Cəsur Karl (fr. Charles le Téméraire; 10 noyabr 1433, Dijon – 5 yanvar 1477, Nansi— Burqundiya hersoqu (1467-ci ildən), Valua sülaləsinin yan qolunun nümayəndəsi.
| Cəsur Karl | |
|---|---|
| fr. Charles le Téméraire | |
| |
| 15 iyul 1467 – 5 yanvar 1477 | |
| Əvvəlki | Xeyirxah Filipp |
| Sonrakı | Burqonlu Mariya |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 10 noyabr 1433 |
| Doğum yeri | |
| Vəfat tarixi | 5 yanvar 1477 (43 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Fəaliyyəti | siyasətçi |
| Atası | Xeyirxah Filipp |
| Anası | Portuqaliyalı İzabella |
| Həyat yoldaşları |
|
| Uşağı | |
| Ailəsi | Valua sülaləsi |
| | |
| Təltifləri | |
| | |
Həyatı
Xeyirxah Filipp və Portuqaliyalı İzabellanın (1397–1471) oğlu. Flandriyada tərbiyə almışdır. Gentdə baş vermiş üsyanın (1452–53) yatırılmasında iştirak etmişdir. Burqundiya hersoqluğunun geniş, lakin pərakəndə yerləşən torpaqlarını birəşdirib müstəqil krallıq yaratmağa çalışırdı. Fransa fyeflərinin Paris parlamentinin tabeliyindən çıxarılması məqsədilə məhkəmə sistemində islahat keçirmişdir. 1473-cü ildə (Tionvil ordonansı) Mehelendə özünün şimal mülkləri üçün vahid ali məhkəmə orqanı (parlament) və maliyyə idarəsini (hesablama palatası) yaratmışdır. Peşəkar ordunun (1471 və 1473-cü illərin ordonansları) təşkili onun adı ilə bağlıdır. Fransadakı mülklərinin müstəqilliyini əldə etmək məqsədi ilə öz süzereni kral XI Lüdoviklə siyasi rəqabət aparmış, onun mərkəzləşdirmə siyasətinə qarşı çıxmışdır.
İrsi
1465-ci ildə Ümumi rifah liqasında iştirak etmişdir. İngiltərənin dəstəyinə ümid edərək IV Eduardın bacısı Marqarita (1446–1503) ilə evlənmişdir. Öz mülklərini genişləndirərək, 1474–77 illərdə İsveçrə və Lotaringiya ilə fasiləsiz müharibələr (Burqundiya müharibələri) aparmışdır.Nansinin mühasirəsi zamanı həlak olmuşdur. Onun Fransa mülkləri (Pikardiya, Burqundiya hersoqluğu, Franş-Konte, Artua və Bulonne) XI Lüdovik tərəfindən ilhaq edilmişdir. Qalan torpaqların varisi isə Cəsur Karlın qızı Burqundiyalı Mariya olmuşdur. Cəsur Karl sağlığında Böyük Aslan, Döyüşçü, Qorxulu və İgid ləqəbləri ilə məşhur idi; Cəsur ləqəbi isə ona 18-ci əsrin sonu – 19-cu əsrin əvvəllərində verilmişdi.
Həmçinin bax
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cəsur Karl haqqında məlumat. Cəsur Karl nədir? Cəsur Karl nə deməkdir?
