Kyonqido (kor. 경기도) — Koreya Respublikasının şimal qərbində yerləşən əyalət. Seul və İnçon şəhərləri ilə əhatə olunmuşdur. Şərqdən Qanqvon-do, qərbdən Sarı dəniz, cənubdan Çunqçonqnam-do ilə əhatə olunmuş, şimalda isə Koreya Xalq Demokratik Respublikası ilə həmsərhəddir. Əyalətin paytaxtı Suvon şəhəridir, Iycoqnbu şəhərində isə Kyonqido əyalətinin Şimal Bürosu təsis edilmişdir.
| Kyonqido | |||||
|---|---|---|---|---|---|
| |||||
| |||||
| 37°30′ şm. e. 127°15′ ş. u.HGYO | |||||
| Ölkə | |||||
| Tarixi və coğrafiyası | |||||
| Sahəsi |
| ||||
| Saat qurşağı |
| ||||
| Əhalisi | |||||
| Əhalisi |
| ||||
| Digər | |||||
| gg.go.kr | |||||
![]() Kyonqido | |||||
Tarixi
Kyonqido e.ə 18-ci ildən, Koreyanın Üç Krallıq dövründə üç hissəyə bölündüyü dövrdən başlayaraq siyasi əhəmiyyətli bir əyalət idi. E.ə 18-ci ildə Han Çayı hövzəsində Bekçenin əsası qoyulduqdan sonra 4 əsrin sonuna qədər Bekçenin mərkəzi funksiyasını yerinə yetirmişdir. 396-cı ildə Qoquryo Bekçeyə hücum edib Han çayının şimalını işğal etdi. 475-ci ildə isə Han çayının cənubu da işğal edildikdən sonra Kyonqidonun böyük bir hissəsi Qoquryonun hakimiyyəti altına keçdi. Bekçenin (Üç Krallıqdan biri) banisi Kral Onco Hanamın Viryesonq ərazisində hökumətin əsasını qoyduqdan sonra Han Çayı vadisi 5-ci əsrin ortalarında Qoquryonun bir parçası oldu və 553-cü ildə (Kral Cinhınqın hakimiyyətinin 14-cü ili) Şillanın ərazisinə çevrildi. 9-cu əsrin sonlarında Şilla krallığı hərc-mərcliyə düçar olar-olmaz Kyonqidonun müxtəlif yerlərində adlı-sanlı ailələr önə çıxmağa başladı və 898-ci ildə Gung Ye Kyonqidonun bütün ərazisində bu xaosu yatırdı. Gung Ye tərəfindən əsası qoyulan Tebonq dövlətinin paytaxtı isə Songak oldu. 918-ci ildə Songakın güclü ailələrindən olan Vang Geon Gung Yeni taxtdan salıb Qoryo dövlətinin əsasını qoydu. Kyonqido Qoryonun mərkəzi ərazisi olaraq inkişaf etməyə Kral Teconun paytaxtı Kesona köçürməsi ilə başladı.1018-ci il (Qoryo kralı Hyonconqun hakimiyyətinin 9-cu ili)dən etibarən bu ərazi rəsmi olaraq "Gyongi" adlandırıldı.
Qoryodan sonra əsası qoyulan Coson sülaləsi dövründə Kral Teco Hanyanqı paytaxt olaraq təyin etdi və Kyonqido ərazisini yenidən quraraq cənub-şərq bölgəsi ilə birlikdə Qvanqcu, Suvon, Yocu və Ansonqu da onun tərkibinə daxil etdi. Kral Teconq və Böyük Kral Seconqun dövründəki Gyongi regionu indiki Kyonqido əyalətinin inzibati ərazisinə çox bənzəyir.
1895-ci ildə inzibati əraziləri yenidən nizamlayan 23-Bu (hissə, bölmə) sistemi tətbiq edildi. Gyongi bölgəsi Hansonq (müasir Seul ərazisi; Hanseong-bu; 한성부; 漢城府), İnçon (Incheon-bu; 인천부; 仁川府), Çunqcu (Chungju-bu; 충주부; 忠州府), Qonqcu (Gongju-bu; 공주부; 公州府) və Keson (Kaesong-bu; 개성부; 開城府) ərazilərinə bölündü.

Yapon işğalı dövrü

- 1910 Oktyabrın 1-i Coson sülaləsinin paytaxtı olmuş Hansonq Kyonqidoya köçürülərək adı Gyonqsonq olaraq dəyişdirildi, Hökumət Binası Qvanqhvamunun qarşısında təsis edildi.
- 1914-cü ildə İnzibati ərazilərin unifikasiyası iləBupyeong-gun, Yangji-gun, Juksan-gun, Eumju- gun, Ansan-gun, Gwacheon-gun, Gyoha-gun, Jeokseong-gun, Pungdeok-gun, Majeon-gun, Saknyeong-gun, Yeongpyeong-gun, Yangcheon-gun, Namyang-gun və Gyodong-gun, Bucheon-gun, Tongjin- gun və Pyeongtaek-gun ləğv edilib başqa rayonların tərkibinə daxil edildi və ya inteqrasiya edildi. Yeni əsası qoyulan ərazi isə Buçon-gun oldu.
- 1936-cı il Aprelin 1-i Goyang-gun Yonggang-myeon, Yeonhui-myeon, Hanji-myeonun bütün ərazisi ilə Soongin-myeonun bir hissəsi, Eunpyeong-myeonun bir hissəsi, Siheung-gun Yeongdeungpo-eupun bütün ərazisi, Buk-myeonun bir hissəsi, Dong-myeonun bir hissəsi Gyonqsonqa köçürüldü.
- 1938-ci ildə Gyeonggi-donun Jinvi-gun ərazisinin adı Pyeongtaek-gun olaraq dəyişdirildi.
- 1940-cı ildə Bucheon-gun Munhak-myeon və s. İnçxona köçürüldü.
Əhalisi
İllik əhali artımı
| İl | Əhali sayı | Qeyd |
|---|---|---|
| 1925-ci il | 1,889,899 nəfər | |
| 1930-cu il | 2,231,367 nəfər | |
| 1935-ci il | 2,528,834 nəfər | |
| 1940-cı il | 2,715,746 nəfər | |
| 1945-ci il | 2,974,135 nəfər | |
| 1950-ci il | 2,648,688 nəfər | 1949-cu ildə Seul əhalisinin sayında azalma |
| 1953-cü il | 1,758,858 nəfər | Koreya müharibəsi ilə əlaqədar ortaya çıxan çoxsaylı qaçqın problemi |
| 1955-ci il | 2,353,407 nəfər | |
| 1960-cı il | 2,745,620 nəfər | |
| 1965-ci il | 3,050,695 nəfər | |
| 1970-ci il | 3,354,787 nəfər | |
| 1975-ci il | 4,034,943 nəfər | |
| 1980-ci il | 4,928,431 nəfər | |
| 1985-ci il | 4,772,845 nəfər | 1981-ci ildə İnçon əhalisinin sayında azalma |
| 1990-cı il | 6,137,227 nəfər | |
| 1995-ci il | 7,640,078 nəfər | 1995-ci ildə İnçondakı Qanqhva-qun və Onqcin-qunun birləşdirilməsi |
| 2000-ci il | 8,961,533 nəfər | |
| 2005-ci il | 10,335,343 nəfər | |
| 2010-ci il | 11,484,241 nəfər | |
| 2011-ci il | 11,801,231 nəfər | |
| 2012-ci il | 11,948,596 nəfər | |
| 2013-cü il | 12,107,216 nəfər | |
| 2014-cü il | 12,245,960 nəfər | |
| 2015-ci il | 12,366,711 nəfər | |
| 2016-cı il | 12,536,474 nəfər | |
| 2017-ci il | 12,728,620 nəfər | |
| 2018-ci il | 12,890,445 nəfər | |
| 2019-cu il | 13,090,648 nəfər | |
| 2020-ci il | 13,700,000 nəfər |
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Kyonqido haqqında məlumat. Kyonqido nədir? Kyonqido nə deməkdir?
