Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kano Eytoku (狩野 永徳?, 16 fevral 1543, Heyan-kyo[d] – 12 oktyabr 1590, Heyan-kyo[d]) – Momoyama dövründə yaşamış yapon rəssam. XVI əsrin dekorativ şirma rəssamlığ

Kano Eytoku

  • Ana Səhifə
  • Vikipediya
  • Kano Eytoku

Kano Eytoku (狩野 永徳?, 16 fevral 1543, Heyan-kyo[d] – 12 oktyabr 1590, Heyan-kyo[d]) – Momoyama dövründə yaşamış yapon rəssam. XVI əsrin dekorativ şirma rəssamlığındakı qalın, rəngli stili ilə tanınır. Dövrünün aparıcı və ən nüfuzlu rəssamlarından biri olmuşdur.

"Sərv ağacları"

Mündəricat

Həyatı

1543-cü ildə Kiotoda incəsənət ailəsində doğulmuşdur. Rəssamlıq təhsilini atası Kano Şoey və babası Kano Motonobudan almışdır. İkisi də XVI əsrin birinci yarısının tanınmış incəsənət xadimləri idi. Eytokunun ilk əsas işi Kiotonun əsas Zen məbədlərindən biri olan Daytoku məbədinin Cukoin dekorasiyası idi. O, bu dekorasiyası 1566-cı ildə atası ilə birlikdə yerinə yetirmişdir. Eytoku məşhurlaşdıqdan sonra Oda Nobunaqanın sevimli rəssamı olmuş və onun bir çox sifarişini yerinə yetirmişdir. Bu sifarişlərin arasında Nobunaqanın Azuçi qəsrinin dekorasiyası və Kioto şəhərini əks etdirən şirma dəstləri də var idi.

Nobunaqanın 1582-ci ildəki ölümündən sonra Toyotomi Hideyoşi Eytokuya hamilik etməyə başlamışdır. Bu dövrdə Eytoku Hideyoşi üçün bir çox iş hazırlamışdır: Osaka qəsri və Kiotdakı Curaku sarayı üçün hazırladığı rəsmləri 1587-ci ildə tamamlamışdır. Böyük bir komanda ilə birlikdə işləyən Eytoku yüzlərlə divar rəsmi və şırma hazırlamışdır.

Yaradıcılığı

Nobunaqa və Hideyoşinin qəsrlərinin orijinal halları salamat qalmadığı üçün onun bir çox işi yoxa çıxmışdır. Lakin salamat qalmış bir neçə şirma dəsti onun üslubu haqqında fikir deməyə imkan verir. Bunların arasında ən əhəmiyyətliləri sərv ağaclarını əks etdirən 6 qatlı şirma, şirləri təsvir edən böyük şirma və şahinlərlə şam ağaclarını əks etdirən iki cüt altıhissəli şirmadır. Bütün bu əsərləri qalın üslubda, güclü fırça zərbələri və qızıl vərəqlərlə hazırlanmışdır. Onun stili özünəməxsusdur və Momoyama dövrü üçün xarakterik üslub hesab olunur.

Eytokunun işləri saraylarda və qəsrlərdəki ictimai otaqlarda nümayiş etdirilsə də, monoxrom mürəkkəb rəsmləri şəxsi mənzillər üçün də istifadə olunmuşdur. Məsələn, karyerasının ilk illərində Cukoin sarayı üçün 16 qatlı fusuma hazırlamışdır. Quşlar və güllərlə dolu olan mənzərə, "dörd cəhət" konsepsiyası və monoxrom mürəkkəb üslubu Çin mənşəlidir və bunu babası Kano Motonobudan götürmüşdür. Lakin rəssamın stili əvvəlki Çin və Yaponiya üslubları ilə müqayisədə bir çox xarakterik xüsusiyyətə malik olduğu üçün orijinallığını qoruyur.

  • Dörd mövsümün quşları və gülləri, fərqli panellər
  • "Dörd mövsümün quşları və gülləri", Ağac.
    "Dörd mövsümün quşları və gülləri", Ağac.
  • "Dörd mövsümün quşları və gülləri", Tovuz quşu.
    "Dörd mövsümün quşları və gülləri", Tovuz quşu.
  • "Dörd mövsümün quşları və gülləri", Feniks quşları.
    "Dörd mövsümün quşları və gülləri", Feniks quşları.

Ədəbiyyat

  • Encyclopedia of World Biography (5-ci cild) (ingiliscə). Gale. 1998. ISBN 0-7876-2545-0. (#accessdate_missing_url)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kano Eytoku haqqında məlumat. Kano Eytoku nədir? Kano Eytoku nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 23, 2026

    Hassium

  • Fevral 19, 2026

    Microsoft 365

  • Fevral 23, 2026

    Arxaika

  • Fevral 24, 2026

    .gi

  • Fevral 23, 2026

    Paraqvay

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 20, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst