Azərbaycanca (AZ) Azərbaycanca (AZ)English (US) English (US)Қазақша (KZ) Қазақша (KZ)Lietuva (LT) Lietuva (LT)Türkçe (TR) Türkçe (TR)O'zbekcha (UZ) O'zbekcha (UZ)
Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Siyəru Aləmin-Nubəla (ərəb. سير أعلام النبلاء‎) — Zəhəbinin mühəddislər başda olmaqla tanınmış şəxslər haqqındakı kitabı.

Siyəru Aləmin-Nubəla

  • Ana Səhifə
  • Vikipediya
  • Siyəru Aləmin-Nubəla

Siyəru Aləmin-Nubəla (ərəb. سير أعلام النبلاء‎) — Zəhəbinin mühəddislər başda olmaqla tanınmış şəxslər haqqındakı kitabı.

Siyəru Aləmin-Nubəla
ərəb. سير أعلام النبلاء‎
Müəllif Zəhəbi
Janr bioqrafiya
Orijinalın dili ərəb dili

Mündəricat

Müəllif

Əsərin müəllifi hədis hafizi və tarixçi Zəhəbidir.

Əsər

Əsər 14 cilddən ibarətdir. Əsər Məhəmməd peyğəmbərin yaşadığı dövrdən 1301-ci ilə qədər olan dövrləri əhatə edir. Əsər 7000-ə yaxın bioqrafiyanı özündə ehtiva edir. Əsərdə Əndəlüsdən Çinə qədər uzanan İslam coğrafyasında hər sahənin ən məşhur şəxsləri cəmlənmişdir. Bunlara xəlifələr, məliklər, sultanlar, əmirlər, vəzirlər, qazılar, qiraət alimləri, mühəddislər, fəqihlər, ədəbyyatçılar, lüğətçilər, qrammatiklər, şairlər, dinlər tarixçiləri, kəlamçılar, filosoflar və digər şəxslər aiddir. Ancaq bioqrafiyası verilənlərin böyük əksəriyyətini mühəddislər təşkil edir. Əsərin digər adları bunlardır: Kitabün-Nubəla, Əyanün-nubəla, Əlamün-nubəla, Siyərün-nubəla, Tarixün-nubəla və Tarixul-üləmain-nubəla.

Nəşrlər

Əsərin ilk 3 cildi Qahirədə nəşr edilmişdir. Əsərin 5925 bioqrafiyalıq nüsxəsi isə 1988-ci ildə Küveytdə nəşr olunmuşdur. Bu nəşr 3-cü ciltdən başladığı və əlyazma nüsxələri tapılmadığına görə 660-700 illəri arasındaki bioqrafiları əhatə etdiyi üçün natamam qəbul edilmişdir. Əsəri tamamlamaq üçün on yeddi ciltlik yeni bir təhqiq 1997-ci ildə Beyrutda nəşr edilmişdir.

vikipedia, viki, ensiklopediya, kitab, məqalə, oxumaq, pulsuz yüklə, Siyəru Aləmin-Nubəla haqqında məlumat. Siyəru Aləmin-Nubəla nədir? Siyəru Aləmin-Nubəla nə deməkdir?

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Fevral 27, 2026

    Foroney

  • Fevral 27, 2026

    Zaman (fəlsəfə)

  • Fevral 27, 2026

    İnstrumental musiqi

  • Fevral 27, 2026

    Lyublyana Universiteti

  • Fevral 27, 2026

    Levaşi rayonu

Trend Mahnılar
  • Fevral 17, 2026

    Aysun İsmayilova & Ulvi Nadiroglu - Dostlar Meni Unutmayin 2026 (Yeni Klip) 4K

  • Fevral 24, 2026

    Qurban Qurbanzade - Meni Gel Apar Burdan ( Ai Seymur Memmedov Ürəyim )

  • Fevral 17, 2026

    İsmail Zade — Bir Adam (Rəsmi Audio)

  • Fevral 17, 2026

    Vusal Bilesuvarli & Naibe Sabirabadli - Eşq Əsiri (Klip 2026)

  • Fevral 17, 2026

    Xumar Qedimova - Dünya

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.azur.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst