Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Alma (lat. Malus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.

Malus

  • Ana Səhifə
  • Vikipediya
  • Malus

Alma (lat. Malus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi.

Alma
Elmi təsnifat
Domen:
Eukariotlar
Klad:
Diaphoretickes
Ranqsız:
Arxeplastidlər
Aləm:
Bitkilər
Klad:
Streptofitlər
Klad:
Ali bitkilər
Klad:
Çoxsporlu bitkilər
Klad:
Borulu bitkilər
Klad:
Toxumlu bitkilər
Klad:
Çiçəkli bitkilər
Klad:
Evdikotlar
Klad:
Bazal evdikotlar
Klad:
Superrozidlər
Klad:
Rozidlər
Klad:
Fabidlər
Dəstə:
Gülçiçəklilər
Fəsilə:
Gülçiçəyikimilər
Yarımfəsilə:
Gavalıkimilər
Triba:
Almakimilər
Yarımtriba:
Almakimilər
Cins:
Alma
Beynəlxalq elmi adı
  • Malus Mill., 1754
Vikianbarın loqotipi
Şəkil
axtarışı
ITIS  25254
NCBI  3749

Mündəricat

Ümumi məlumat

Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər.

Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur.

Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır.

Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.

Azərbaycanda yayılması

Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Azərbaycanın Quba rayonu əsas almaçılıq rayonu sayılır. Burada müxtəlif növ almalar yetişdirlir. Burada son dövrlər Quba regional aqrar elm mərkəzi tərəfindən "Frazer" layihəsi çərçivəsində Fransadan gətirilmiş müxtəlif alma, gilas və armud sortlarının tingliyi salınmışdır. Bu gün Qrani Smit (Granny Smith), Fuci (Fuji), Conocold, Ağ renet, Reyn reneti, Qolden Delişes (Golden Delicious) sortlarının tingləri əkilmiş 24 hektarlıq alma bağı mövcuddur. Bununla yanaşı, daha 4,5 hektar sahədə fransız texnologiyası ilə salınmış pilot bağ becərilir. Rayonun əsas almaçılıq kəndi kimi I və II Nügədi kəndləri daha çox tanınır.

Tərkibi

Almanın tərkibində 5–24%-ə qədər şəkər, 1,3%-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək-damar sistemi üçün çox faydalıdır. Almanın mineral tərkibi (mq/100 qr.) aşağıdakı şəkildədir: kalsium-3, mis-az miqdarda, dəmir-0,1, maqnezium-az miqdarda, fosfor-9,5, kalium-12,9, selen-0,4, natrium-1, sink-az miqdarda.

Sinonimləri

Heterotipik sinonimləri

  • Chloromeles (Decne.) Decne.
  • Docynia Decne.
  • Eriolobus (DC.) M.Roem.
  • Prameles Rushforth
  • Sinomalus Koidz.
  • × Tormimalus Holub

Növləri

  • Daryarpaq alma (Malus angustifolia (Aiton) Michx.)
  • Asiya alması (Malus asiatica Nakai)
  • Giləmeyvəli alma (Malus baccata (L.) Borkh.)
  • Malus coronaria (L.) Mill.
  • Malus crescimannoi Raimondo
  • Malus daochengensis C.L.Li
  • Malus × dasyphylla Borkh.
  • Malus delavayi (Franch.) B.B.Liu
  • Mədəni alma (Malus domestica (Suckow) Borkh.)
  • Dumer alması (Malus doumeri (Bois) A.Chev.)
  • Malus florentina (Zuccagni) C.K.Schneid.
  • Malus × floribunda Siebold ex Van Houtte
  • Boz alma (Malus fusca (Raf.) C.K.Schneid.)
  • Malus halliana Koehne
  • Malus honanensis Rehder
  • Malus hupehensis (Pamp.) Rehder
  • Malus indica (Wall.) B.B.Liu
  • Malus ioensis (Alph.Wood) Britton
  • Malus jinxianensis J.Q.Deng & J.Y.Hong
  • Malus × kaido (Wenz.) Wenz.
  • Malus kansuensis (Batalin) C.K.Schneid.
  • Malus kirghisorum Al.Fed. & Fed.
  • Malus komarovii (Sarg.) Rehder
  • Malus longiunguis (Q.Luo & J.L.Liu) B.B.Liu
  • Malus muliensis T.C.Ku
  • Malus ombrophila Hand.-Mazz.
  • Malus orientalis Uglitzk.
  • Malus prattii (Hemsl.) C.K.Schneid.
  • Gavalıyarpaq alma (Malus prunifolia (Willd.) Borkh.)
  • Malus rockii Rehder
  • Malus roseotakanabensis Iketani & Minamit.
  • Malus sikkimensis (Wenz.) Koehne
  • Malus × soulardii (L.H.Bailey) Britton
  • Qəşəng alma (Malus spectabilis (Aiton) Borkh.)
  • Malus spontanea (Makino) Makino
  • Meşə alması (Malus sylvestris (L.) Mill.)
  • Malus toringo (Siebold) de Vriese
  • Malus toringoides (Rehder) Hughes
  • Malus transitoria (Batalin) C.K.Schneid.
  • Malus trilobata (Labill. ex Poir.) C.K.Schneid.
  • Malus turkmenorum Juz. & Popov
  • Malus yunnanensis (Franch.) C.K.Schneid.
  • Malus zhaojiaoensis N.G.Jiang
  • Malus × zumi (Matsum.) Rehder

Süni hibridləri

  • Malus × brevipes (Rehder) Rehder
  • Malus × sublobata (Dippel) Rehder

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Malus haqqında məlumat. Malus nədir? Malus nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Sado

  • Fevral 27, 2026

    Rektifikasiya

  • Fevral 27, 2026

    Yəsəvilik

  • Fevral 26, 2026

    Babək rayonu

  • Fevral 23, 2026

    Qaraçay-Çərkəz Respublikası

Trend Mahnılar
  • Fevral 21, 2026

    Lord Vertigo & Nilay Sems - Kimdir En Gozel ( Yeni 2026 )

  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 22, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst