Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Rəhim Alxas (xın. Раьхıим Алхас; tam adı: Rəhim Xəlfə oğlu Alxasov; 20 mart 1937, Xınalıq, Quba rayonu – 20 sentyabr 2003, Xınalıq, Quba rayonu) — xınalıqlı şai

Rəhim Alxas

  • Ana Səhifə
  • Vikipediya
  • Rəhim Alxas

Rəhim Alxas (xın. Раьхıим Алхас; tam adı: Rəhim Xəlfə oğlu Alxasov; 20 mart 1937, Xınalıq, Quba rayonu – 20 sentyabr 2003, Xınalıq, Quba rayonu) — xınalıqlı şair, aşıq, publisist, poliqlot, pedaqoq.

Rəhim Alxas
xın. Раьхıим Алхас
Doğum tarixi 20 mart 1937
Doğum yeri SSRİ, Azərbaycan SSR, Quba, Xınalıq
Vəfat tarixi 20 sentyabr 2003 (66 yaşında)
Vəfat yeri Azərbaycan Azərbaycan, Quba, Xınalıq
Dəfn yeri Vladimirovka, Quba,
Azərbaycan Azərbaycan
Həyat yoldaşı Xəzangül
Uşaqları Şəmşir
Şərəf
Şahin
Şükran
Şöhrət
Rəvanə
Atası Xəlfə
Anası Zilhiccə
Milliyyəti xınalıqlı
Fəaliyyəti yazıçı
İmza

Mündəricat

Həyatı və yaradıcılığı

Rəhim Alxas 20 mart 1937-ci ildə Quba rayonunun Xınalıq kəndində anadan olmuşdur.

Məşhur xınalıqlı şair Rəhim Alxasın yaradıcılıq dövrü XX əsrin ikinci yarısına aiddir. Beş dildə – Azərbaycan, xınalıq, özbək, tatar və türkmən dillərində şeirlərin müəllifi və Xınalıq kənd orta məktəbinin müəllimi olmuş Rəhim Alxas xınalıq dili barədə xeyli tədqiqat işi aparmış və müəyyən etmişdir ki, Xınalıq dilində fellər həm cinsə, həm də insan və heyvana görə fərqlənir. Məsələn, "gəlir" sözü qadın, kişi və heyvana görə müxtəlif tərzdə səslənir.

Şairin öz doğma kəndinə sıx bağlılığını əks etdirən bir şeir belədir:

Bahar çağı Xınalığım,
Girən zaman dondan-dona,
Dəyişmərəm bir kəndimi,
Yüz Parisə, min Londona.

Onun yazılarından da xınalıqlıların Allaha necə inandıqları bir daha aydın görünür:

Biz elə Allaha inanırıq ki,
Poladdan, dəmirdən iti ox eylər.
Çoxdan az eyləyər, azdan çox eylər,
Bir ovuc torpaqla gözü tox eylər,
Yoxdan var eyləyər, vardan yox eylər.

Rəhim Alxas Xınalıqda Xıdır Nəbi məscidində imamlıq etmişdir.

Bütün şahdağlıların fəхri, görkəmli xınalıqlı şair Rəhim Alxas doğulub, boya-başa çatdığı doğma Xınalıq kəndində 2003-cü il sentyabr ayının 20-də vəfat etsə də, həmin gün onun cənazəsi ailəsinin məskunlaşdığı Quba rayonunun Vladimirovka (Gülüstan) kəndinə gətirilmiş, sentyabr ayının 21-də həmin kəndin qəbiristanında dəfn edilmişdir.

Kitabları

  • Vətən təranələri. Bakı, "Elm", 1990  (az.)
  • «Хыналыкъ» (Шеирдир. Аьфсанаьдйаь гьаькъикъаьтирдир.), Азаьрнаьшр, Бокку – 1992, 124 с. ISBN 5-552-01197-X  (xın.)
  • Xınalıq: Şerlər və tərcümələr. Bakı, "Azərnəşr", 1992  (az.)
  • Sənin tellərinə qurban olum mən. Bakı, "Şirvannəşr", 2000  (az.)
  • Xınalıqlı Seyidqələm Baba: Hekayələr və kəramətlər. Bakı, "Şirvannəşr", 2001  (az.)
  • Xınalıq və xınalıqlılar. Bakı, "Şirvannəşr", 2003  (az.)
  • Sənət inciləri. Bakı, "Şirvannəşr", 2003  (az.)

Tərcümələri

  • Низами Гаьнджаьви, «ХIикмаьти чаьлаьнг» («Хаьмсаь» - шилли парчад), Азаьрнаьшр, Бокку – 1991, 51 с. ISBN 5-552-00574-0  (xın.)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Rəhim Alxas haqqında məlumat. Rəhim Alxas nədir? Rəhim Alxas nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Axıstabad mahalı

  • Fevral 20, 2026

    Serb dili

  • Fevral 27, 2026

    Santa Mariya

  • Fevral 27, 2026

    Qızılyurd rayonu

  • Fevral 27, 2026

    Elektron buludu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Ceyhun SazMen & Vefa Serifova - Popuri 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst