Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Birmingem (ing. Birmingham) — ABŞ-nin cənub-şərqində, Alabama ştatının mərkəzi hissəsində şəhər. Birminhem-Quver-Kalman aqlomerasiyasının mərkəzi.

Birminqem (Alabama)

  • Ana Səhifə
  • Vikipediya
  • Birminqem (Alabama)

Birmingem (ing. Birmingham) — ABŞ-nin cənub-şərqində, Alabama ştatının mərkəzi hissəsində şəhər. Birminhem-Quver-Kalman aqlomerasiyasının mərkəzi.

şəhər
Birmingem
ing. Birmingham
Bayraq[d]
Bayraq[d]
33°31′03″ şm. e. 86°48′34″ q. u.HGYO
Ölkə  ABŞ
Tabesində Alabama
Region Birminhem-Quver-Kalman
Tarixi və coğrafiyası
Əsası qoyulub 19 dekabr, 1871
Sahəsi 384.71 km²
Mərkəzin hündürlüyü 196 m
Saat qurşağı
  • UTC−06:00
Əhalisi
Əhalisi 212,237 nəfər (2012)
Sıxlığı 1,453.24 nəf./km²
Rəqəmsal identifikatorlar
Telefon kodu +1 205
Poçt indeksi 35201 - 35298
Digər
birminghamal.gov
Xəritəni göstər/gizlə
Birmingem xəritədə
Birmingem
Birmingem
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mündəricat

Əhalisi

Əhalisi 231,6 min (2005; o cümlədən afroamerikalılar 70%-dən çoxdur), şəhərətrafı ilə 939 min.

Coğrafiyası

Appalaç dağlarının ətəyindədir. Avtomobil və dəmiryolları qovşağı. Beynəlxalq aeroport. Blek-Uorrior çayı sahilində port. Su yolu vasitəsilə Mobil portu (Meksika körfəzi) ilə əlaqəsi var.

Tarixi

1871-ci ildə dəmiryol xətlərinin kəsişdiyi yerdə, dəmir filizləri, yüksəkkeyfiyyətli kokslaşan kömür, dolomit və flüslu əhəngdaşı yataqlarının yaxınlığında salınmışdır; adını İngiltərənin ən iri metallurgiya mərkəzinin adından götürmüşdür. 19-cu əsrin sonlarından Birmingem rayonunda  mədən və metallurgiya sənayesi sürətlə inkişaf edirdi. 1907-ci ildə “Yunayted Steyts Stil” şirkəti tərəfindən Birmingemdən qərbdə tam tsiklli metallurgiya kombinatı (ABŞ-nin cənubunda ən iri) inşa olunmuşdur. 1960-cı illərdə afroamerikalılar hərəkatının mərkəzlərindən biri idi. 1979-cu ildə ABŞ tarixində ilk dəfə Birminqemin meri vəzifəsinə ağ irqə mənsub olmayan R. Arrinqton seçilmişdir.

Memarlığı

Birminqemın ən iri təhsil və elmi mərkəzi Alabama Universitetidir (1969); Samford Universiteti (1841), Birmingem Cənub kolleci (1898), Mayls kolleci (1905), Kütləvi kitabxana (1909), İncəsənət muzeyi (İntibah dövrünə aid rəngkarlıq əsərləri kolleksiyası) fəaliyyət göstərir. Red-Mauntin dağlarında şəhərin simvolu olan tanrı Vulkanın çuqundan 17 m-lik heykəli (pyedestalının hündürlüyü 48 m) qoyulmuşdur (C. Moretti, 1904).

İqtisadiyyatı

İqtisadiyyatında xidmət sferası, o cümlədən səhiyyə (qadın sağlamlığının mühafizəsi üzrə ölkənin aparıcı müəssisələri və s.), maliyyə və işgüzar xidmətləri (ABŞ-nin 500 ən iri korprasiyalarından 6-sının mənzil qərargahı şəhərdə yerləşir) mühüm yer tutur.

Sənayesi

Birmingem aqlomerasiyasında işləyənlərin təqribən 10 %-i sənayedə məşğuldur. Qara metallurgiya (idxal olunan xammal əsasında; polad tikişsiz borular və s. istehsalı), təyyarəqayırma, “Daymler-Kraysler” və “Honda” şirkətlərinin avtomobilyığma zavodları, qaldırıcı-nəqliyyat avadanlıqları, sement istehsalı, yeyinti sənayesi (o cümlədən sallaqxanalar) müəssisələri var.

Qalereya  

  • 16-cı Küçə Baptist Kilsəsi, indi Tarixi bir Yer
    16-cı Küçə Baptist Kilsəsi, indi Tarixi bir Yer
  • Birmingem şəhər səması, şəhərin Federal binası 1 iyul 2015-ci il
    Birmingem şəhər səması, şəhərin Federal binası 1 iyul 2015-ci il
  • Birmingem şəhərindəki Müq. Paul kilsəsi
    Birmingem şəhərindəki Müq. Paul kilsəsi
  • Şəhər mərkəzində AT & T Şəhər Mərkəzi
    Şəhər mərkəzində AT & T Şəhər Mərkəzi
Birmingem səması

Həmçinin bax

  • Cersi-Siti

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Birminqem (Alabama) haqqında məlumat. Birminqem (Alabama) nədir? Birminqem (Alabama) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Paolo Maldini

  • Fevral 27, 2026

    Oryza

  • Fevral 27, 2026

    Umbriya

  • Fevral 10, 2026

    10 fevral

  • Fevral 24, 2026

    İkiçayarası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst