Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Bu sufi təlimə görə yalnız bir varlıq vardır, o da Allahdır. Ondan başqa heç nə yoxdur. Maddi və mənəvi aləmdə olanlar isə onun təcəllisi və təzahürüdürlər. Onl

Vəhdətül-vücud

  • Ana Səhifə
  • Vikipediya
  • Vəhdətül-vücud

Vəhdətül-vücud (ərəb. وحدة الوجود‎) — sufi təlimi.

Mündəricat

Haqqında

Bu sufi təlimə görə yalnız bir varlıq vardır, o da Allahdır. Ondan başqa heç nə yoxdur. Maddi və mənəvi aləmdə olanlar isə onun təcəllisi və təzahürüdürlər. Onların varlıqları Tanrının varlığından asılıdır. Deməli maddi aləmin Allahla əlaqəsi bir şeyin onun kölgəsi ilə bağlılığı kimidir. O şey olmasa, onun kölgəsi də olmaz. Deməli bu dünyanın da varlığı Allahın varlığına bağlıdır.

"Vəhdəti-vücud" təliminə görə hər bir şeydə Tanrının təzahürləri vardır. Hər bir sufi Tanrıdan başqa heç bir şeyin olmadığını bilir. Bunu o, yalnız irrasional təcrübədən kənar yollarla, öz mənəvi potensialını zahidlik həyatı keçirməklə, çoxsaylı zikrlər etməklə duymağa başlayır. Sufinin mənəvi təcrübəsi, eləcə də Yaradıcıya olan sonsuz sevgisi onu varlığının birliyi duyğusuna gətirib çıxarır.

Belə bir durumda o, Allahla birliyini duyaraq Onun içində əriyir. Bu durumda olan "sufi" öz dediklərinin, etdiklərinin, davranışlarının onun deyil, Allahın olduğunu iddia edir. Səmalar kimi müxtəlif ayinlər ona bu gizli bilginin açılmasına yardım edir. Bütün bunlar Allaha sonsuz sevgi duyğusundan irəli gələn sərxoşluq və vəcd durumlarında baş verir. Sonda sufi özünü Tanrının bir parçası kimi duyaraq "Ənəl-Həqq" deyir. Ənənə və şəriət tərəfdarı olan müsəlman çoxluğu vəhdəti-vücudu heç də bir mənalı qarşılamamışdırlar. Sufiləri İslama bidət gətirməkdə ittiham etmişdirlər. Onlara qarşı təqiblər də olmuşdur. İlk dəfə "Ənəl-Həqq" deyən tanınmış sufi Mənsur Həllac bu sözlərinə görə hətta edam edilmişdir. "Vəhdəti-vücud" təliminin prinsipləri tanınmış arif İbn əl-Ərəbinin (ö. 638/1240) əsərlərində əks olunmuşdur. Ona görə də o, bu təlimin yaradıcısı hesab edilir. İbn əl-Ərəbiyə görə Allahdan başqa hər bir varlıq əslində yoxdur. Onun fikrincə varlıq Allahdadır. Onun görünən təzahürləri isə Allahın təzahürləridir. Buna görə də, hər bir maddi şeydə Tanrını duymaq mümkündür.

İbn əl-Ərəbidən sonra vəhdəti-vücud müsəlman dünyasının müxtəlif bölgələrində yayılmışdır. Anadoluda bu ideyaları onun görkəmli davamçısı Sədrəddin Konyəvi (ö. 623/1224), Fələstin və Misirdə isə İbn Fərid (ö. 632/1234) yaymışdırlar. Türk sufi təlimlərində bu ideyaları Yunus Əmrə səsləndirmişdir. Vəhdəti-vücudun motivləri Mövlanə Cəlaləddin Ruminin (ö. 672/1273) "Məsnəvi"sində də yer almaqdadır.

Həmçinin bax

  • Panteizm
  • Pandeizm

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Vəhdətül-vücud haqqında məlumat. Vəhdətül-vücud nədir? Vəhdətül-vücud nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Lamiyyə Ələkbərova

  • Fevral 27, 2026

    Telman Orucov

  • Fevral 25, 2026

    Sulfat turşusu

  • Fevral 27, 2026

    İtidişli armud

  • Fevral 27, 2026

    Ramazan

Trend Mahnılar
  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 25, 2026

    Alican & Baylarsoylar - Yol Ver 2026 (Official Music Video)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst