Əli-Səttar Quliyev — azərbaycanlı kinoprodüser, rejissor, ssenarist, Nizami Kino Mərkəzinin direktoru (2024).
| Əli-Səttar Quliyev | |
|---|---|
| Quliyev Əli-Səttar Elxan oğlu | |
| Doğum tarixi | |
| Doğum yeri | Bakı,Azərbaycan, Azərbaycan SSR, |
| Milliyyəti | azərbaycanlı |
| Fəaliyyəti | kinematoqraf[d] |
| Fəaliyyət illəri | 2007-ci ildən |
| Mükafatları | Milli Kino Mükafatı |
Həyatı
Əli-Səttar Quliyev 8 dekabr, 1981-ci il, Bakı şəhərində anadan olub.
Bakıdakı 134 nömrəli orta məktəbi bitirib. Uşaqlıqdan teatr və kinoya maraq göstərib, 11 yaşından məktəb teatrında və KVN-in tamaşalarında iştirak edib.
Ailəlidir, 2 övladı var.
Fəaliyyəti
2002-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kino rejissorluğu fakültəsini bitirib. Hərbi xidmətdən sonra, 2003-cü ildə magistraturaya daxil olub və həmin fakültəni qırmızı diplomla bitirib. Həmçinin Azərbaycan Dövlət İqtisad Universitetində (2004-2006) təhsil alıb.
Azərbaycan televiziyasında çalışıb. 2007-ci ildə öz prodüser mərkəzini yaradıb, əvvəlcə musiqi klipləri və reklam çarxları çəkməklə işə başlayıb. “Azercell”də müştəri xidmətləri (2003-2007), İz Productionda art direktor (2008-2012), “Tonica Production”da menecer (2012-2016), “Azanfilm” studiyasının direktor müavini (2011-2015), 2015-2023-cü illərdə “Mozalan” studiyasının direktoru vəzifəsində çalışıb. 2023-2024-cü illərdə Gənclər və İdman Nazirliyində rejissor işləyib. 2024-cü ildə “Nizami” Kino Mərkəzinə direktor təyin olunub.
2011-2014-cü illərdə Beynəlxalq Kann festivalında Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təşkil olunmuş nümayəndə heyətinin üzvü olub. Filmləri Kann, Sarayevo, Tamprera, Kazan, Daşkənd, Düşənbə, Tbilisi beynəlxalq festivallarında iştirak edib.
Mükafatları
- 2023-cü il "Stadionlar Səssiz olanda" filmi — İlin ən yaxşı idman filmi
- 2024-cü il Azərbaycan Kinematoqrafçılar İttifaqının Milli Kino Mükafatı
- 2025-ci il "Qızıl Pəri" kino mükafatı (Ən yaxşı debüt filmi “Əlvida, Şmidt!”)
Filmoqrafiya
Prodüser kimi:
- .Susma (2012, qısametrajlı bədii film)
- .Gil (2013, qısametrajlı bədii film)
- .Əlifba (2016, animasiya filmi)
- .Mozalan No. 196-199 (2016-2021, kinojurnal)
- .Son payız (2022, qısametrajlı bədii film)
- .İkinci planetin qırmızı rəngi (2024, qısametrajlı bədii film)
- .Sanki yoxsan (2024, qısametrajlı bədii film)
İcraçı prodüser kimi:
- .Tarın sədaları. Mansurovlar (film, 2013)
- .Fikrət Əmirov (2022, sənədli film)
Rejissor, ssenari müəllifi, prodüsor kimi:
- .Çardaq (2016, qısametrajlı bədii film)
- .Əlvida, Şmidt! (film, 2019)
- .Olimpia (2021, tammetrajlı bədii film)
- .Mən qardaşımı axtarıram (qısametrajlı bədii film,2022)
- .Stadionlar səssiz olanda (film, 2023)
- ."Şarlotta" (qısametrajlı bədii film,2026)
- . "Qurğuşun" ssenari müəlifi, prodüser. (qısametrajlı film,2026)
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Əli-Səttar Quliyev haqqında məlumat. Əli-Səttar Quliyev nədir? Əli-Səttar Quliyev nə deməkdir?