Məişət texnikası — yemək bişirmək və ya təmizlik aparmaq kimi bəzi məişət funksiyalarını yerinə yetirən elektrik enerjisinin gücü hesabına işləyən mexaniki cihazlardır. Məişət texnikası aşağıdakı qruplara ayrıla bilər:
- Əsas məişət texnikası və ya məişət əşyaları
- Kiçik məişət texnikası
- İstehlak elektronikası
Bu cür qruplara ayrılma bu növ məhsulların saxlanılması və təmirində də nəzərə çarpır. İstehlak elektronikası adətən yüksək səviyyədə texniki bilik və bacarıq tələb etdiyi halda, böyük cihazlar isə bu cihazları idarə etmək üçün daha çox praktiki bacarıqlar və eyni zamanda da onları təmir etmək üçün istifadə edilən ağır alətləri işlətmək məqsədilə böyük fiziki qüvvə tələb edir.
Tərif
Geniş istifadə sahəsini nəzərə alaraq, “məişət texnikası” termini cihazların “müəyyən bir istifadə və ya funksiyaya yönəlmiş alət və ya qurğu” kimi tərifinə əsaslanır. Daha konkret desək, Collins lüğətində “məişət cihazı”nın tərifi “adətən elektriklə işləyən, evinizdə olan və təmizlik və ya yemək bişirmək kimi işlər üçün istifadə etdiyiniz cihaz və ya maşınlar” kimi verilmişdir. Bu cür cihazların geniş istifadəsi deməyə əsas verir ki, evdə istifadə üçün nəzərdə tutulmuş demək olar ki, istənilən cihaz məişət texnikası hesab edilə bilər. Buna məişət elektronikası, eləcə də soba, soyuducu, tost aparatı, kondisioner, elektrik lampası və su nasosları da daxildir.
Ədəbiyyat siyahısı
- Du, Z. The Application Research of Small Home Appliance Product Based on Computer Aided Ergonomics // Proceedings of the 2012 International Conference of Modern Computer Science and Applications. Advances in Intelligent Systems and Computing. Springer. 2012. 522–528. ISBN 978-3-642-33030-8.
- Kriske, Rob; Kriske, Mary (July/August 1984). "Home Appliance Repair". Mother Earth News. Accessed May 2015.
- "New computerized home appliance to assist with caring for the elderly". Rockdale Citizen. 8 aprel 2015. İstifadə tarixi: 5 may 2015.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Məişət texnikası haqqında məlumat. Məişət texnikası nədir? Məişət texnikası nə deməkdir?