Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Kriminal avtoritet, həmçinin cinayət bossu, don və ya xaç atası — cinayət təşkilatına rəhbərlik edən şəxs.

Kriminal avtoritet

  • Ana Səhifə
  • Vikipediya
  • Kriminal avtoritet

Kriminal avtoritet, həmçinin cinayət bossu, don və ya xaç atası — cinayət təşkilatına rəhbərlik edən şəxs.

Al Kapone "spirtli içki qadağası" zamanı ABŞ-NIn ən məşhur cinayət bosslarından biri.

Mündəricat

Təsviri

Tipik olaraq, kriminal avtoritet təşkilatın digər üzvləri üzərində tam nəzarətə malikdir. Hiyləgərlik, strateji düşüncə və şəxsi cəsarət, mətanət və amansızlıq səbəbindən ondan qorxulur və ona hörmət edilir. Bu, kriminal avtoritetlərə müvəffəqiyyətlə təşkilata rəhbərlik etməyə və cinayət fəaliyyətində uğurlu olmağa imkan verir.

Keçmiş SSRİ

SSRİ və postsovet məkanında dünya kriminal təcrübəsində analoqu olmayan özünəməxsus kriminal aləm iyerarxiyasını formalaşdırılmışdır. Onun əsasını "qanuni oğru" ("oğrular" və ya "qanunçular") düşüncəsi təşkil edir. "Qanuni oğrular" institutu 1930-cu illərdə formalaşmış və ciddi məcəllənin (oğru qanunu), habelə müstəsna məxfiliyin mövcudluğu ilə səciyyələnirdi.

Bir çox digər cinayətkar icmalardan fərqli olaraq, qanuni oğruların aydın özəyi və rəhbərliyi, daimi fəaliyyət göstərən filialları yoxdur. Onlar "oğru" ənənələrinin sərt çərçivəsi ilə birləşən iştirakçıların formal olaraq tam bərabərliyi əsasında fəaliyyət göstərirlər. Bu icmanın rəhbər orqanı təşkilati qərarlar, o cümlədən cinayət dünyasına yazılı müraciətlər şəklində qəbul edən "sxodka"dır. "Qanuni oğrular" islah müəssisələrində cəza çəkən məhkumları həm apellyasiya, həm də rüşvət və ya hədə-qorxu ilə idarə etməyə çalışır.

Oğrular cəmiyyətinin funksiyalarına ayrı-ayrı cinayətkarların və onların qruplarının birliyi, cinayət fəaliyyətinin müəyyən sahələrinə nəzarət, kriminal mühitdə münaqişələrin həlli, ümumi cinayət fondlarının təşkili və istifadəsinə nəzarət ("obşak") və xarici ölkələrin cinayət təşkilatları ilə əlaqə saxlamaq aiddir.

"Qanuni oğrular" tək bir qrup deyil (onların arasında daimi hakimiyyət uğrunda mübarizə gedir, bir-birinə qarşı çıxan ayrı-ayrı qruplar fərqlənir), lakin Rusiyada koordinasiya funksiyasını yerinə yetirən və mütəşəkkil cinayətkarlıq sisteminin sabitliyini təmin edən onlardır.

İqtisadi cinayətlərə nəzarət edən və siyasi proseslərə təsir edən "qanuni oğrular" xüsusi təhlükə təşkil edir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kriminal avtoritet haqqında məlumat. Kriminal avtoritet nədir? Kriminal avtoritet nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Psixi sağlamlıq

  • Fevral 27, 2026

    1920-ci illər

  • Fevral 27, 2026

    Repressiya

  • Fevral 27, 2026

    Heydər Vəzirov

  • Fevral 27, 2026

    Cetacea

Trend Mahnılar
  • Fevral 17, 2026

    Cahangir Aliyev & Gülnar Zeynalova - Asta - Asta 2026 (Yeni Klip)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst