Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Şəmsəddin Aydoğmuş — Atabəy Cahan Pəhləvanın məmlüklərindən olmuşdur. Mərkəzi və Şərqi İranı ələ keçirərək Atabəy Özbəyi sultan elan etmişdir. Özünü Özbəyin ata

Şəmsəddin Aydoğmuş

  • Ana Səhifə
  • Vikipediya
  • Şəmsəddin Aydoğmuş

Şəmsəddin Aydoğmuş — Atabəy Cahan Pəhləvanın məmlüklərindən olmuşdur. Mərkəzi və Şərqi İranı ələ keçirərək Atabəy Özbəyi sultan elan etmişdir. Özünü Özbəyin atabəyi elan edən Aydoğmüş bir müddət Əcəm İraqında faktiki hakimiyyəti ələ keçirmişdi.

Mündəricat

Həyatı

1196-cı ildə Əcəm İraqını tamamilə işğal edən xarəzmşah Təkişin Xarəzmə qayıtmasından sonra İraq məmlükləri bir yerə yığışaraq Xarəzmşahlara qarşı mübarizəyə başladılar. İttifaqın başında duran Cahan Pəhləvanın vassalı Gökcə ət-Türki ilə birlikdə xəlifə ən-Nasir də Xarəzmşahlara qarşı hərəkətə keçmişdi. Xarəzmşah tərəfindən Özbəyə verilən köhnə İraq Səlcuq torpaqları xəlifə ilə Gökcə arasında bölüşdürüldü. Rey, Savə, Qum, Kaşan Gökcənin, İsfahan, Həmədan, Zəncan və Qəzvin isə Xəlifənin əlinə keçdi. Özbək Həmədanın idarəsini öz əlinə aldı.

Çox keçmədən Atabəy Əbu Bəkrin tərəfdarlarının və ordusunun çox hissəsi Gökcənin tərəfinə keçdi. Əbu Bəkr İsfahana çəkildi, Gökcə isə təntənəli surətdə Həmədana daxil oldu. Bu zaman onunla qalan digər əmirlərin də xəyanəti nəticəsində Əbu Bəkrə tamamilə Azərbaycana çəkildi. Lakin 1203-1204-cü illərdə Gökcəyə qarşı Cahan Pəhləvanın keçmiş vassallarından Şəmsəddin Aydoğmuş çıxış etdi. Baş vermiş döyüşdə Gökcə öldürüldü və bütün torpaqları Aydoğmuşun əlinə keçdi. Aydoğmuş hakimiyyətini qanuniləşdirmək üçün onunla birgə üsyana qalxan Eldəniz şahzadəsi Özbəyi sultan elan etsə də bütün hakimiyyəti öz əlində cəmləmişdi.

Azərbaycanda isə Marağa hakimi Körpə Arslan, Ərbil atabəyi Göy-Börü ilə müqavilə bağlayıb Təbrizi ələ keçirməyə hazırlaşırdı. Atabəy Əbu Bəkr qorxuya düşərək Aydoğmuşdan kömək istədi. Əbu Bəkrin bu istəyini qəbul edən Aydoğmuş öz ordusu ilə Əbu Bəkrin düşərgəsinə gələrək, onunla qüvvəsini birləşdirdi. Bunu eşidən Göy-Börü təcili Azərbaycanı tərk etdi. Aydoğmuş ilə Əbu Bəkr Marağanı mühasirəyə aldılar. Ancaq Əlaəddin Körpə Arslan sülh təklif etməsi ilə mühasirə dayandırıldı və müqaviləyə əsasən Marağa qalalarından biri Əbu Bəkrə, Uşnu ilə Urmiyə də Körpə Arslana verildi.

1210-cu ilə qədər İraqi Əcəmi tək başına idarə edən Aydoğmuşa qarşı Cahan Pəhləvanın bir başqa məmlükü Nəsrəddin Məngli çıxış edərək onu məğlub etdi və İraqi Əcəm torpaqlarını əlinə keçirərək Rey, İsfahan, Həmədan və digər əyalətlərdə öz adına xütbələr oxudub, "sultan" adıyla sikkələr zərb etdirdi. Xəlifə ən-Nasir, Azərbaycan atabəyi Özbək və ismaili hökmdarı Cəlaləddin Həsən öz aralarında Menglinin əlindəki İraqi Əcəm torpaqlarını da bölüşdürdülər.

Ədəbiyyat

  • Ziya Bünyadov. Azərbaycan Atabəyləri dövləti (1136-1225-ci illər). Bakı, "Şərq-Qərb", 2007. 312 səh.
  • Əkbər N.Nəcəf. Səlcuqlu dövlətləri və atabəyləri tarixi (Oğuzların ortaya çıxmasından - XIV əsrə qədər). Bakı, "Qanun", 2010.

Həmçinin bax

  • Eldənizlər

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Şəmsəddin Aydoğmuş haqqında məlumat. Şəmsəddin Aydoğmuş nədir? Şəmsəddin Aydoğmuş nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 28, 2026

    1485-ci il

  • Fevral 27, 2026

    Tarix-i güzidə

  • Fevral 27, 2026

    E.ə. 283

  • Fevral 27, 2026

    II Artaksias

  • Fevral 24, 2026

    Gəmiqayırma

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst