Brazilia (port. Brasília) — 1960-cı ildən Braziliyanın paytaxtı. Şəhər YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Şəhərin əhalisi şəhərətrafı ilə birlikdə 2,5 milyon nəfərdir.
| Şəhər | |||||
| Brazilia | |||||
|---|---|---|---|---|---|
| Brasília | |||||
| |||||
| |||||
| 15°47′38″ c. e. 47°52′58″ q. u.HGYO | |||||
| Ölkə | |||||
| Tarixi və coğrafiyası | |||||
| Əsası qoyulub | 21 aprel 1960 | ||||
| Sahəsi |
| ||||
| Mərkəzin hündürlüyü | 1.171 m | ||||
| Saat qurşağı | |||||
| Əhalisi | |||||
| Əhalisi |
| ||||
| Rəqəmsal identifikatorlar | |||||
| Telefon kodu | +55 061 | ||||
| Poçt indeksi | 70000–70999 | ||||
| Digər | |||||
| brasilia.df.gov.br | |||||
![]() Brazilia | |||||

Braziliyada 1955-ci il prezident seçki kampaniyası zamanı namizəd Juselinu Kubiçek hakimiyyətə gələcəyi təqdirdə yeni paytaxt salınacağına dair vəd vermişdi. 1956-cı ilin aprelində o prezident seçildi və tezliklə yeni şəhərin layihələndirilməsi işləri başladı. Şəhərin baş planının hazırlanması memar Lusio Kostaya həvalə edildi. Bu işdə o Le Korbuzyenin ideyalarından istifadə etmişdi. İnzibati və ictimai binaların layihələndirilməsi isə memar Oskar Nimeyerə tapşırıldı. Yuxarıdan baxdıqda şəhər təyyarəyə bənzəsə də, Lusio Kosta şəhəri nəhəng kəpənək formasında layihələndirdiyini bildirmişdi. 22 aprel 1960-cı ildə şəhər rəsmən Braziliyanın paytaxtı elan edildi.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Brazilia haqqında məlumat. Brazilia nədir? Brazilia nə deməkdir?
