Azərbaycanca (AZ) Azərbaycanca (AZ)Қазақша (KZ) Қазақша (KZ)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Arami dilləri, həmçinin aram dili və ya aramey dili (Arāmāyā; qədim arami: 𐤀𐤓𐤌𐤉𐤀; imperiya aramicəsi: 𐡀𐡓𐡌𐡉𐡀; iudeoaramey אַרָמָיָא, klassik Suriya: ܐܪܡܝܐ) — sam

Arami dilləri

  • Ana Səhifə
  • Vikipediya
  • Arami dilləri

Arami dilləri, həmçinin aram dili və ya aramey dili (Arāmāyā; qədim arami: 𐤀𐤓𐤌𐤉𐤀; imperiya aramicəsi: 𐡀𐡓𐡌𐡉𐡀; iudeoaramey אַרָמָיָא, klassik Suriya: ܐܪܡܝܐ) — sami dilləri tərkibində qrup (mərkəzi qol). Qədim dövrlərdə imperator aramicəsi Yaxın Şərqin böyük bir hissəsində "lingua franca" kimi xidmət edirdi. Eramızın VII əsrində arami dilinin yerini ərəb dili aldı.

Arami dili
Orijinal adı ארמית (Arāmît)
ܐܪܡܝܐ (Ārāmāyâ)
Ölkələr Türkiyə, Suriya, İraq, İran, Livan, İsrail
Region Yaxın Şərq
Danışanların ümumi sayı 2,2 milyon
Təsnifatı
Kateqoriya Avrasiya dilləri
afroasiya dilləri[vd]
sami dilləri
qərbi sami dilləri[vd]
mərkəzi sami dilləri[vd]
şimal-qərbi sami dilləri[vd]
Arami dili
Yazı latın əlifbası
Dil kodları
QOST 7.75–97 аре 052
Linguasphere 12-AAA
Glottolog aram1259
Bu dildə olan Vikipediya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tarixi

Arami dilinin tarixi qədim, orta və yeni arami dövrlərinə ayrılır (alman alimi K. Bayerin təsnifatı).Qədim arami dövrü e.ə. II minilliyin sonu – I minilliyin əvvəlindən başlayır. Dövrümüzə qədər gəlib çatan ən qədim nümunələri e.ə. IX–VII əsrlərə aid epiqrafik abidələrdir. Müxtəlif mərhələlərdə Aşşur (e.ə VII əsr) və Babilistan (e.ə. VII–VI əsrlər), Əhəməni (e.ə. VI–IV əsrlər) dövlətlərinin rəsmi dili olmuşdur. Ellin və Roma mərhələlərinin (e.ə. III əsr–eramızın I əsri) yazılı arami dili də qədim arami dövrünə aid edilir. Bu dövrün ən mühüm abidələri Əhdi-ətiqin arami mətnləri və Kumran arami yazılarıdır. Orta arami dövrü eramızın II əsrindən I minilliyin sonlarına qədər davam etmişdir. Bu mərhələdə ədəbi arami dili formalaşmışdır. İslam dininin yayılması ilə ərəb dili tədricən arami dilini sıxışdırıb aradan çıxarmışdır. Yazılı orta arami dilində 22 işarədən istifadə edilsə də, kursivlər müxtəlif olmuşdur. Yeni arami dövrü eramızın 2-ci minilliyindən başlayır. Müasir arami dilində Suriyada (Dəməşqdən şm.-ş.-də yerləşən üç kənddə), Kiçik Asiyanın cənub-şərqində, İraqın şimalında, İranın şimal-qərbində, Ermənistanın şərqində və Azərbaycanda kiçik etnik qruplar danışırlar. Dilçilik baxımından qərb (Suriyada 3 dil) və şərq (dillərin sayı məlum deyil) qollarına ayrılır. Tipoloji baxımdan arami dili qədim mərkəzi sami dillərinə yaxındır. Qədim Arami dilində 27-yə qədər samit fonem olmuşdur və onların sayı tədricən 22-yə enmişdir. Arami dili nominativ quruluşa malikdir (sözlərin ardıcıllığı qədim arami dilində: "predikat + subyekt +obyekt"; sonrakı mərhələlərdə: "subyekt + predikat + obyekt"). Əhdi-cədidə görə arami dili İsa Məsihin ana dili olmuşdur.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Arami dilləri haqqında məlumat. Arami dilləri nədir? Arami dilləri nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 24, 2026

    Laboratoriya

  • Fevral 24, 2026

    Cənub-Şərqi Avropa

  • Fevral 24, 2026

    Leonid Brejnev

  • Fevral 10, 2026

    Rusiya imperiyası

  • Fevral 21, 2026

    İstanbul

Trend Mahnılar
  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 20, 2026

    Xatire İslam - Heyatima Xoş Gelmisen 2026 (Yeni Klip) 4K

  • Fevral 21, 2026

    Uzeyir Mehdizade - Popuri 3 ( Ekskluziv )

  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst