Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Azor adaları (port. Açores) — Atlantik okeanında, Pireney yarımadasından təqribən 1200 km qərbdə arxipelaq.

Azor adaları

  • Ana Səhifə
  • Vikipediya
  • Azor adaları

Azor adaları (port. Açores) — Atlantik okeanında, Pireney yarımadasından təqribən 1200 km qərbdə arxipelaq.

Azor adaları
port. Açores
Ümumi məlumatlar
Adaların sayı 9
Ümumi sahəsi 2333 km²
Hündür nöqtəsi 2351 m
Əhalisi 246.746 nəfər (2011-ci il)
Yerləşməsi
38°36′00″ şm. e. 27°59′00″ q. u.HGYO
Ölkə  Portuqaliya
Akvatoriya
  • Atlantik okean
Azor adaları xəritədə
Azor adaları
Azor adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Azor adaları

Mündəricat

Məlumat

Azor adaları Portuqaliyada inzibati ərazidir (muxtar rayon). Paytaxtı Ponta-Delqada (San-Migel adası) dır. Ada Lissabon şəhərindən 1,500, Şimali Amerikadan sahillərindən 3,900 km məsafədə yerləşir. Azor adaları yüksək təzyiq sahəsindədir (Azor antisiklonu). Səthi hündürlüyü 2351 metrədək (Piku dağı) olan dağlıqdır. Burada tez-tez zəlzələlər olur. Çoxsaylı termal və mineral su bulaqları var. İqlimi subtropikdir. Orta temperatur yanvarda 14 °C, iyulda 22 °C, illik yağıntı 700–800 mm-dir. Dəfnə və şabalıd meşələri var. Banan, sitrus bitkiləri, ərik, üzüm və s. yetişdirilir. Maldarlıq inkişaf etmişdir. Transatlantika dəniz və hava yollarında bir tərəfdən Avropa ilə Afrika, digər tərəfdən isə Amerika arasında mühüm bazadır. Balıq və balina ovlanır. Əsas şəhər və portları: Ponta-Delqada, Anqradu-Eroişmu, Orta. Məşhur qış kurortudur.

Tarixi

Azor adaları hələ karfagenlilərə, normanlara və ərəblərə məlum idi. 1427-ci ildə adalar portuqallar tərəfindən yenidən kəşf olunmuşdur. Azor adalarının XV əsrdə başlanan kolonizasiyasında portuqallarla yanaşı, flamandlar və digər Avropa xalqları iştirak etmişlər. Coğrafi cəhətdən uzaqda yerləşməsinə baxmayaraq, bu adalar Portuqaliya üçün daim mühüm əhəmiyyət kəsb etmişdir. 1832-ci ildə Azor adalarında Portuqaliya kralı I Migelin mütləqiyyət rejiminə qarşı başlanan mübarizə Portuqaliyada konstitusiya quruluşunun bərqərar olması ilə nəticələndi.

XIX-XX əsrlər Azor adaları üçün məhəlli muxtariyyət əldə etmək cəhdi ilə səciyyələnir. Birinci muxtariyyət statutu 1895-ci ildə qəbul olundu. Portuqaliyada Aprel inqilabı (1974) şəraitində Azor adalarında Portuqaliyadan tamamilə ayrılmağa can atan təşkilatların fəaliyyəti genişləndi. Kontinental Portuqaliyada demokratik quruluşun konsolidasiyası möhkəmləndikcə Azor adalarında separatçı hərəkatın qarşısı alındı. 1976-cı ildə qəbul olunmuş Portuqaliya konstitusiyasına görə, adalar tamamilə özünüidaretmə hüququ əldə etdi. Özünün bayrağı, icraedici və qanunverici hakimiyyət orqanları olan Azor adaları Portuqaliyanın muxtar regionu kimi tanındı.

Adalar

Azor adaları Şimali Atlantik okeanın mərkəzində vulkan mənşəli doqquz böyük adadan və bir neçə kiçik mərcan rifindən ibarətdir:

  • San-Migel
  • Terseyra
  • Piku
  • San-Jorji
  • Floriş
  • Fayal
  • Santa-Mariya
  • Qrasioza
  • Korvu

Həmçinin bax

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Azor adaları haqqında məlumat. Azor adaları nədir? Azor adaları nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Misir xidivliyi

  • Fevral 25, 2026

    Oğuzlar

  • Fevral 25, 2026

    Yüzillik müharibə

  • Fevral 27, 2026

    Qapağan xaqan

  • Fevral 27, 2026

    It

Trend Mahnılar
  • Fevral 17, 2026

    Gel Mene Addim Addim - Selale Sesli ( Tik Tok Her Kesin Axtardigi Mahni 2026 )

  • Fevral 17, 2026

    Selale Sesli - Gel mene addim addim Remix

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 21, 2026

    Bayram Kürdəxanlı & Sona - Meclisimiz Xudmanidi İçmirsən

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst