Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arif Rəhimzadə (3 fevral 1941, Kirovabad) — Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV və

Arif Rəhimzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Arif Rəhimzadə

Arif Rəhimzadə (3 fevral 1941, Kirovabad) — Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri, Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV və V çağırış deputatı, Azərbaycan Respublikasının Milli Məclisi sədrinin birinci müavini (1994–2005), Azərbaycan Ali Sovetinin XII çağırış deputatı, Azərbaycan Respublikasının ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə Dövlət Müşaviri, Azərbaycan Kommunist Partiyası Quba Rayon Partiya Komitəsinin birinci katibi, Azərbaycanın dövlət xadimi, kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktoru.

Arif Rəhimzadə
Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının sədri
Vəzifədədir
5 mart 2021-ci ildən
    ƏvvəlkiVəzifə təsis edildi.
    Azərbaycan Respublikasının Milli Məclisinin I, II, III, IV və V çağırış deputatı
    24 noyabr 1995 – 10 mart 2020
    Seçki dairəsi1995, 2000 — 79 saylı Neftçala-Salyan
    2005, 2010, 2015 — 61 saylı Neftçala
    ƏvvəlkiVəzifə təsis edildi. (79 saylı)
    Vəzifə təsis edildi. (61 saylı)
    SonrakıVəzifə ləğv edildi. (79 saylı)
    Sabir Rüstəmxanlı (61 saylı)
    Azərbaycan Respublikasının Milli Məclisi sədrinin birinci müavini
    14 dekabr 1994 – 2 dekabr 2005
    ƏvvəlkiTamerlan Qarayev
    SonrakıZiyafət Əsgərov
    Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı
    5 fevral 1991 – 24 noyabr 1995
    Seçki dairəsi270 nömrəli Mirbəşir
    Sonrakıvəzifə ləğv olundu
    Azərbaycan Respublikasının ərazi hakimiyyət və idarəetmə orqanları ilə iş üzrə Dövlət Müşaviri
    26 iyun 1993 – 1994
    ƏvvəlkiArif Hacılı
    SonrakıVəzifə ləğv edildi.
    Azərbaycan Kommunist Partiyası Quba Rayon Partiya Komitəsinin birinci katibi
    1987 – 1989
    ƏvvəlkiPaşa Əhmədov
    SonrakıMəhəmməd Əsədov
    Şəxsi məlumatlar
    Doğum tarixi 3 fevral 1941(1941-02-03) (85 yaş)
    Doğum yeri
    • Kirovabad, Azərbaycan SSR, SSRİ
    Partiya
    • Yeni Azərbaycan Partiyası,
    • Sovet İttifaqı Kommunist Partiyası (–1991)
    Təhsili
    • Azərbaycan Dövlət Aqrar Universiteti,
    • Bakı Ali Partiya Məktəbi
    Fəaliyyəti siyasətçi
    Elmi fəaliyyəti
    Elmi dərəcəsi
    • fəlsəfə doktoru
    Təltifləri "Şərəf" ordeni "Şöhrət" ordeni

    Mündəricat

    Həyatı

    Arif Rəhimzadə 3 fevral 1941-ci ildə Gəncə şəhərində anadan olub. Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakültəsini və Bakı Ali Partiya Məktəbini bitirmişdir. Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur.

    1963-cü ildən Azərbaycan Elmi-Tədqiqat Heyvandarlıq İnstitutunun elmi işçisi, 1967-ci ildən Leninqrad Vilayət Meyvə-Tərəvəz Müfəttişliyinin müfəttişi, Krım təcrübə stansiyasının elmi işçisi, 1969-cu ildən Azərbaycan Elmi Tədqiqat Yemçilik İnstitutunun elmi katibi, baş elmi işçisi olmuşdur.

    Evlidir, 2 övladı var. Rus dilini bilir.

    Siyasi fəaliyyəti

    Sovet dövrü

    1971-ci ildən Azərbaycan SSR Nazirlər Sovetində baş referent, 1974-cü ildən Azərbaycan KP MK-da təlimatçı, bölmə müdiri, şöbə müdirinin müavini işləmişdir.

    1987–1989-cu illərdə Quba Rayon Partiya Komitəsinin birinci katibi, 1989-cu ildən Azərbaycan KP MK-nın şöbə müdiri, 1991-ci ildən Azərbaycan Respublikası Ali Sovetinin komissiya sədri, 1993–1994-cü illərdə Azərbaycan Respublikasının Dövlət Müşaviri vəzifələrində çalışmışdır.

    Azərbaycan SSR on birinci və on ikinci çağırış Ali Sovetinin deputatı olmuşdur.

    Müstəqillik dövrü

    26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.

    Arif Rəhimzadə Elçibəy hökuməti dövründə həbs edilmiş Vaqif Hüseynovun hüquqlarını müdafiə komitəsinin sədri olmuşdur.

    Azərbaycan Respublikası I–V çağırış Milli Məclisinin deputatı seçilmişdir. 1994-cü ilin oktyabr ayından 2005-ci ilin dekabr ayınadək parlament Sədrinin birinci müavini olmuşdur.

    2010-cu il noyabrın 7-də 61 saylı Neftçala seçki dairəsindən IV cağırış parlamentə deputat seçilmişdir. Milli Məclisin regional məsələlər komitəsinin sədri olmuşdur.

    Parlamentlərarası İttifaqda Azərbaycan nümayəndə heyətinin rəhbəri, MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin sədridir. Azərbaycan-Rusiya parlamentlərarası işçi qrupunun rəhbəri olmuşdur.

    Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvü olmuşdur.

    Mükafatları

    • Azərbaycan 26 aprel 2011-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncamı ilə Arif Rəhimzadə "Şöhrət" ordeni ilə təltif edilib "Şöhrət" ordeni
    • Azərbaycan 1 fevral 2021-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə 3 fevral 2021-ci ildə Azərbaycan Respublikasının ictimai-siyasi həyatında uzunmüddətli səmərəli fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidenti İlham Əliyev sərəncamı ilə "Şərəf" ordeni ilə təltif edilib

    vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arif Rəhimzadə haqqında məlumat. Arif Rəhimzadə nədir? Arif Rəhimzadə nə deməkdir?

    ←Növbəti YazıƏvvəlki Yazı→
    Ən Oxunanlar - Vikipediya
    • Fevral 27, 2026

      Dolu

    • Fevral 27, 2026

      Xırdapay

    • Fevral 27, 2026

      İrakli Kvirikadze

    • Fevral 27, 2026

      Cucumis

    • Fevral 27, 2026

      Priam

    Trend Mahnılar
    • Fevral 17, 2026

      Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

    • Fevral 22, 2026

      Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

    • Fevral 17, 2026

      Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

    • Fevral 24, 2026

      Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

    • Fevral 21, 2026

      Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

    Studia

    • Vikipediya
    • Musiqi

    Xəbər Bülleteni Abunəliyi

    Əlaqə Saxlayın
    Bizimlə Əlaqə
    © 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
    Müəllif hüquqları: Dadash Mammadov
    Üst