İsa Səlimxanov (tam adı: İsa Rza bəy oğlu Səlimxanov; 31 oktyabr 1908, Bakı – 22 aprel 1998, Bakı) — Azərbaycan kimyaçısı, arxeoloqu, kimya elmləri doktoru (1960), professor (1963), tarix elmləri doktoru (1986), Azərbaycan SSR əməkdar elm xadimi (1974).
| İsa Səlimxanov | |
|---|---|
| İsa Rza bəy oğlu Səlimxanov | |
| Doğum tarixi | 31 oktyabr 1908 |
| Doğum yeri | |
| Vəfat tarixi | 22 aprel 1998 (89 yaşında) |
| Vəfat yeri | |
| Vətəndaşlığı | |
| Elm sahələri | kimya, analitik kimya, arxeologiya |
| Elmi dərəcələri |
|
| Elmi adı | |
| İş yerləri |
|
| Təhsili |
|
| Mükafatları | |
İsa Səlimxanov Dünya maddi mədəniyyəti tarixi öyrənən Almaniya Arxeologiya İnstitutunun həqiqi üzvü (1977), Kaliforniya Universiteti Arxeologiya Cəmiyyətinin üzvü (1977) və İngiltərə Metallurgiya Cəmiyyətinin fəxri üzvü (1981).
Həyatı
İsa Rza bəy oğlu Səlimxanov 1908-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Rza bəy İsa bəy oğlu Səlimxanov (1875–1962) İçərişəhərin adlı-sanlı nəsillərindən biri olan Səlimxanovlardandır.
O, 1932-ci ildə D. N. Mendeleyev adına Mockva Kimya Texnologiyası İnstitutunu bitirmişdir. AMEA Kimya İnstitutunda (1947–1950), Azərbaycan Tarix İnstitutunda (1950–1952) işləmişdir və 1953-cü ildə AMEA-nın Tarix İnstitutunda şöbə müdiri olmuşdur. Məqalələri dünyanın nüfuzlu jurnallarında (həmçinin UNESCO-nun) çap edilmişdir.
Rza Səlimxanov ilk dəfə olaraq qədim metallurgiya tədqiqinə sentual analizi tətbiq etmişdir. O, 1952-ci ildə Azərbaycan EA-nın Arxeologiya Texnologiyası laboratoriyasını yaratmışdır. Metal məlumatlarının tərkibinin öyrənilməsinə dair bir neçə tədqiqat metodunun müəllifi olub. Onun tədqiqatları xarici ölkələrdədə tətbiq edilmişdir. İsa Səlimxanov 1978-ci ildən YUNESKO nəzdindəki beynəlxalq metal tarixi komitəsinin vitse prezidentidir.
Əsərləri
- Исследование металлических изделий древнего Мингечаура эпохи развитой бронзы / М.-А. С. Кашкай, И. Р. Селимханов ; М-во высш. образования СССР. Азербайдж. гос. ун-т им. С. М. Кирова. - Баку : Изд-во Азерб. ун-та, 1959.
- Историко-химические и аналитические исследования древних предметов из медных сплавов : на материале энеолита Азербайджана / И. Р. Селимханов ; ред. В. А. Пазухин. - Баку : Издательство Академия наук Азербайджанской ССР, 1960.
- Arxeoloji tədqiqatlarda bəzi yeni metodlar haqqında / İ. Səlimxanov. - Bakı: Azərbaycan SSR Bilik Cəmiyyəti, 1967.
- Разгаданные секреты древней бронзы / И. Р. Селимханов ; отв. ред. В. А. Пазухин. - Москва: Наука, 1970.
- Из истории древней металлургии Кавказа / М.-А. Сейдали Кашкай, И. Р. Селимханов ; АН АзССР. Ин-т истории и Ин-т геологии. - Баку : Элм, 1973.
- Enträtselte Geheimnisse der alten Bronzen, I. R. Selimchanow, Deutscher Verlag der Wissenschaften, Berlin, 1974.
- Возникновение и развитие химии с древнейших времен до 17 века / [Н. А. Фигубовский, И. Р. Селимханов, В. В. Иванов и др. Отв. ред. Ю. И. Соловьев]. - Москва : Наука, 1980.
- Древнейший металл Азербайджана / И. Р. Селимханов ; АН АзССР, Ин-т истории, Сектор археологии и этнографии. - Баку : Элм, 1986.
Həmçinin bax
- Qüdrət Səlimxanov
- Mirəli Qaşqay
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, İsa Səlimxanov haqqında məlumat. İsa Səlimxanov nədir? İsa Səlimxanov nə deməkdir?