Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Əbül-Xeyr Şəmsəddin Məhəmməd ibn Əbdirrəhman ibn Məhəmməd əs-Səxavi (ərəb. شمس الدين السخاوي‎; 1427 və ya 1428, Qahirə – 1 may 1497, Mədinə, Məmlük dövləti) — h

Şəmsəddin əs-Səxavi

  • Ana Səhifə
  • Vikipediya
  • Şəmsəddin əs-Səxavi

Əbül-Xeyr Şəmsəddin Məhəmməd ibn Əbdirrəhman ibn Məhəmməd əs-Səxavi (ərəb. شمس الدين السخاوي‎; 1427 və ya 1428, Qahirə – 1 may 1497, Mədinə, Məmlük dövləti) — hədis alimi və tarixçi.

Şəmsəddin əs-Səxavi
ərəb. مُحمَّد بن عبد الرحمٰن بن مُحمَّد بن أبي بكر بن عُثمان بن مُحمَّد السخاوي‎
Doğum tarixi 1427(1427) və ya 1428(1428)
Doğum yeri
  • Qahirə, Məmlük dövləti, Misir
Vəfat tarixi 1 may 1497(1497-05-01) (68–70 yaşında)
Vəfat yeri
  • Mədinə, Məmlük dövləti, Misir
Dəfn yeri
  • Bəqi qəbiristanlığı
Elm sahələri hədis elmi, islam tarixi, ərəb ədəbiyyatı

Bioqrafiyası

Rəbiül-əvvəl ayında 831-ci ildə (yanvar 1428) Qahirədə doğulub. Əslən Misirin Səxa şəhərindən olduğuna görə "əs-Səxavi" adı ilə şöhrət tapmışdır. Uşaqlıq illərində Qahirədə eyni məhəllədə yaşadıqları İbn Həcər əl-Əsqəlani, onun elmi həyatının formalaşmasında mühüm rol oynamışdır. İsa ibn Əhməd əl-Qahiri və Hüseyn ibn Əhməd əl-Əzhəridən ilk dini biliklərini almış və Quranı əzbərləmişdir. Fəqih Şəmsəddin Məhəmməd ibn Əhməd əd-Dərirdən tilavət dərsləri alıb. Yeddi yaşından etibarən İbn Həcərin elm məclislərində iştirak edib və onun vəfatına kimi Qahirədə qalıb. Onun müəllimi qarşısında oxuduğu əsərlər arasında İbnüs-Salahın "Ulumul-Hədis", Şafiinin "Mənaqib" əsəri, eləcə də müəlliminin "Fəthül-Bari", "Təxricül-Məsabih" və "Büluğul-Məram" əsərləri qeyd edilə bilər. Səhavi, böyük ehtiram bəslədiyi İbn Həcər üçün bir çox kitabı köçürmüş, bəzilərini tamamlamış, şərh etmiş və bəzi əsərlərə isə əlavələr yazmışdır.

Qahirə və şəhərətrafı ərazilərdə yaşayan hədis hafizlərindən dərslər alan Səxavi, müəlliminin ölümündən sonra Dümyata, Məkkəyə, Mədinəyə, Hələbə, Qüdsə, Dəməşqə, Həmaya elmi səfərlərə yollandı. Buralarda müxtəlif alimlər və mühəddislərlə görüşdü: Münaviyə, Bürhanəddin əz-Zəmzəmiyə, Təqiyyüddin ibn Fəhdə, Əbül-Fəth ibnül-Mərağiyə, Bədrəddin Abdullah ibn Fərhun və Əbül-Fərəc əl-Mərağiyə və başqa alimlərə tələbəlik etdi. Bu səyahətlərindən sonra özünü elmə həsr edən Səxavi, (1466, 1480, 1487, 1491-ci illərdəki) Həcc ziyarətləri istisna olmaqla Qahirədə qaldı.

Ölüm tarixi haqqında müxtəlif məlumatlar olsa da, onun Şaban ayında, hicri 902-ci (aprel 1497) ildə Mədinədə vəfat etdiyi fikri daha çox qəbul olunur.

Əsərləri

Xeyrəddin əz-Zirikli "əl-Əlam" əsərində Səxavinin 200-dək kitabın müəllifi olduğunu qeyd edir. Səxavinin hədis, tarix, bioqrafiya və başqa sahələrə aid qələmə aldığı bəzi əsərləri bunlardır: Büldaniyyat, Ümdətül-qari vəs-səmi fi xətmis-Səhihil-Cami, Təxricü əhadisil-adilin li-Əbi Nueym əl-İsbahani, əl-İlan bit-təvbix li-mən zəmmə əhlət-tarix, ət-Tibrül-məsbuk fi zeylis-Süluk, əl-İzah vət-təbyin bi-məsələtit-təlqin və s.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şəmsəddin əs-Səxavi haqqında məlumat. Şəmsəddin əs-Səxavi nədir? Şəmsəddin əs-Səxavi nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 26, 2026

    Tobolsk

  • Fevral 27, 2026

    Kiev

  • Fevral 27, 2026

    Nika (mifologiya)

  • Fevral 27, 2026

    Surət Hüseynov

  • Fevral 27, 2026

    E.ə. 355

Trend Mahnılar
  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst