IKEA — evlər və ofislər üçün rahat şəkildə quraşdırıla bilinən mebel, mətbəx texnikası və ev ləvazimatları hazırlayan İsveç şirkətidir. 17 yaşındakı Ingvar Kamprad tərəfindən 1943-cü ildə İsveçdə qurulan IKEA, 2008-ci ildən bəri dünyanın ən böyük mebel satıcısıdır.
| İkea | |
|---|---|
| IKEA | |
| |
| |
| Ümumi məlumatlar | |
| Tipi | Özəl şirkət |
| Sənaye | İstehsalat, dizayn, pərakəndə |
| Məhsulları | məişət texnikası, mebel[d] |
| Təsis tarixi | 28 iyul 1943) |
| Baş qərargahın yeri | Delft, Hollandiya |
| İqtisadi göstəriciləri | |
| Birjada listinqi | - (*Şirkət heç bir birjada list olunmayıb) |
| Ümumi gəliri | ▲ 20 Milyard US$ (2015) |
| Struktur | |
| İşçi sayı | 211 000 (2019) |
| Rəhbərlik | |
| Təsisçi | İnqvar Kamprad |
| ikea.com | |

Bloomberq milyarderlər indeksinin məlumatlarına əsasən İngvar Kamprad 58.7 mlrd dollar sərvəti ilə dünyada ən zəngin 8-ci adam idi (2018 Yanvar)
Tarixi
İKEA adı bir akronim olub təsisçinin adı (İnqvar Kamprad), onun doğulduğu fermanın (Elmtarid) və yaxınlıqdakı kiçik kəndin (Aqunnyarid) adından götürülüb
1943-cü ildə İnqvar Kamprad poçt sifarişi ilə satış biznesi olaraq IKEA-nı qurdu və beş ildən sonra mebel satmağa başladı. İlk mağaza 1958-ci ildə Smoland əyalətinin Elmhult şəhərində Möbel-IKÉA (Möbel isveçcə "mebel" deməkdir) adı ilə açılmışdır. İsveçdən kənarda ilk mağazalar Norveçdə (1963) və Danimarkada (1969) açılmışdır. Mağazalar 1970-ci illərdə Avropanın digər hissələrinə yayıldı, ilk mağaza Skandinaviyadan kənarda İsveçrədə (1973), ardınca Qərbi Almaniyada (1974) açıldı.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, IKEA haqqında məlumat. IKEA nədir? IKEA nə deməkdir?

