Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Lüis Keroll (27 yanvar 1832[…] – 14 yanvar 1898[…]) — ingilis yazıçısı və riyaziyyatçısı. Daha çox Alisa möcüzələr ölkəsində və Alisa xəyal güzgüsündə əsərləri

Luis Kerroll

  • Ana Səhifə
  • Vikipediya
  • Luis Kerroll

Lüis Keroll (27 yanvar 1832[…] – 14 yanvar 1898[…]) — ingilis yazıçısı və riyaziyyatçısı. Daha çox Alisa möcüzələr ölkəsində və Alisa xəyal güzgüsündə əsərləri ilə tanınır. O, söz oyunları, məntiq və fantaziya bacarıqları ilə tanınırdı. Onun "Jabberwocky" (1871) və "The Hunting of the Snark" (1876) şeirləri ədəbi cəfəngiyat janrına aiddir.

Lüis Keroll
ing. Lewis Carroll
Doğum adı Charles Lutwidge Dodgson
Təxəllüsü Lewis Carroll
Doğum tarixi 27 yanvar 1832(1832-01-27)[…]
Vəfat tarixi 14 yanvar 1898(1898-01-14)[…] (65 yaşında)
Vəfat səbəbi ağciyər iltihabı
Uşağı yoxdur
Təhsili
  • Oksford Universiteti (1851–1857)
Fəaliyyəti riyaziyyatçı, məntiqşünas, fotoqraf, şair, uşaq ədəbiyyatı yazıçısı, gündəlik yazıçısı[d], romançı, yazıçı, avtobioqraf[d], filosof
Fəaliyyət illəri 1852–1898
Əsərlərinin dili ingilis dili
Janrlar uşaq ədəbiyyatı, riyazi məntiq, ədəbi absurd[d], Xətti cəbr
Tanınmış əsərləri Alisa möcüzələr ölkəsində
Alisa xəyal güzgüsündə (kitab)
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Keroll yüksək kilsə ənənəsinə bağlı anqlikan ailəsindən idi və Oksforddakı Məsih kilsəsində dini təhsil almış, ömrünün böyük hissəsini alim, müəllim, Anqlikan diakonu kimi keçirmişdir. Məsih Kilsəsinin dekanı Henri Liddelin qızı Alis Liddell "Alisa möcüzələr ölkəsində" əsərinin əsas ilham mənbəyi kimi geniş şəkildə tanınır, baxmayaraq ki, Keroll bunu həmişə inkar etmişdir. Tapmaca həvəskarı olan Keroll 1879-1881-ci illərdə Vanity Fair jurnalında dərc olunan və "İkiqat" adlandırdığı söz nərdivanı tapmacasını yaratmışdır. 1982-ci ildə Vestminister Abbeyinin Şairlər Güşəsində Keroll üçün xatirə büstü qoyulmuşdur. Dünyanın bir çox yerində onun əsərlərindən zövq almağa və onları təbliğ etməyə həsr olunmuş cəmiyyətlər fəaliyyət göstərir. Doqson ailəsi əsasən Şimali İngiltərədən idi, mühafizəkar düşüncəyi malik və İngiltərə Yüksək kilsəsinə mənsub sayılırdı. Onun kişi əcdadlarının əksəriyyəti isə zabit və ya anqlikan ruhaniləri olmuşdur. Onun ata tərəfdən babasının adı Çarlz idi, və o 1803-cü il İrlandiya üsyanı zamanı ordu kapitanı kimi xidmət etmişdi. Onun iki oğlu var idi, boyüyü Lüisin atası Çarlz Doqsondu. O, əvvəlcə Reqbi məktəbində, daha sonra isə Oksford Universitetinin tərkibində olan Christ Church-də təhsil aldı. Riyaziyyat sahəsində çox istedadlı idi, və iki dəfə birincilik qazanmışdır. Bu istedadı ona gözəl karyera qurmağa imkan yaradır. Lakin o kənd rühanisi olmağı seçdi. Lüis Keroll 1832-ci il 27 yanvarda Çeşir qraflığında yerləşən Darsberi kəndində doğulmuşdur. O, ailənin ən böyük övladı, 3 qardaşı və 7 bacısı olmuşdur. 11 yaşında ikən atası Yorkşirin Kroft-on-Tis şəhərində xidmətə göndərilmiş və onlar kilsəyə məxsus daha geniş bir evdə yaşamağa başlamışlar. Növbəti 25 il ərzində bu ev onların əsas yaşayış yeri olmuşdur. Çarlzın atası İngiltərə kilsəsinin fəal və yüksək dərəcədə mühafizəkar ruhanisi idi, daha sonra Riçmond arxiyeakonu olmuş və kilsəni parçalanmağa qədər aparan kəskin dini mübahisələrdə bəzən təsirli şəkildə iştirak etmişdir. O, yüksək kilsə ənənəsinə bağlı, Anglo-Katolikliyə meyilli, Con Henri Nyuman və Traktarian hərəkatının tərəfdarı idi və bu düşüncələri övladlarına aşılamağa çalışırdı. Lakin Çarlz atasının dəyərləri və bütövlükdə İngiltərə Kilsəsi ilə mürəkkəb, bəzən ikili münasibət qurmuşdur. Doqson gənclik illərində evdə təhsil almışdır. Ailə arxivində saxlanılan "oxu siyahıları" onun erkən inkişaf etmiş zəkasını göstərir, o, 7 yaşında "Ziyarətçinin gedişi" kimi kitabları oxuyurdu. Çarlz həmçinin kəkələmə problemi yaşayırdı - bu, bacı - qardaşlarınnın çoxunda da müşahidə olunurdu, uzun illər sosial həyatda ona çətinlik yaradırdı. On iki yaşında o, Şimali Yorkşirin Riçmond şəhərindəki Riçmond məktəbinə göndərildi. 1846-cı ildə Doqson Reqbi məktəbinə daxil oldu və burada özünü bədbəxt hiss etdiyini sonradan yazılarında qeyd edirdi: "Deyə bilmərəm ki,.....hər hansı dünyəvi düşüncə o üç ili yenidən yaşamağa vadar edərdi.....Dürüstcə deyə bilərəm ki, əgər gecələr təhlükəsiz ola bilsəydim, gündəlik həyatın çətinlikləri nisbətən xırda görünərdi. O, məktəbdə zorakılığa məruz qaldığını iddia etməsə də, Reqbidə böyük şagirdlərin ən çox kiçik oğlanları hədəf aldıqlarını vurğulamışdı. Onun qardaşı oğlu Stüart Doqson Kollinqvud yazırdı ki, "onu yalnız mülayim sakit təbiətli kimi tanıyanlar üçün bu inanılmaz görünsə də məktəbi bitirdikdən uzun müddət sonra belə onun adı kiçik oğlanların müdafiəsi uğrunda yumruqlarındanistifadə etməyi bacaran bir gənc kimi xatırlanırdı". Riyaziyyat müəllimi R.B.Mayor qeyd etmişdi ki, "Reqbiyə ilk gəldiyim gündən bu yaşda ondan daha perspektivli şagird görməmişəm". Fransis Uolkeymin "Tərbiyəcinin köməkçisi: Arifmetika Kompediumu" adlı, gənc Doqsonun istifadə etdiyi riyaziyyat dərsliyi bu günə qədər saxlanılır. Kitabın içində latınca bir qeyd var. " Bu kitab Çarlz Lütviç Doqsona məxsusdur. Əl çək.! Bəzi səhifələrdə, məsələn 129-cu səhifədə, müəliffin qeydlərinə rast gəlinir.

Lüis Kerollun təxminən 1856-cı ildə çəkdiyi avtoportret, o dövrdə 24 yaşında idi

O, 1849- cu ilin sonunda Reqbidən ayrıldı və 1850-ci ilin mayında atasının oxuduğu Məsih Kilsəsinin üzvü olaraq Oksford Universitetinə qəbul olundu. Kollecdə otaqlar boşalana qədər gözlədikdən sonra 1851-ci ilin yanvarında öz evinə köçdü. Oksforda cəmi gəldikdən iki gün sonra o, evə çağırldı. Anası 42 yaşında meninqit və ya insultdan vəfat etmişdir. O,həmişə çox çalışmasa da, istedadı sayəsində uğurlara tez nail olurdu. 1852-ci ildə riyaziyyat üzrə moderasiyalarda birinci dərəcəli fərqlənmə aldı və tezliklə atasının dostu Kanon Edvard Pussey tərəfindən tələbəliyə namizəd göstərildi. 1854-cü ildə riyaziyyat üzrə son Fəxri imtahanda siyahının ilk sırasında yer alaraq yenə birinci dərəcəli fərqlənmə qazandı və bununla da İncəsənət bakalavrı dərəcəsini aldı. O, Məsih kilsəsində həm təhsil almağa, həm də müəllimlik etməyə davam etdi, lakin növbəti il təhsilə kifayət qədər diqqət ayırmadığı üçün təqaüd imtahanından keçə bilmədi. Buna baxmayaraq, riyaziyyatdakı istedadı ona 1855-ci ildə Məsih Kilsəsində riyaziyyat müəllimlik vəzifəsini qazandırdı və bu vəzifəni 26 il ərzində icra etdi. Erkən yaşantılarındakı çətinliklərinə baxmayaraq, Doqson ömrünün sonunadək Məsih Kilsəsində qaldı və müxtəlif sahələrdə, o cümlədən Alis Liddellin yaşadığı dekanlıq binasına yaxın yerləşən Məsih Kilsəsi kitabxanasında köməkçi kim fəaliyyət göstərdi.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Luis Kerroll haqqında məlumat. Luis Kerroll nədir? Luis Kerroll nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    E.ə. 314

  • Fevral 27, 2026

    .az

  • Fevral 27, 2026

    Uran

  • Fevral 27, 2026

    Qulançar

  • Fevral 23, 2026

    Nyu-Orlean

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst