Çubuqlu — Azərbaycan Respublikasının Qusar rayonunun Quxuroba kənd inzibati ərazi dairəsində kənd.
| Çubuqlu | |
|---|---|
| 41°33′ şm. e. 48°30′ ş. u.HGYO | |
| Ölkə | |
| Tarixi və coğrafiyası | |
| Saat qurşağı |
|
| Əhalisi | |
| Əhalisi |
|
| Milli tərkibi | Ləzgilər |
| Dini tərkibi | müsəlmanlar (sünni -müridlər) |
![]() Çubuqlu | |
Tarixi
Yaşayış məntəqəsinin yerləşdiyi ərazidə XIX əsrdə Caqar kəndinin qışlağı olmuşdur. XX əsrin əvvəllərində ləzgilərin çakar sixili (klanı) Qusar dağlarında yerləşən Caqar kəndindən Qusar malı düzənliyinə daimi yaşayışa başlıyır.
Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Qusar rayonunun Qusar şəhər Sovetinin Çubuqlu kəndi Quxuroba kənd Sovetinin tərkibinə verilmişdir.
Toponimikası
Yaşayış məntəqəsi 1965-ci ildə Təcrübə (bağçılıq) stansiyası yanında salınmışdır. Oykonim çubuq (burada "şitil", "ting") sözündən və -lu şəkilçisindən ibarət olub "şitillik, tinglik" deməkdir.
Coğrafiyası və iqlimi
Kənd Qusarçayın sahilində, Qusar maili düzənliyində yerləşir.
Əhalisi
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 502 nəfər əhali yaşayır.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Çubuqlu haqqında məlumat. Çubuqlu nədir? Çubuqlu nə deməkdir?
