Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Günəşin batması (və ya gün batımı, qürub) – Günəşin Yer (və ya Günəş sistemindəki hər hansı digər astronomik obyektin) üfüqünün altında fırlanma səbəbindən itmə

Günəşin batması

  • Ana Səhifə
  • Vikipediya
  • Günəşin batması

Günəşin batması (və ya gün batımı, qürub) – Günəşin Yer (və ya Günəş sistemindəki hər hansı digər astronomik obyektin) üfüqünün altında fırlanma səbəbindən itməsi, yoxa çıxması. Yer kürəsinin hər yerindən göründüyü kimi, qütblərə yaxın ərazilər istisna olmaqla, təxminən hər 24 saatda bir dəfə baş verən hadisədir. Ekinoks Günəş həm yaz, həm də payız bərabərliyi anında qərbə doğru qürub edir. Şimal yarımkürəsindən göründüyü kimi, Günəş yazda və yayda şimal-qərbə, payız və qışda isə cənub-qərbə doğru qürub edur; Bu fəsillər Cənub yarımkürəsi üçün əksinə olur.

Faktiki günəş batması: Günəşin üfüqün altında itməsinə iki dəqiqə qalmış vəziyyət.

Faktiki günbatımı - astronomiyada Günəşin yuxarı hissəsinin üfüqün altında yox olmasına iki dəqiqə qalmış kimi müəyyən edilir. Üfüqün yaxınlığında atmosfer sınması günəş işığı şüalarının o dərəcədə təhrif edilməsinə səbəb olur ki, həndəsi cəhətdən günəş diski qürub müşahidə edildikdə artıq üfüqdən təxminən bir diametr aşağıda olur.

Günəşin batması üç mərhələyə bölünən alatoranlıqdan fərqlənir. Birincisi, Günəş üfüqün altında itdikdən sonra başlayan və üfüqdən 6 dərəcə aşağı enənə qədər davam edən mülki alatoranlıqdır. İkinci mərhələ üfüqdən 6 ilə 12 dərəcə aşağıda olan dəniz alatoranlığıdır. Üçüncü mərhələ Günəşin üfüqdən 12 ilə 18 dərəcə aşağıda olduğu dövr olan astronomik alatoranlıqdır. Alatoranlıq astronomik alaqaranlığın ən sonundadır və gecədən bir az əvvəl toranlığın ən qaranlıq anıdır. Nəhayət, Günəş üfüqdən 18 dərəcə aşağıya çatdıqda və artıq səmanı işıqlandırmayanda gecə başlayır.

Arktika dairəsindən daha şimalda və Antarktika dairəsindən daha cənubda qütb gündüzü və ya qütb gecəsi 24 saat davamlı olaraq qaldığı zaman ilin ən azı bir günündə tam gün batımı və ya günəşin doğması müşahidə edilmir. Hər iki qütbün yarım dərəcədən daha çox enliklərində, günəşin günorta ilə gecə yarısı arasındakı bucaq hündürlüyü bir dərəcədən az olduğu üçün ilin heç bir günündə günəş eyni tarixdə çıxa və ya bata bilməz.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Günəşin batması haqqında məlumat. Günəşin batması nədir? Günəşin batması nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Təbriz (dəqiqləşdirmə)

  • Fevral 24, 2026

    Asılı ərazi

  • Fevral 22, 2026

    Aristokratiya

  • Fevral 24, 2026

    Ləzgilər

  • Fevral 20, 2026

    Viktoriya Torpağı

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst