Boris Tadiç (serb. Борис Тадић; 15 yanvar 1958, Sarayevo) — Serb siyasətçidir. O, 2004-2014-cü illər arasında Serbiya Demokrat Partiyasının, 2004-2012-ci illər arasında isə Serbiya Respublikasının prezidenti olmuşdur.
| Boris Tadiç | |
|---|---|
| serb. Борис Тадић | |
| |
| 11 iyul 2004 – 5 aprel 2012 | |
| Əvvəlki | Predraq Markoviç[d] (i. e.) Milan Milutinoviç |
| Sonrakı | Slavika Cukic Deyanoviç (i. e.) Tomislav Nikoliç |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 15 yanvar 1958 (68 yaş) |
| Doğum yeri | Sarayevo, Bosniya və Herseqovina, Yuqoslaviya Sosialist Federativ Respublikası |
| Fəaliyyəti | siyasətçi, psixoloq |
| Dini | şərqi ortodoks xristianlıq |
| | |
| Təltifləri | |
| | |
Boris Tadiç 2002-ci ildə Yuqoslaviya Federativ Respublikasının nəqliyyat naziri olmuşdur. Serbiya və Monteneqro parlamentində müdafiə naziri vəzifəsində fəaliyyət göstərmiş və elə həmin il parlamentin spikeri seçilmişdir.
Serbiya Demokrat Partiyasının Baş Assambleyasının katibi, idarə heyətinin vitse-prezidenti və vəkili, 2004-2014-cü illər arasında isə partiyanın sədri vəzifəsində fəaliyyət göstərmişdir.
O, 2004-cü ildə Serbiyada keçirilmiş olan prezident seçkilərinin birinci turunda 27,3% səslə qalib gəlmişdir. 27 iyun 2004-cü ildə keçirilmiş seçkilərin ikinci turunda isə rəqibi olan Tomislav Nikoliçə qalib gələrək Serbiya və Monteneqronun prezidenti seçilmişdir.
2012-ci il aprel ayının 5-də, prezident seçkilərinə bir il qalmış o, prezident postundan istefa verərək növbədənkənar prezident seçkilərinin keçirilməsi haqqında qərar qəbul etmişdir. 2012-ci il may ayının 6-da keçirilmiş prezident seçkilərinin birinci turunda 25,31% səs yığaraq birinci olmuşdur. O, prezident seçkilərinin ikinci raundunda isə rəqibi olan Tomislav Nikoliçlə növbəti dəfə mübarizə aparmalı olmuşdur. Seçkilərin ikinci turunda 47,31% səs əldə etmiş olsa da, onun rəqibi olan Tomislav Nikoliç 49,54% səs yığaraq birinciliyi əldə etmiş və Serbiyanın prezidenti seçilmişdir.
O, 2014-cü ildə Serbiya Demokrat Partiyasından istefa verərək, özünə Serbiya Yeni Demokrat Partiyası adlı yeni bir siyasi partiya yaratmışdır.
Boris Tadiç ingilis və bir azda fransız dilini bilir. Evlidir və iki övladı var.
Onun boyu 6 fut 2 düym (188 cm) təşkil edir.

Həmçinin bax
- Sarayevo
- Bosniya və Herseqovina
- Yuqoslaviya Sosialist Federativ Respublikası
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Boris Tadiç haqqında məlumat. Boris Tadiç nədir? Boris Tadiç nə deməkdir?
