Cahangir Mövsüm oğlu Müslümzadə (21 noyabr 1945, Bakı) — Azərbaycan ictimai-siyasi xadimi, Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi (1985–1988), Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi (1978–1985).
| Cahangir Müslümzadə | |
|---|---|
| 14 dekabr 1985 – 16 mart 1988 | |
| Əvvəlki | Şənlik Əliyev |
| Sonrakı | Zülfü Hacıyev |
| 4 may 1978 – 16 dekabr 1985 | |
| Əvvəlki | Vaqif Hüseynov |
| Sonrakı | Sahib Ələkbərov |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 21 noyabr 1945 (80 yaş) |
| Doğum yeri | |
| Partiya |
|
| Təhsili |
|
| | |
| Təltifləri | |
Həyatı
Cahangir Mövsüm oğlu Müslümzadə 1945-ci ildə anadan olmuşdur. Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra Sovet Ordusu sıralarında hərbi xidmət keçmiş, 1971–1974-cü illərdə Azərbaycan SSR Rabitə Nazirliyinin Mətbuatı Yayan İdarəsində təlimatçı, Azərbaycan LKGİ 26 Bakı Komissarı Rayon Komitəsinin Komsomol təşkilatları şöbəsinin müdiri, komitənin katibi olmuşdur. 1974–1978-ci illərdə Azərbaycan LKGİ MK Komsomol təşkilatları şöbəsinin müdiri, Azərbaycan SSR Gənclər Təşkilatları Komitəsinin sədri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Təşkilat-partiya işi şöbəsinin təlimatçısı vəzifələrində işləmişdir.
Cahangir Müslümzadə 4 may 1978-ci ildə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin birinci katibi seçilmiş və 16 dekabr 1985-ci ilədək bu vəzifədə çalışmışdır. Həmin dövrdə o, Azərbaycan Kommunist Partiyası Sumqayıt Şəhər Komitəsinin birinci katibi seçilmiş, Sumqayıt hadisələri ilə əlaqədar olaraq 16 mart 1988-ci ildə vəzifəsindən azad olunmuşdur.
1967-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olan Cahangir Müslümzadə IX, X və XI çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilmiş, Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin üzvü olmuşdur. Azərbaycan KP MK bürosu üzvlüyünə namizəd olmuşdur.
Cahangir Müslümzadə sonralar Azərbaycan Birgə Müəssisələr və Beynəlxalq Birliklər Assosiasiyasının vitse-prezidenti olmuş, 1991-ci ildə Azərbaycan Respublikası Ali Sovetinin xalq deputatı seçilmişdir. Ali Sovetin Dövlət suverenliyi, xarici siyasət və xaricdə yaşayan soydaşlarla əlaqələr daimi komissiyasının və Əfqanıstanda əsir düşmüş hərbi qulluqçuların — Azərbaycan Respublikası vətəndaşlarının işləri üzrə komissiyanın üzvü olmuşdur.
vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Cahangir Müslümzadə haqqında məlumat. Cahangir Müslümzadə nədir? Cahangir Müslümzadə nə deməkdir?