
40°03′46″ şm. e. 48°17′00″ ş. u.HGYO
Ölkə
  •  Azərbaycan
Tarixi və coğrafiyası
Saat qurşağı
  • UTC+04:00
Xəritəni göstər/gizlə
Pirəköcə xəritədə
Pirəköcə
Pirəköcə

Mündəricat

Tarixi

Kür çayının sağ sahilində, Şirvan düzündə yerləşir. Rayon mərkəzindən 50 km, Sabirabad rayonunun mərkəzindən 23 km, Bakı şəhərindən isə 239 km uzaqlıqdadır. Sabirabadın Muradbəyli kəndi ilə Kür çayı, Kürdəmirin Axtaçı və Qocalı kəndləri ilə isə quru vasitəsilə qonşudur. Qədim zamanlarda Kür çayı vasitəsilə Pirəköcədən Tiflis, Qazax şəhərlərinə getmək olardı. Lakin XX əsrin ortalarından başlayaraq çay üzərində Mingəçevir, Şəmkir, Yenikənd və s. su–elektrik stansiyaları tikildiyindən hazırda həmin şəhərlərə getmək mümkün deyildir. Kəndin adının etimologiyası orta əsrlərdə burada olan bir pirlə bağlıdır. Kür çayı daşarkən həmin piri məhv etmişdir. Hazırda pirin qalıqları belə qalmamışdır. Kəndin adının mənası "pirə köçək" deməkdir. Sonralar bu söz aşınmaya məruz qalaraq "pirəköcə" formasına düşmüşdür. Hətta, sovet dönəmində bir zamanlar rəsmi sənədlərdə kəndin adı "Pirəköjə" kimi yazılırdı.

Toponimikası

Pirəköcə oyk. Kür çayı sahilində, Şirvan düzündədir. Pirəköcə variantında da qeyda alınmışdır. əsli Piraqocadır. Oykonim ”qocalı nəslinə mənsub pir” mənasında olub, eyniadlı pirin adını daşıyır. Kənddə qocah nəslinin nümayandəlari indi də yaşayır.

Coğrafiyası və iqlimi

Kənddə Kür çayı sahilində məşur Tuğayı ağacları var. Yerli əhali çaydan müxtəlif kiçik və irihəcmli balıqlar ovlayırlar. Kəndin ərazisi dağ–çöl və yarımsəhra landşaft qurşağında, orta və zəif parçalanmiş dağarası düzənliklərin və ovalıqların yarımsəhra landşaftına daxildir. Pirəköcədə balıqlardan poruya, ağ balığa, sürünənlərdən su ilanına, tısbağaya, aqamaya, suda–quruda yaşayanlardan quru qurbağasına, quşlardan ördəyə, qaşqaldağa, qaza, məməlilərdən oxlu kirpiyə, qırmızıquyruq qum siçanına, yırtıcılardan canavara rast gəlmək olar. Demək olar ki, bu kəndin zoologiyası müxtəlif və zəngindir. Kəndin bitki örtüyü səhraların və yarımsəhraların yerində yenidən bərpa olunmuşdur. Yağıntıların illik miqdarı 200 mm-ə bərabərdir. Pirəköcə kəndində Kaynazoy erasına aid 4-cü dövr çöküntüləri vardır. Kənddə ən yüksək temperatur 43 dərəcədir. Kəndin torpaqları boz–çəmən rəngindədir.

Əhalisi

2008-ci ilin məlumatlarına görə kənddə 61 ev və 251 nəfər əhali var. Əhalinin əksəriyyəti kişilərdir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 387 nəfər əhali yaşayır.

İqtisadiyyatı

Kəndin əhalisi taxılçılıq, əkinçilik, bağçılıq, bostançılıq, əsasən isə maldarlıq və heyvandarlıqla məşğuldur.

Həmçinin bax

  • Kürdəmir rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pirəköcə haqqında məlumat. Pirəköcə nədir? Pirəköcə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    David Neres

  • Fevral 27, 2026

    Əli-Səttar Quliyev

  • Fevral 27, 2026

    Yellow Submarine

  • Fevral 27, 2026

    Psilomelan

  • Fevral 27, 2026

    Bizerta

Trend Mahnılar
  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst