Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Trevi fəvvarəsi (it. Fontana di Trevi) — Romada yerləşən ən böyük fəvvarə. Hündürlüyü 25,9 m, eni 19,8 m olmaqla dünyanın ən məşhur fəvvarələrindən biri sayılır

Trevi fəvvarəsi

  • Ana Səhifə
  • Vikipediya
  • Trevi fəvvarəsi

Trevi fəvvarəsi (it. Fontana di Trevi) — Romada yerləşən ən böyük fəvvarə. Hündürlüyü 25,9 m, eni 19,8 m olmaqla dünyanın ən məşhur fəvvarələrindən biri sayılır. Fəvvarə 1732–1762-ci illərdə məşhur italyan memarı Nikola Salvi tərəfindən barokko və klassik üslubların sintezi əsasında inşa edilmişdir.

Trevi fəvvarəsi
Fontana di Trevi
Ölkə  İtaliya
Şəhər Roma
Memar Nikola Salvi, Cüzeppe Panini
Sifarişçi XII Klement
Tikilmə tarixi 1732-1762
Üslubu barokko
Hündürlüyü 26,3 m
Eni 49,15 m
Vəziyyəti açıq səma altında muzey
Rəsmi sayt trevifountain.net
UNESCO Ümumdünya İrsi
Rəsmi adı: Historic Centre of Rome, the Properties of the Holy See in that City Enjoying Extraterritorial Rights and San Paolo Fuori le Mura
TipiMədəni
Kriteriyai,ii,iii,iv,vi
Təyin edilib1980
İstinad nöm.91
Dövlətİtaliya
RegionAvropa
41°54′03″ şm. e. 12°28′59″ ş. u.HGYO
Xəritə
Trevi fəvvarəsi (Roma)
Nöqtə
Trevi fəvvarəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Romanın əsas gözəllik simvolu sayılır. Üç yolun və ya üç yeraltı su axarının kəsişdiyi yerdə yerləşməsinə görə Trevi (tərc. üç yol) adlandırılmışdır.

Mündəricat

Məzmunu

Poli sarayının (it. Palazzo Poli) nəhəng fasadına söykənməsi onu saray-fəvvarə kompleksi kimi də səciyyələndirir. Əsasən dəniz mövzusunda işlənmiş memarlıq abidəsi dənizdən çıxan qanadlı atların, tritonların qoşulduğu balıqqulağını xatırladan arabanı idarə edən mifik dəniz allahı Neptun və digər alloqrafik fiqurlardan, sağ cinahda Roma əsgərlərinə bulağın (Romaya ilk su arxı məhz bu "Akva Vercine" (lat. Acqua — su, Vergine — qız; "Qız bulağı") bulağından çəkilmişdir) yerini göstərən cavan qız barelyefindən ibarətdir.

Tarixçəsi

Trevi fəvvarəsinin tarixi imperator Avqustla əlaqəlidir. Avqustun kürəkəni Aqrippa "Qız bulağı"ndan Panteona su arxı çəkdirmişdir. Orta əsrlərə qədər fəaliyyət göstərən bu arx XII əsrdə papa VIII Urban və XV əsrdə papa V Nikolay tərəfindən təmir etdirilmişdir.

Trevi fəvvarəsi ilə bağlı bir inam mövcuddur ki, kim fəvvarəyə başı üzərindən xırda pul atarsa, Romaya bir daha səfər edəcəkdir.

Bir çox məşhur filmlərdə ("Roma tətilləri" (ing. it. Roman Holiday; baş rolda: Odri Hepbern), Federiko Fellininin "Şirin həyat" (it. La Dolce Vita; baş rolda: Marçello Mastroyanni), "Dəlicəsinə aşiq" (it. Innamorato pazzo; baş rollarda: Adriano Çelentano və Ornella Muti) Trevi fəvvarəsinə dəfələrlə müraciət edilmişdir.

Şəkil qalereyası

Mənbələr

  • Falk Spirallo Reiseführer Rom, Auflage 2007
  • Rom, DuMont Reiseverlag, Auflage 2006

Həmçinin bax

41°54′03″ şm. e. 12°28′59″ ş. u.HGYO

  1. https://www.museumsrome.com/it/il-nostro-blog-su-roma/la-fontana-di-trevi-a-roma.
  2. https://www.britannica.com/topic/Trevi-Fountain.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Trevi fəvvarəsi haqqında məlumat. Trevi fəvvarəsi nədir? Trevi fəvvarəsi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    İlahiyyat

  • Fevral 23, 2026

    Maybach

  • Fevral 24, 2026

    Əyyubilər

  • Fevral 24, 2026

    Antoni Cenkinson

  • Fevral 24, 2026

    İtalyan

Trend Mahnılar
  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 20, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst