Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Samir Rauf oğlu Şərifov (7 sentyabr 1961, Bakı) — Azərbaycan iqtisadçısı və siyasi xadimi, Azərbaycan Respublikası Baş nazirinin müavini (2025-ci ildən), Azərba

Samir Şərifov

  • Ana Səhifə
  • Vikipediya
  • Samir Şərifov

Samir Rauf oğlu Şərifov (7 sentyabr 1961, Bakı) — Azərbaycan iqtisadçısı və siyasi xadimi, Azərbaycan Respublikası Baş nazirinin müavini (2025-ci ildən), Azərbaycan Respublikasının sabiq maliyyə naziri (2006–2025).

Samir Şərifov
Azərbaycan Respublikası Baş nazirinin müavini
Vəzifədədir
10 yanvar 2025-ci ildən
    Prezidentİlham Əliyev
    Baş nazirƏli Əsədov
    Azərbaycan Respublikasının maliyyə naziri
    18 aprel 2006 – 10 yanvar 2025
    Prezidentİlham Əliyev
    Baş nazirArtur Rasizadə
    Novruz Məmmədov
    Əli Əsədov
    ƏvvəlkiƏvəz Ələkbərov
    SonrakıSahil Babayev
    Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru
    3 yanvar 2001 – 18 aprel 2006
    PrezidentHeydər Əliyev
    İlham Əliyev
    Əvvəlkivəzifə təsis edilib
    SonrakıŞahmar Mövsümov
    Şəxsi məlumatlar
    Doğum tarixi 7 sentyabr 1961(1961-09-07) (64 yaş)
    Doğum yeri
    • Bakı, Azərbaycan SSR, SSRİ
    Partiya
    • bitərəf
    Təhsili
    • Taras Şevçenko adına Kiyev Milli Universiteti
    Fəaliyyəti dövlət xadimi, iqtisadçı
    Təltifləri "Şöhrət" ordeni — 2021 "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı — 2024 "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı — 2019
    Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

    Həyatı

    Samir Rauf oğlu Şərifov 7 sentyabr 1961-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1983-cü ildə Ukraynanın Kiyev Dövlət Universitetində Beynəlxalq əlaqələr və beynəlxalq hüquq fakültəsinin Beynəlxalq iqtisadi əlaqələr bölməsini bitirmiş və magistr dərəcəsi almışdır.

    1983–1987-ci illərdə SSRİ-nin xarici iqtisadi əlaqələr sistemində — "Soyuzvneştrans" Ümumitlifaq Birliyi Bakı Kontorunun Tranzit əməliyyatları şöbəsində inspektor, böyük inspektor, 1987–1990-cı illərdə Yəmən Xalq Demokratik Respublikasında "Zaqranenerqostroymontaj" Ümumittifaq İstehsalat Birliyinin mühəndisi işləmiş, 1991-ci ildə "İnsan" Dövlət Kommersiya Aksioner Cəmiyyətində Direktorlar Şurası sədrinin müavini olmuşdur. 1991-ci ildən Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi sistemində işləmiş, 1992-ci ilədək nazirliyin Beynəlxalq iqtisadi əlaqələr şöbəsində ikinci katib, 1992–1993-cü illərdə birinci katib, 1993–1994-cü illərdə Beynəlxalq İqtisadi Əlaqələr İdarəsinin Beynəlxalq iqtisadi təşkilatlar və birliklərlə əməkdaşlıq şöbəsinin müdiri, 1994–1995-ci illərdə isə sözügedən idarədə rəis müavini olmuşdur. 1995–2001-ci illərdə Azərbaycan Respublikasının Milli Bankında Valyuta tənzimlənməsi və nəzarəti departamentinin direktoru və baş direktoru vəzifələrində çalışmışdır.

    Samir Şərifov Azərbaycan Respublikasının Prezidentinin 3 yanvar 2001-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru təyin edilmiş, eyni zamanda 2003–2006-cı illərdə Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə Hökumət Komissiyasının sədri kimi fəaliyyət göstərmişdir. 18 aprel 2006-cı ildən Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışmış, paralel olaraq Qara Dəniz Ticarət və İnkişaf Bankında Azərbaycan Respublikası üzrə təmsilçi direktor kimi fəaliyyət göstərmişdir. 10 yanvar 2025-ci ildə Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunmuşdur.

    23 yanvar 2025-ci ildə Azərbaycan Respublikası Baş nazirinin qərarı ilə Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə, kütləvi qırğın silahlarının yayılmasına və yayılmasının maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində Koordinasiya Şurasının sədri vəzifəsində Əli Əhmədovu əvəz edib.

    29 yanvar 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə III MDB Oyunlarının Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin sədri təyin olunub.

    7 fevral 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının və Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri təyin edilib. Digər fərman ilə o, BMT-nin iqlim dəyişmələri üzrə çərçivə konvensiyasına uyğun Azərbaycan Respublikasının qəbul etdiyi öhdəliklərin yerinə yetirilməsinin təmin edilməsi üçün yaradılan Dövlət Komissiyasının sədri vəzifəsində Əli Əhmədovu əvəzləyib.

    13 fevral 2025-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Samir Şərifov Azərbaycan ilə Belarus arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın, Azərbaycan və Tacikistan arasında ticarət-iqtisadi əməkdaşlıq məsələləri üzrə birgə hökumətlərarası komissiyanın, Azərbaycan ilə Qırğız arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın və Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyanın sədri olub.

    Azərbaycan Respublikasının Prezidentinin 6 avqust 2021-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında maliyyə sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə "Şöhrət" ordeni ilə təltif edilmişdir.

    Ailəlidir, üç övladı var.

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Samir Şərifov haqqında məlumat. Samir Şərifov nədir? Samir Şərifov nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Paris metrosu

    • Fevral 25, 2026

      Ararat qəbiristanlığı

    • Fevral 27, 2026

      Polinom

    • Fevral 27, 2026

      1963-cü il

    • Fevral 27, 2026

      Babək Xürrəmdin

    Trend Mahnılar
    • Fevral 25, 2026

      Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

    • Fevral 21, 2026

      Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

    • Fevral 21, 2026

      Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst