Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Pərvin Mirzəzadə (tam adı: Pərvin Xəyyam oğlu Mirzəzadə; 19 iyun 1965, Bakı) — Azərbaycan siyasətçisi, diplomatı, Azərbaycan Respublikası Fövqəladə və Səlahiyyə

Pərvin Mirzəzadə

  • Ana Səhifə
  • Vikipediya
  • Pərvin Mirzəzadə

Pərvin Mirzəzadə (tam adı: Pərvin Xəyyam oğlu Mirzəzadə; 19 iyun 1965, Bakı) — Azərbaycan siyasətçisi, diplomatı, Azərbaycan Respublikası Fövqəladə və Səlahiyyətli Səfiri. Xalq artisti Xəyyam Mirzəzadənin oğlu

Pərvin Mirzəzadə
Pərvin Xəyyam oğlu Mirzəzadə
Doğum tarixi 19 iyun 1965(1965-06-19) (60 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Atası Xəyyam Mirzəzadə
Milliyyəti azərbaycanlı
Təhsili
  • Azərbaycan Dövlət İqtisad Universiteti
Fəaliyyəti Fövqəladə və Səlahiyyətli Səfir.
Mükafatları 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı, Polşa Respublikası qarşısında xidmətlərinə görə “Kavalyer xaçı” ordeni, AR Fövqəladə Hallar Nazirliyinin 5 illik “Yubiley” medalı, AR Xarici İşlər Nazirliyinin “Fəxri əməkdaşı” və b.

Mündəricat

Həyatı

Pərvin Mirzəzadə 19 iyun 1965-ci ildə Bakı şəhərində, məşhur bəstəkar Xəyyam Mirzəzadənin ailəsində anadan olub. 1972–1983-cü illərdə Bül-Bül adına orta ixtisaslı xüsusi musiqi məktəbini, 1983–1988 Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb bölməsini fərqlənmə diplomu ilə bitirmişdir. 1993-cü ildə Qahirədə Misir Ərəb Respublikasının Diplomatik Akademiyasında akademik kursları, 2000-ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Akademiyasında Strateji Tədqiqatlar və Dövlət Müdafiəsinin İdarəetmə akademik kursunu bitirib. o, həmçinin, 2003–2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Əlaqələr fakültəsinin fərqlənmə diplomu bitirmişdir.

Ailəsi

Xalq artisti Xəyyam Mirzəzadənin oğlu olan Pərvin Mirzəzadənin 2 övladı var.

İş fəaliyyəti

P. Mirzəzadə 1989–1991-ci illərdə Azərbaycan SSR Xarici İşlər Nazirliyinin Xarici İqtisadi Əlaqələr şöbəsinin II katibi, 1991–1993-cü illərdə AR XİN Dövlət Protokolu İdarəsinin II katibi, 1993–1997-ci illərdə AR XİN Dövlət Protokolu İdarəsinin bölmə müdiri, 1997–2002-ci illərdə AR XİN Dövlət Protokolu İdarəsinin şöbə müdiri, 2002–2004-cü illərdə AR XİN Dövlət Protokolu İdarəsinin rəis müavini, 2004-cü ildən AR XİN Dövlət Protokolu İdarəsinin Rəisi, Azərbaycan Respublikasının Prezidentinin 06.06.2012-ci il tarixli Sərəncamı ilə Fövqəladə və Səlahiyyətli Səfir rütbəsi, Brüssel Almanaxı Komitəsinin müxbir üzvü vəzifələrində çalışmışdır.

Mükafatları

  • 2008-ci ildə Azərbaycan Respublikasının Prezidentinin "Dövlət Qulluğunda fərqlənməyə görə" medalı,
  • 2009-cu ildə Polşa Respublikası qarşısında xidmətlərinə görə "Kavalyer xaçı" ordeni,
  • 2010-cu AR Fövqəladə Hallar Nazirliyinin 5 illik "Yubiley" medalı,
  • 2011-ci ildə AR Xarici İşlər Nazirliyinin "Fəxri əməkdaşı" adına layiq görülmüşdür.
  • 2014-cü Macarıstan Respublikasının Fəxri Ordeni,
  • 2015-ci ildə "AR Fövqəladə Hallar Nazirliyinin 10 illiyi (2005–2015)" yubiley medalı,
  • 2017-ci ildə 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordenləri ilə təltif olunmuşdur.
  • 2017-ci ildə Qazaxıstan Respublikasının diplomatik xidmətinin 25 illiyi yubiley medalı,
  • Gürcüstan Daxili İşlər Nazirliyinin "Xüsusi xidmətlərə görə" 2-ci dərəcəli medalı,
  • 2018-ci ildə "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993–2018)" yubiley medalı,
  • 2019-cu ildə "Azərbaycan polisinin 100 illiyi (1918–2018)" yubiley medalı, habelə "Azərbaycan Respublikası dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarının 100 illiyi (1919–2019)" yubiley medalı ilə də təltif olunmuşdur.
  • 2018-ci ildə AR Müdafiə Nazirliyinin "Azərbaycan ordusunun 100 illiyi" yubiley medalı,
  • 2019-cu ildə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin "Azərbaycan Sərhəd Mühafizəsinin 100 İlliyi (1919–2019)" ilə bağlı yubiley medalı,
  • "Azərbaycan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919–2019)
  • " Azərbaycan Respublikasının yubiley medalı və "Tərəqqi" medalı ilə təltif edilmişdir
  • 2019-cu ildə "Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918–2018)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilmişdir.

Həmçinin bax

  • Səfir
  • Hüseynağa Sadıqov (siyasətçi)

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Pərvin Mirzəzadə haqqında məlumat. Pərvin Mirzəzadə nədir? Pərvin Mirzəzadə nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Tofiq Kazımov

  • Fevral 27, 2026

    Birinci Məşrutiyyət

  • Fevral 27, 2026

    Şimalı Qazaxıstan

  • Fevral 27, 2026

    .ar

  • Fevral 27, 2026

    Xalq artisti

Trend Mahnılar
  • Fevral 25, 2026

    Vefa Serifova - Sevgiye Verdim Ara 2026 (Yeni Klip) 4K

  • Fevral 25, 2026

    Damla - Anam Demişdi 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Ruh Ekizim ( Official Video Clip ) 2026

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst