Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Fransız ədəbiyyatı (fr. Littérature française) – zəngin tarixi, dərin fəlsəfi fikirləri və müxtəlif janrları ilə dünya ədəbiyyatında xüsusi bir yer tutur. Bu əd

Fransız ədəbiyyatı

  • Ana Səhifə
  • Vikipediya
  • Fransız ədəbiyyatı

Fransız ədəbiyyatı (fr. Littérature française) – zəngin tarixi, dərin fəlsəfi fikirləri və müxtəlif janrları ilə dünya ədəbiyyatında xüsusi bir yer tutur. Bu ədəbiyyatın inkişafı Orta əsrlərdən başlayaraq müasir dövrə qədər geniş bir dövrü əhatə edir.

Mündəricat

Dövrlər və yazarlar

Fransız ədəbiyyatının bəzi mühüm dövrləri və yazarları aşağıdakılardır:

Orta Əsrlər (12-15-ci əsrlər)

•“Roland nəğməsi” (“La Chanson de Roland”): Fransız epik poeziyasının əsas nümunələrindən biridir.

•Mariya de Frans (Marie de France): Orta əsrlərin məşhur hekayə yazarı.

İntibah (Rönesans) Dövrü (16-cı əsr)

•Fransua Rable (François Rabelais): “Qarqantüa və Pantaqrüel” əsərləri ilə tanınır.

•Mişel de Monten (Michel de Montaigne): “Essais” adlı əsərləri ilə modern esse janrını yaradan şəxsdir.

Klassik dövr (17-ci əsr)

•Molyer (Molière): Teatr dünyasında komediyanın ustası (“Tartüf”, “Xəsis”).

•Jan Rasin (Jean Racine) və Pyer Kornel (Pierre Corneille): Tragediya janrının ustaları.

•Jan de Lafonten (Jean de La Fontaine): Heyvanlarla bağlı məşhur təmsillər yazmışdır.

Maarifçilik Dövrü (18-ci əsr)

•Volter (Voltaire): “Kandid (“Candide”)) əsəri ilə tanınır.

•Jan-Jak Russo (Jean-Jacques Rousseau): Fəlsəfi və sosial mövzularla məşğul olmuşdur (“Elm və mədəniyyət haqqında mühakimələr”).

•Monteskyö (Montesquieu): “Qanunların ruhu” əsəri ilə maarifçilik düşüncəsinə töhfə vermişdir.

Romantizm (19-cu əsr, başlanğıcı)

•Viktor Hüqo (Victor Hugo): “Səfillər” və “Paris Notr-Dam” əsərləri ilə dünya şöhrəti qazanmışdır.

•Alfred de Müsse (Musset) və Alfonso de Lamartin (Alphonse de Lamartine): Romantik poeziya və nəsr.

Realizm və Naturalizm (19-cu əsr, ortası və sonu)

•Onore de Balzak (Honoré de Balzac): “İnsani komediya” adlı məşhur roman seriyası.

•Qustav Flober (Gustave Flaubert): “Madam Bovari” əsəri ilə tanınır.

•Emil Zolya (Émile Zola): Naturalizm cərəyanının banisi.

Simvolizm və Modernizm (20-ci əsrin əvvəlləri)

•Şarl Bodler (Charles Baudelaire): “Şər çiçəkləri” əsəri simvolizmin əsas təməlidir.

•Marsel Prust (Marcel Proust): “İtirilmiş zamanın axtarışında” roman seriyası ilə tanınır.

•Jan-Pol Sartr (Jean-Paul Sartre) və Alber Kamü (Albert Camus): Ekzistensializm fəlsəfəsinin ədəbiyyatdakı təmsilçiləri.

Müasir Fransız Ədəbiyyatı (20-21-ci əsr)

•Marqerit Düras (Marguerite Duras): “Hiroşima, sevgilim” əsəri ilə tanınır.

•Mişel Uelbek (Michel Houellebecq): Müasir dövrün mübahisəli, lakin tanınmış yazıçılarından biridir.

•Anni Erno (Annie Ernaux): Avtobioqrafik romanları ilə Nobel mükafatı laureatı (2022).

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Fransız ədəbiyyatı haqqında məlumat. Fransız ədəbiyyatı nədir? Fransız ədəbiyyatı nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Daniil Mordovtsev

  • Fevral 23, 2026

    31 avqust

  • Fevral 27, 2026

    Qəmbər Zülalov

  • Fevral 25, 2026

    Hörmüz adası

  • Fevral 27, 2026

    Çilov

Trend Mahnılar
  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst