Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Hacıbala İbrahim oğlu Abutalıbov (13 may 1944, Krasnovodsk) — Bakı Şəhər İcra hakimiyyətinin başçısı (2001–2018), Azərbaycan Respublikasının Baş nazirinin müavi

Hacıbala Abutalıbov

  • Ana Səhifə
  • Vikipediya
  • Hacıbala Abutalıbov

Hacıbala İbrahim oğlu Abutalıbov (13 may 1944, Krasnovodsk) — Bakı Şəhər İcra hakimiyyətinin başçısı (2001–2018), Azərbaycan Respublikasının Baş nazirinin müavini (2018–2019).

Hacıbala Abutalıbov
Azərbaycan Respublikası
Baş nazirinin müavini
21 aprel 2018 – 21 oktyabr 2019
Baş nazirNovruz Məmmədov
ƏvvəlkiAbid Şərifov
SonrakıŞahin Mustafayev
17 yanvar 2000 – 30 yanvar 2001
Baş nazirArtur Rasi-zadə
Bakı Şəhər İcra hakimiyyətinin
başçısı
30 yanvar 2001 – 21 aprel 2018
ƏvvəlkiRəfael Allahverdiyev
SonrakıEldar Əzizov
Suraxanı Rayon
İcra hakimiyyətinin başçısı
16 fevral 1995 – 17 yanvar 2000
ƏvvəlkiDarvin Ağamalıyev
SonrakıNatiq Mehdiyev
Şəxsi məlumatlar
Doğum tarixi 13 may 1944(1944-05-13) (81 yaş)
Doğum yeri
  • Krasnovodsk, Krasnovodsk vilayəti[d], Türkmənistan SSR, SSRİ
Partiya
  • Yeni Azərbaycan Partiyası
Təhsili
  • Bakı Dövlət Universiteti
Fəaliyyəti fizik, siyasətçi
Dini İslam
Təltifləri "Sankt-Peterburqun 300 illik xatirəsinə" medalı "Şərəf" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

Hacıbala Abutalıbov 1944-cü il mayın 13-də Türkmənistanın Krasnovodsk şəhərində anadan olmuşdur. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsini bitirmişdir. Əslən Naxçıvan Muxtar Respublikası Ordubad rayonundandır.

1968-ci ildə keçmiş SSRİ-nin Leninqrad şəhərində A. F. İoffe adına Fizika-Texnika İnstitutunda aspiranturaya daxil olmuş, SSRİ Elmlər Akademiyasının müxbir üzvü, Lenin mükafatı laureatı Yevgeni Fyodoroviç Qrossun və Marina Lazaryevna Bellenin rəhbərliyi altında 1976-cı ildə namizədlik dissertasiyasını müdafiə etmiş, 1987-ci ildə isə Lenin mükafatı laureatı akademik Aleksandr Aleksandroviç Kaplyanskinin rəhbərliyi ilə həmin institutda fizika-riyaziyyat elmləri doktoru yüksək elmi dərəcəsi adını almışdır. Fizika-riyaziyyat elmləri doktoru, professordur. Amerika, İngiltərə, Fransa, Almaniya, Rusiya və sair dövlətlərin qabaqcıl elmi jurnallarında çap olunmuş 200-dən çox elmi əsərin və monoqrafiyanın, 30-dan çox elmi ixtiranın müəllifidir.

H. Abutalıbovun rəhbərliyi altında 10-dan çox elmlər doktoru və elmlər namizədi yetişmişdir. 1988-ci ildən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda "Yarımkeçiricilərin kvant elektronikası" laboratoriyasının müdiridir.

1995-ci ilin fevral ayından 2000-ci ilin yanvar ayınadək Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı olmuşdur.

1999-cu ilin iyul ayında Azərbaycan Respublikası Prezidenti "Suraxanı Rayon İcra Hakimiyyətinin müsbət iş təcrübəsinin yayılması haqqında" Sərəncam imzalamışdır.

2000-ci ilin yanvar ayından 2001-ci ilin yanvar ayına qədər Azərbaycan Respublikası Baş nazirinin müavini vəzifəsində çalışmışdır.

2001-ci ilin yanvar ayından Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.

21 aprel 2018-ci ildə Azərbaycan Respublikasını Baş nazirinin müavini təyin edilmişdir.

Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının üzvüdür, ailəlidir, iki oğlu var.

Mükafatları

  • 13.05.2014 — Azərbaycan "Şərəf" ordeni.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Hacıbala Abutalıbov haqqında məlumat. Hacıbala Abutalıbov nədir? Hacıbala Abutalıbov nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Amur üzümü

  • Fevral 27, 2026

    Ravvin

  • Fevral 27, 2026

    Planetologiya

  • Fevral 27, 2026

    Möhlət Müslümov

  • Fevral 27, 2026

    İkinci Məşrutiyyət

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst