Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Home Box Office (abr. HBO; tələffüzü: eyç-bi-ou) — ABŞ kabel və peyk teleşəbəkəsi. Teleşəbəkənin sahibi «AT&T» şirkətinin bir mülkü olan «WarnerMedia» şirkətini

HBO

  • Ana Səhifə
  • Vikipediya
  • HBO

Home Box Office (abr. HBO; tələffüzü: eyç-bi-ou) — ABŞ kabel və peyk teleşəbəkəsi. Teleşəbəkənin sahibi «AT&T» şirkətinin bir mülkü olan «WarnerMedia» şirkətinin bir mülkü olan «Home Box Office, Inc.» şirkətidir. Teleşəbəkədə yayımlanan verilişlər əsasən bədii kinofilmlər, orijinal teleseriallar, eləcə də sənədli filmlər, komediya şouları və konsertlərdən ibarətdir.

«HBO»
Loqonun şəkli
Telekanalın rəsmi loqosu
Ölkə  ABŞ
Yayım ərazisi ABŞ
Dil İngilis dili
Baş qərargah Nyu-York, Nyu-York, ABŞ
Yaranma tarixi 8 noyabr 1972 (1972-11-08)
Sahibi «Home Box Office, Inc.»
(WarnerMedia)
Rəhbərlik Riçard Plepler (baş direktor)
Con K. Billok («HBO U.S. Group» prezidenti)
Keysi Bloys («HBO Programming» prezidenti)
Şüar It's What Connects Us. (azərb. Bizi birləşdirən budur.‎)
Qardaş kanallar «Cinemax»
Sayt hbo.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

«HBO» ABŞ-dəki ən köhnə və uzun müddət fəaliyyət göstərən kabel xidmətidir. Teleşəbəkə 8 noyabr 1972-ci ildə təsis edilmişdir. 2015-ci ildə «HBO» teleşəbəkəsinin qazancı 1.880.000.000 ABŞ dolları idi. Növbəti il 2016-cı ildə bu miqdar 1.930.000.000 ABŞ dolları olmuşdur. Həmin il «HBO» teleşəbəkəsinin dünyada 130.000.000 abunəçisi var idi. Teleşəbəkə «HBO Comedy», «HBO Latino», «HBO Signature» və «HBO Family» daxil olmaqla yeddi 24 saatlıq multipleks kanalı nümayiş etdirir. 2015-ci ilin aprel ayında teleşəbəkənin «HBO Now» adlı bir striminq servisi fəaliyyətə başlamış, 2017-ci ilin fevral ayında ABŞ-dəki abunəçilərinin sayı 2.000.000-u keçmişdir.

Tarixi

1965-ci ildə Çarlz Dolan «Sterling Information Services» (daha çox «Sterling Manhattan Cable» olaraq tanınır, ancaq sonralar «Time Warner Cable» adlandırılmışdır) şirkətini təsis etmişdir. Şirkət Nyu-York şəhərinin Aşağı Menhetten borosunda kabel televiziyası qurma hüququna layiq görülmüşdür. Beləliklə, şirkət ABŞ-də ilk yeraltı kabel televiziyası sistemini təsis etmişdir.

1973-cü ildə «Sterling Manhattan Cable» şirkətinin 20.000-ə yaxın abunəçisi olmasına baxmayaraq, şirkətin 300.000 ABŞ dolları qədər itkiləri olmuşdu. Həmin ildə şirkətin səhmlərinin 20%-i «Time-Life Corporation» (indiki «Time Warner») tərəfindən satın alınmışdır. 1973-cü ilin sentyabr ayında «Time-Life Corporation» şirkətin bütün səhmlərini satın almış, adını isə «Manhattan Cable Television» olaraq dəyişmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, HBO haqqında məlumat. HBO nədir? HBO nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Türkmanlar

  • Fevral 27, 2026

    Filipe Luis

  • Fevral 27, 2026

    Nefrit

  • Fevral 27, 2026

    Briozoylar

  • Fevral 27, 2026

    PlayStation 3

Trend Mahnılar
  • Fevral 17, 2026

    Zeyneb Heseni - Sevgililer Gununde 2026 (Yeni Klip) 4K

  • Fevral 17, 2026

    Zeyneb Heseni & Sedef Budaqova - Popuri 2026 (Official Video)

  • Fevral 24, 2026

    Afshin Azari - Can Deme 2026 (Yeni Klip)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

  • Fevral 24, 2026

    Pərviz Bülbülə & Türkan Vəlizadə - Surpriz

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst