Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Ernö Rubik və ya Rubik Ernö (mac. Ernő Rubik, 13 iyul 1944[…], Budapeşt) – macar mühəndis, heykəltaraş. O, Rubik kubu da daxil olmaqla, Rubik sehiri, Rubik ilan

Ernö Rubik

  • Ana Səhifə
  • Vikipediya
  • Ernö Rubik

Ernö Rubik və ya Rubik Ernö (mac. Ernő Rubik, 13 iyul 1944[…], Budapeşt) – macar mühəndis, heykəltaraş. O, Rubik kubu da daxil olmaqla, Rubik sehiri, Rubik ilanı kimi mexaniki tapmacaların kəşfi ilə məşhurdur.

Ernö Rubik
Ernő Rubik
Doğum tarixi 13 iyul 1944 (81 yaş)
Doğum yeri Budapeşt, Macarıstan
Vətəndaşlığı Macarıstan
Milliyyəti Macar
Elm sahələri Memarlıq, Heykəltəraşlıq
Elmi adı Professor
İş yeri Rubik Studiyası
Təhsili Budapeşt Tətbiqi İncəsənət Universiteti
Tanınır Rubik kubunun kəşfi
Üzvlüyü
  • Avropa Akademiyası (2015)
Mükafatları Macarıstanın "Xidmətlərə görə" ordeninin ulduzlu komandor dərəcəsi Hungarian Order of Saint Stephen — 2014
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Həyatı

Ernö Rubik 1944-cü il iyul ayının 13-də Macarıstanın paytaxtı Budapeştdə anadan olmuşdur. Atası mexanik və təyyarə mühəndisi, anası isə yazıçı idi. Bu səbəbdən o, ailədən gələn ənənələrə sadiq qalaraq əvvəl memarlıq və mühəndis, daha sonra sənət memarlığı , heykəltaraşlıq təhsili almışdır. 1958–1962-ci illərdə Budapeşt İncəsənət məktəbində heykəltaraşlıq ixtisasına yiyələndikdən sonra, 1962–1967-ci illərdə Budapeşt Texnologiya Universitetində dərs almağa başladı. 1967-ci ildə Macarıstan Tətbiqi İncəsənət Universitetinin "interyer və dizayn" fakülətsinə daxil oldu.

Karyerası

1971–1975-ci illərdə memar olaraq fəaliyyət göstərmişdir. Daha sonra Budapeşt Tətbiqi İncəsənət Universitetinin professoru oldu.

Rubik kubunun kəşfi

Rubik kubu

Rubik onu məşhurlaşdıran kəşfini 1974-cü ildə etmişdir. O, Rubik kubunu dərslərində rənglərin və fiqurların geormetrik olaraq dəyişməsini izah edərkən kəşf etmişdi. Rubik kubunda 26 kiçik kub birləşərək böyük kubu əmələ gətirir. Rubik kubun ilkin modelini hazırlayarkən onun 6 üzündəki rəngləri eyniləşdirməyin heç də asan olmadığı qənaətinə gəlmişdi. Kubun lisenziyasının almaq üçün 1975-ci ilin yanvar ayında etdiyi müraciətə elə həmin il müsbət cavab aldı. 1977-ci ildə satışa buraxılan Rubik kubları bir neçə il ərzində bütün dünyada gənclərin ən sevimli oyunlarından birinə çevrildi. Rubik kubları tarixə ən məşhur Macar kəşfi kimi düşmüşdür.

Digər fəaliyyətləri

1980-ci illərin əvvəllərində Rubik oyun və tapmaca jurnalı olan "És játék" (və Oyunlar) adlı jurnalın redaktoru vəzifəsində çalışmağa başlamışdı. Çox keçmədən Ernö Rubik 1983-cü ildə Rubik Studiyasını yaratdı. Studiya yeni oyunlar və fərqli əşyalar ixtira etmək məqsədilə yaradılmışdı. "Rubik ilanı" və "sehrli bucaqlar" oyunları da bu studiyanın kəfşlərindəndir. 1987-ci ildə Macarıstan Mühəndislər Akademiyasının prezidenti vəzifəsinə təyin edildi. Akademiyada çalışdığı zaman Macar Mühəndislər Birliyinin dəstəyi ilə Rubik Beynəlxalq Fondu yaratdı. Fond tələbələri texniki və tətbiqi incəsənət sahələrində təhsil almaq üçün təqaüdlə təmin edirdi. 2009-cu ildə Cənubi Koreyanın Kiemyung Universitetinin fəxri professoru adına layiq görüldü.

Mükafatları

  • 1978- Budapeşt Beynəlxalq Ticarət Sərgisi, "Kub" Mükafatı
  • 1980- "İlin oyuncağı": Almaniya Federativ Respubllikası, Birləşmiş Krallıq, Fransa, ABŞ
  • 1981- "İlin Oyuncağı": Finlandiya, İsveç, İtaliya
  • 1982- "İlin Oyuncağı": Birləşmiş Krallıq (ikinci dəfə)
  • 1982- Nyu-Yorkdakı Müasir İncəsənət Muzeyi Rubik kubunu özünün permanent kolleksiyasına daxil etmişdir
  • 1983- "3D fiqurların təsviri və öyrədilməsi və elmi tədqiqatlara ilham verən müxtəlif həllərə görə Macarıstan Dövlət " mükafatı
  • 1988- Dövlət Gənclik və İdman komitəsi "Yeniyetmə" mükafatı
  • 1995- "Denes Qabor" mükafatı
  • 1996- Macarıstan Lisenziya Komitəsi "Anyoş Yedlik" mükafatı
  • 1997- Macarıstan "Şöhrət" ordeni
  • 2007- "Kossuz" Mükafatı
  • 2008- "Moholi- Nad" mükafatı
  • 2010- ABŞ Elm və mühəndislik festivalı mükafatı
  • 2010- "Macarıstan Komandir Ləyaqət Xaçı" mükafatı
  • 2010- "Prima Primissima" mükafatı
  • 2012- "Mənim Ölkəm" mükafatı
  • 2014- "Müqəddəs Stefen Böyük Xaç" ordeni
  • 2014- "Budapeşt Fəxri Vətəndaşı" mükafatı

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Ernö Rubik haqqında məlumat. Ernö Rubik nədir? Ernö Rubik nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Norodom Sianuk

  • Fevral 27, 2026

    Lider TV

  • Fevral 27, 2026

    Artvin

  • Fevral 24, 2026

    Hamburq

  • Fevral 27, 2026

    Kil Universiteti

Trend Mahnılar
  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst