Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Tufanlı Yoxuşlar — XIX əsrin ingilis şairə və yazıçılarından biri olan Emili Bronte-nin ölümündən bir il öncə 1847-ci ildə yayımlanmış tək romanıdır.

Tufanlı Yoxuşlar

  • Ana Səhifə
  • Vikipediya
  • Tufanlı Yoxuşlar

Tufanlı Yoxuşlar — XIX əsrin ingilis şairə və yazıçılarından biri olan Emili Bronte-nin ölümündən bir il öncə 1847-ci ildə yayımlanmış tək romanıdır.

Tufanlı yoxuşlar
ing. Wuthering Heights
Müəllif Emili Bronte
Orijinal dili Britaniya ingiliscəsi
Nəşr ili 1847
Elektron versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Məzmunu

Romanda iki əsas qəhrəman olan Cənab Hitkliff və Xanım Ketrinin qarmaşıq və dramatik həyat hekayələri ələ alınır. Hadisələr, başlanğıç anlarından etibarən bütün gedişata şahid olmuş Ellen Din adlı bir xidmətcinin dilindən Cənab Hitkliffin mülkünə kirayənişin olaraq gəlmiş "Lokvud" adlı bir gəncə nağıl edilir. Məlum olur ki, Cənab Hitkliff illər öncə Ketrinin atası Ernşo tərəfindən kimsəsiz bir uşaq olaraq tapılaraq evə gətirilir. Bu andan etibarən Hitkliff və Ketrinin dostluğu başlayır. Bir neçə il sonra bu dostluq məhəbbətə çevrilsə də Ketrin Edqar adlı başqa bir gənclə ailə qurur. Onlar bir neçə müddət ayrı qalsalar da Hitkliff Ketrini təzədən tapır. Ardınca Ketrin öz adını daşıyacaq bir qız övladı dünyaya gətirərkən ölür. Hadisələrin cərəyanı nəticəsində Hitkliff bu qızı öz oğlu ilə evləndirsə də sevdiyi qadının əcəlinə səbəb olduğu üçün son günədək ona düşmən münasibəti bəsləyir. Ketrinin ölümü ilə qətiyyən barışa bilməyən Hitkliff onun ruhuna səslənərək belə deyir:

" Yerüzündə gəzən xəyalətlər olduğunu bilirəm, sən də, yaşadığım müddətcə istədiyin cildə gir, daxil ol həyatıma və dəli et məni. "

O gündən etibarən Hitkliff qəribə və əsrarəngiz hadisələr yaşamağa başlayır. Belə ki, varlığı ilə Hitkliffə həyat vermiş qadın, yoxluğu ilə onu dəli etməyi bacarır. Ruhu hər an onu izləyir və daim onun gözlərinə görünür. Ta ki, Hitkliff yağmurlu bir gecədə pəncərədən Catherine'nin xəyali varlığına əl uzadıb son nəfəsini verdiyi anadək. Şiddətli küləkləri səbəbi ilə "Tufanlı Yoxuşlar" olaraq adlandırılan bu sirli diyarın sakinlərinin həyatları ilk baxışda bizə qarışıq gəlsə də, oxuduqca hadisələr aydınlıq qazanır və biz qarşımızda maraqlı bir aləmin açıldığının şahidi oluruq. Əsər, daşıdığı xarakteristik xüsusiyyətlərə görə Bronte qələminin bir məhsulu olduğunu hər an hissetdirir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Tufanlı Yoxuşlar haqqında məlumat. Tufanlı Yoxuşlar nədir? Tufanlı Yoxuşlar nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Aeroflot

  • Fevral 27, 2026

    Ceyms Neysmit

  • Fevral 23, 2026

    Zöhr namazı

  • Fevral 27, 2026

    Mesopotamiya dini

  • Fevral 27, 2026

    Yəmən tarixi

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst