Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Susan Dayan Voycicki (ing. Susan Diane Wojcicki; 5 iyul 1968, Santa-Klara, Kaliforniya – 9 avqust 2024, Palo-Alto, Kaliforniya, ABŞ) — 2014–2023-cü illərdə YouT

Susan Voycicki

  • Ana Səhifə
  • Vikipediya
  • Susan Voycicki

Susan Dayan Voycicki (ing. Susan Diane Wojcicki; 5 iyul 1968, Santa-Klara, Kaliforniya – 9 avqust 2024, Palo-Alto, Kaliforniya, ABŞ) — 2014–2023-cü illərdə YouTube-un baş icraçı direktoru (CEO) olmuş amerikalı biznesmen. Onun sərvəti 2022-ci ildə 765 milyon dollar olaraq qiymətləndirilib.

Susan Voycicki
ing. Susan Wojcicki
Doğum tarixi 5 iyul 1968(1968-07-05)
Doğum yeri
  • Santa-Klara, Santa Klara qraflığı, Kaliforniya, ABŞ
Vəfat tarixi 9 avqust 2024(2024-08-09) (56 yaşında)
Vəfat yeri
  • Palo-Alto, Kaliforniya, ABŞ
Vəfat səbəbi ağciyər xərçəngi
Uşağı 5 (Marco Troper daxil olmaqla)
Təhsili
  • Harvard Universiteti (1986–1990),
  • Harvard Kolleci
Fəaliyyəti biznes ledi, menecer
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Voycicki iyirmi ildən çox texnologiya sənayesində çalışıb. O, 1998-ci ildə qarajını şirkətin təsisçilərinə ofis kimi icarəyə verərək Google-un yaradılmasında iştirak edib. 1999-cu ildə Google-un ilk marketinq meneceri kimi çalışıb və daha sonra şirkətin onlayn reklam biznesinə və orijinal video xidmətinə rəhbərlik edib. YouTube-un uğurunu müşahidə etdikdən sonra o, Google-un onu almasını təklif edib və 2006-cı ildə müqavilə 1,65 milyard dollara təsdiq edilib. O, 2014-cü ildə YouTube-un baş icraçı direktoru təyin edilib və 2023-cü ilin fevralında istefaya gedənə qədər bu vəzifəni icra edib.

Mündəricat

Erkən həyatı

Susan Dayan Voycicki 5 iyul 1968-ci ildə Santa-Klara qraflığında anadan olub. Anası amerikalı jurnalist Ester Voycicki, atası Stenford Universitetinin polşalı fizika professoru Stenli Voycickidir. Ana tərəfdən olan nənə və babası rus yəhudi mühacirləri idi. Ata nənəsi Yanina Voycicka Hoskins, Konqres Kitabxanasında kitabxanaçı idi və ABŞ-də Polşa ilə əlaqəli materialların ən böyük kolleksiyasının yaradılmasına cavabdeh idi. Susanın iki bacısı var: antropologiya və epidemiologiya elmləri doktoru Canet və 23andMe şirkətinin həmtəsisçisi və baş direktoru olan Enn.

Voyçiçkinin uşaqlığı Stenford kampusunda keçib. Riyaziyyatçı alim Corc Dantziq onun qonşusu olub. Kaliforniyanın Palo-Alto şəhərində Gunn High Liseyində oxuyub və məktəb qəzetində yazılar yazıb. Onun ilk biznesi on bir yaşında qapı-qapı gəzərək ip satmaq olub. Kollecdə humanitar fənlər üzrə ixtisaslaşıb və ilk kompüter elmləri dərsini yuxarı kursda oxuyarkən alıb. Harvard Universitetində tarix və ədəbiyyat üzrə təhsil alıb və 1990-cı ildə oranı fərqlənmə diplomu ilə bitirib. O, əvvəlcə iqtisadiyyat üzrə fəlsəfə doktoru dərəcəsi almaq və akademiyada karyera qurmağı planlaşdırırdı, lakin texnologiyaya olan marağına görə planlarını dəyişib. O, həmçinin 1993-cü ildə Kaliforniya Universitetində, Santa Cruz-da iqtisadiyyat üzrə magistr dərəcəsini və 1998-ci ildə UCLA Anderson İdarəetmə Məktəbində magistr dərəcəsini qazanıb.

Şəxsi həyatı

Voycicki 23 avqust 1998-ci ildə Kaliforniyanın Belmont şəhərində "Google"-un məhsul idarəçiliyi direktoru Dennis Troper ilə evlənib. Onların beş övladı var idi. Bacısı Anna Sergey Brin ilə evli olub.

9 avqust 2024-cü ildə Voycicki iki il əvvəl tutulduğu ağciyər xərçəngi səbəbiylə 56 yaşında vəfat edib.

Qeydlər

  1. və ya Voyçiçki

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Susan Voycicki haqqında məlumat. Susan Voycicki nədir? Susan Voycicki nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Leyla İsmayılova

  • Fevral 26, 2026

    Kordova xilafəti

  • Fevral 26, 2026

    Trechnotheria

  • Fevral 27, 2026

    Aegilops juvenalis

  • Fevral 23, 2026

    Fosfat

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst