Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Nəsib Loğman oğlu Nəsibli (15 sentyabr 1956, Aşağı Qoşakilsə, Bolnisi rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, tarix elmləri dok

Nəsib Nəsibli

  • Ana Səhifə
  • Vikipediya
  • Nəsib Nəsibli

Nəsib Loğman oğlu Nəsibli (15 sentyabr 1956, Aşağı Qoşakilsə, Bolnisi rayonu) — Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı, tarix elmləri doktoru.

Nəsib Nəsibli
Azərbaycan Respublikasının Milli Məclisi III çağırış deputatı
2005 – 2010
Seçki dairəsi2005 — 34 saylı Xətai ikinci
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıGülər Əhmədova
Müsavat Partiyasının xarici əlaqələr üzrə katibi
1994 – 1996
Başqanİsa Qəmbər
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Fövqəladə və səlahiyyətli səfiri
17 avqust 1992 – 24 yanvar 1994
ƏvvəlkiVəzifə təsis edildi.
SonrakıƏliyar Səfərli
Şəxsi məlumatlar
Doğum adı Nəsib Loğman oğlu Nəsibli
Doğum tarixi 15 sentyabr 1956(1956-09-15) (69 yaş)
Doğum yeri
  • Aşağı Qoşakilsə, Bolnisi rayonu, Gürcüstan SSR, SSRİ
Partiya
  • Müsavat Partiyası (1992–2014),
  • Azərbaycan Xalq Cəbhəsi (–1992)
Təhsili
  • Bakı Dövlət Universitetinin Tarix fakültəsi
Fəaliyyəti diplomat, tarixçi, universitet müəllimi[d], müəllif, siyasətçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Nəsib Nəsibli 1956-cı il sentyabrın 5-də Gürcüstanın Bolnisi rayonunun Qoşakilsə kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1978-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda baş laborant, kiçik elmi işçi, elmi işçi, 1987-ci ildən İran İslam Respublikasında istilik-elektrik stansiyasının tikintisində tərcüməçi, 1988-ci ildən Azərbaycan EA-nın Şərqşünaslıq İnstitutunda elmi işçi, Tarix İnstitutunda şöbə müdirinin müavini, şöbə müdiri işləmişdir.

1994–2002-ci illərdə Bakı Asiya Universitetində dosent, Xəzər Universitetində professor, kafedra müdiri, dekan vəzifələrində çalışmışdır. 1997–1998 və 2002–2003-cü illərdə ABŞ-nin Çikaqo və Con Hopkins universitetlərində işləmişdir.

Tarix elmləri doktorudur. 5 monoqrafiyanın və 100-dən çox elmi məqalənin müəllifidir. İngilis, fars, rus və fransız dillərini bilir.

Evlidir, iki övladı var.

Siyasi fəaliyyəti

Azərbaycan Xalq Cəbhəsi Ali Məclisinin üzvü olmuş, eyni zamanda Müsavat Partiyasının bərpa edilməsi işində çalışmışdır. 1989–1992-də Azərbaycan Milli Demokratik Partiyası "Yeni Müsavat"a başçılıq etmişdir. Müsavat Partiyası Bərpa Mərkəzinin birinci katibi olub. 1994–1996-da Müsavat Partiyasının xarici əlaqələr katibi vəzifəsində işləyib.

1992–1994-cü illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasında səfiri olmuşdur. 2005-ci ildə 3-cü çağırış Milli Məclisə keçirilən seçkilər zamanı qalib gələrək deputat mandatı almışdır. Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvüdür.

2 noyabr 2014-cü ildə Müsavat Partiyasından istefa vermişdir.

Əsərləri

  • Azərbaycan Demokratik Respublikası (məqalələr və sənədlər). Bakı: Elm, 1990;
  • Azərbaycanın xarici siyasəti (1918–1920). Bakı: Ay-Ulduz, 1996;
  • Bölünmüş Azərbaycan, bütöv Azərbaycan (məqalələr toplusu). Bakı: Ay-Ulduz, 1997;
  • İranda Azərbaycan məsələsi (XX əsrin 60-70-ci illəri). Bakı: Ay-Ulduz, 1997;
  • Azərbaycanın geopolitikası və neft. Bakı: Xəzər Universiteti, 2000;
  • Azərbaycan Demokratik Respublikasının xarici siyasəti (dərs vəsaiti). Bakı: Qanun, 2011;
  • Güneyli-Quzeyli məsələlərimiz. Bakı: Aypara, 2013;
  • Güney ile Kuzey Azerbaycan sorunları. Ankara: Tebaren, 2017;
  • Kuzey Azerbaycan İstiklalden İkinci İşgale (1918–1920). Ankara: Altınordu Yayınları, 2018;
  • Azerbaycan Tarihi Millet-Devlet-Siyaset. Ankara: Altınordu Yayınları, 2019;
  • Azerbaycan Tarihi Millet-Devlet-Siyaset. Ankara: Altınordu Yayınları, 2021 (ikinci nəşri);
  • Azərbaycan tarixi: Millət-Dövlət-Siyasət. Bakı: Qanun, 2022;
  • Türkçü düşüncənin əsasları. Bakı: Qanun, 2023.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Nəsib Nəsibli haqqında məlumat. Nəsib Nəsibli nədir? Nəsib Nəsibli nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Varşava Hersoqluğu

  • Fevral 27, 2026

    Viktoriya gölü

  • Fevral 27, 2026

    I Yezdəgird

  • Fevral 27, 2026

    Passat

  • Fevral 27, 2026

    Sphenodon

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst