Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Xudafərin və ya Stansiya Xudafərin[mənbə göstərilməlidir] — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Qumlaq kənd inzibati

Xudafərin (Cəbrayıl)

  • Ana Səhifə
  • Vikipediya
  • Xudafərin (Cəbrayıl)

Xudafərin və ya Stansiya Xudafərin[mənbə göstərilməlidir] — Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsində qəsəbə.

Xudafərin
39°09′07″ şm. e. 46°56′29″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Region Şərqi Zəngəzur iqtisadi rayonu
Rayon Cəbrayıl rayonu
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü təqribən 258 m
Saat qurşağı
  • UTC+04:00
Xudafərin xəritədə
Xudafərin
Xudafərin
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qarabağ 1856 Xudafərin

Mündəricat

Coğrafiyası

Qəsəbə Araz çayının sol sahilində, təxminən 258 metr hündürlükdə yerləşir. Qəsəbə Xudafərin körpüləri və İran sərhədinə yaxın yerləşir.

Tarixi

Azərbaycanın Cəbrayıl rayonunda Xudayarlı kəndi var, və bu kəndin adı orada yaşayan dörd nəsildən biri olan Xudayarlı adlandırılmışdı. 1886-cı il ailə siyahılarından çıxarılmış Zaqafqaziya bölgəsi əhalisinin statistik məlumatları toplusuna əsasən, Yelizavetpol quberniyasının Cəbrayıl qəzasının Qovşudlu kənd cəmiyyətinin (i.ə.rus orf. Ковшутлинское сельское общество) tərkibində Xudayarlı (i.ə.rus orf. Худаярлу — Xudayarlu) kəndi qeyd olunur. 1911-ci ildə nəşr olunmuş 1912-ci il üçün Qafqaz Təqviminə görə, Yelizavetpol quberniyasının Qaryagin qəzasının tərkibində Xudayarlı (i.ə.rus orf. Худаярлу) kəndi qeyd olunur. Böyük Vətən müharibəsi illəri ərzində kənd əhalisinin bir hissəsi Xələfli qəsəbəsinə, qalan hissəsi isə Xudafərin körpüsünün yanına köçdüyünə görə, kənd bəzən Xudafərin kimi də adlandırılır.

1961-ci il üçün tərtib olunmuş Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə Cəbrayıl rayonunun Qumlaq kənd Sovetinin tərkibində həm Xudayarlı kəndi, həm də ki Xudafərin dəmir yol platforması yanında qəsəbə (azərb. Худафәрин д.ј. пл.-сы јанында гәсәбә‎ — Xudafərin d.y. pl.-sı yanında qəsəbə) qeyd olunurlar.

Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 4 yanvar 1963-cü il tarixli qərarına əsasən, Cəbrayıl rayonu ləğv olunmuş, ərazisi isə Füzuli rayonunun tərkibinə verilmişdi. 1 oktyabr 1963-cü il üçün tərtib olunmuş Azərbaycan SSR-nin inzibati ərazi bölgüsündə həm Xudayarlı kəndi, həm Xudafərin dəmir yol platforması yanında qəsəbə Füzuli rayonunun Şahvəlli kənd Sovetinin tərkibində qeyd olunurlar.

17 iyun 1964-cü il tarixində Cəbrayıl rayonu yenidən təşkil olunmuşdu. Azərbaycan SSR-nın həm 1968-ci il üçün, həm 1977-ci il üçün inzibati ərazi bölgüsünə görə, Cəbrayıl rayonunun Qumlaq kənd Sovetinin tərkibində Xudayarlı kəndi göstərilirdi, Xudafərin adında yaşayış məntəqəsi isə qeyd olunmurdu.

Cəbrayıl rayonu 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. Xudafərin qəsəbəsi İranla sərhəddə yerləşir. Tarixi Xudafərin körpüləri Qumlaq kəndi ilə Xudafərin yaşayış məntəqəsi arasında yerləşir. 1994-cü ilin yanvar ayında Azərbaycan ordusu Xudafərin körpüsünü işğaldan azad etməyə nail olmuşdu, amma əməliyyatı tam müvəfəqiyyətlə başa çatdırmaq mümkün olmadı, ərazi işğal olundu.

Cəbrayıl rayonu 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilmiş, 2020-ci ildə işğaldan azad olunmuşdu. Rayonun Cocuq Mərcanlı kəndi hələ 1994-cü ildə işğaldan azad olunmuş, 2016-cı ildə isə Azərbaycan Ordusunun tam nəzarətinə keçmişdi. 18 oktyabr 2020-ci il tarixində Xudafərin körpüsü Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdi, körpünün üzərindən Azərbaycan bayrağı qaldırılmışdı.

30 oktyabr 2020-ci il tarixində "Xudafərin" sərhəd-keçid məntəqəsi üzərində Azərbaycan Respublikasının dövlət bayrağı ucaldılıb və bu sərhəd-keçid məntəqəsi xidməti-döyüş fəaliyyətinə başlayıb.

30 oktyabr 2020-ci il tarixində, Azərbaycan Müdafiə Nazirliyi Xudafərin yaşayış məntəqəsindən reportaj yayımladı.

Hal hazırda, həm Xudayarlı kəndi, həm Xudafərin qəsəbəsi Azərbaycan Respublikasının Şərqi Zəngəzur iqtisadi rayonunun Cəbrayıl rayonunun Qumlaq kənd inzibati ərazi dairəsinin tərkibindədirlər.

4 may 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə qəsəbənin təməli qoyulmuşdu.

Əhalisi

Görməli yerləri

Xudafərin qəsəbəsi ilə Qumlaq kəndi arasında orta əsrlərə aid Xudafərin körpüləri yerləşir. Çayın yuxarı axarında isə Xudafərin su anbarı mövcuddur.

XII əsrdə inşa edilmiş 15 tağlı Xudafərin körpüsü, Xudafərin kəndinin İran tərəfdən görünüşü.

Həmçinin bax

  • Cəbrayıl rayonu

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Xudafərin (Cəbrayıl) haqqında məlumat. Xudafərin (Cəbrayıl) nədir? Xudafərin (Cəbrayıl) nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Kazımiyyə

  • Fevral 27, 2026

    Türkiyə şəhərləri

  • Fevral 27, 2026

    Acinonyx

  • Fevral 27, 2026

    Stiks (okeanida)

  • Fevral 27, 2026

    Bəcəh

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst